Mövhumatçı, bir dinin tələblərini yerinə yetirirmiş kimi görünüb əslində o dinə sonradan daxil edilən xurafatlara tabe olan, hətta xurafatları özü yaradan insana deyilir. Hər dində müvhumatçılar ola bilər. Mövhumatçı bir insanın ən nəzərə çarpan xüsusiyyəti, tabe olduğunu iddia etdiyi dinin hökmlərinə uyğun davranmağı rədd etməsi, hətta o dinin gətirdiyi məsuliyyətləri qəbul etməməsi, özünə görə bir din anlayışı mənimsəməsi və bunu özünə və cəmiyyətə zorla qəbul etdirməyə çalışmasıdır. Dolayısilə mövhumatçı ideologiyaya sahib bir insan üçün dində olmayan tətbiqlər asanlıqla dinə daxil edilə bilər. Dindənkənar mövzular çəkinmədən tətbiq oluna bilər, hətta din adı altında cinayətlər işlənə bilər, cəmiyyətlər cəhalətə sürükləndirilə bilər, təzyiqlər göstərilə bilər, sevgini ön plana çıxardan haqq dinlər nifrət dinləri kimi göstərilə bilər. Məhz bundan ötrü də, bir mövhumatçı, olduqca təhlükəlidir.
Bir qədər əvvəl ifadə etdiyimiz kimi, mövhumatçı hər dindən çıxa bilər. Xristian mövhumatçılar olduğu və xristianlığı əslindən tam fərqli göstərdikləri, bu sevgi dinini sanki nifrət dini kimi göstərə bildikləri kimi; İslamı olduğundan fərqli göstərməyə çalışan mövhumatçılar da var. İslam adı altında qəzəb, cəhalət, nifrət, intihar, qırğın kimi terminlərlə xatırlanan; elmə, incəsənətə, gözəl olan hər şeyə qarşı çıxan; nemətlərdən zövq ala bilməyən, eləcə də, xristian və yəhudilərə qarşı düşməncə münasibət bəsləyən zehniyyət, müsəlmanların deyil, mövhumatçıların zehniyyətidir. Bir çox insan öz aləmində İslamla eyniləşdirdikləri bu qəribə görünüşü tənqid edir və bundan ötrü də, İslama qarşı cəbhə alırlar. Halbuki cəbhə almalı olduqları İslam dini deyil, mövhumatçılıqdır, radikal zehniyyətdir..
Radikalizm, Qurana zidd, sevgisiz sistemin adıdır
İslam dininə aid edilməyə çalışılan qaranlıq və qan tökücü zehniyyət, əslində İslama deyil, mövhumatçılığa aiddir. Bu, din adı altında radikalizmi müdafiə etmək deməkdir. Mövhumatçı, yəni radikal bir insan sevgisizdir, ruhu qapqaradır, mövhumatçı və anlayışsızdır. Hər cür gözəlliyə, estetikaya, incəsənətə və elmə qarşıdır. Həyata qarşıdır; sevincə, xoşbəxtliyə qarşıdır.
Mövhumatçı zehniyyətdəki bir insan hər gözəlliyə nifrətlə baxar. Çiçəkdən nifrət edər, uşaqdan nifrət edər, pişikdən, itdən, dovşandan nifrət edər. İçi və ruhu bomboşdur. Ruhlarında sevgiyə aid heç nə yoxdur. İnsana dəyər verməz, heç bir canlı varlığa əhəmiyyət verməzlər. İncəlik, şəfqət, mərhəmət onların bildikləri anlayışlar deyil.
Bütün bunların nəticəsi olaraq bir mövhumatçı, qadından da nifrət edər. Bəzi insanlar tərəfindən İslama aid edilməyə çalışılan qadın düşmənçiliyi, əslində qadına ən çox dəyər verən, qadını ucaldıb qoruyan İslamın deyil, mövhumatçı və mürtəce radikalların xüsusiyyətidir (bu mövzu kitabın irəliləyən səhifələrində geniş şəkildə ələ alınacaq).
Mövhumatçı zehniyyətdəki bir insan, heç kəsi sevmədiyi kimi sevilməz də. Hər kəs bir mövhumatçının varlığından, məntiqindən, həyat və düşüncə tərzindən narahat olar. Hətta mövhumatçı zehniyyətdəkilərdən digər mövhumatçılar belə nifrət edərlər. Heç vaxt həmrəy olmazlar, dostluq və rahatlıq içində olmazlar. Əlbəttə ki, bu Qurandan uzaq yaşamalarından qaynaqlanır.
Burada təkrar əhəmiyyətlə ifadə etmək lazımdır ki, bir mövhumatçı və ya digər bir sözlə, bir radikal, hər dindən və hər təbəqədən çıxa bilər. Təkcə müsəlmanların deyil, xristianlar və yəhudilərin arasında da dini əslindın uzaqlaşdırmağa çalışan, Allah inancının gətirdiyi coşğu və sevgi əvəzinə qapqaranlıq və qan tökücü bir ruh halını yerləşdirməyə çalışan insanlar var. Burada mövzu etibarilə müsəlmanlar arasına gizlicə daxil olmağa çalışan mövhumatçı təbəqədən bəhs edilir.
Bir mövhumatçı, hansı təbəqədən və hansı dindən olsa da, eyni çirkli və qaranlıq fikrin nümayəndəsidir. Bu ürküdücü ruh halının bir nəticəsi olaraq mövhumatçı zehniyyətdəki bir insan daim qan istəyər. Hər yerdə qan axtarar. Təkcə qan və zülmlə rahatlıq tapar. İçindəki nifrəti ancaq qan axıdaraq, pisliklə ifadə edər. Məhz, İslam adından ortaya çıxıb qan tökücülüyü müdafiə edən, xristianlara, yəhudilərə hətta müsəlmanlara qarşı düşmənçiliyi yayan insanlar, Quranda təsvir edilən əsil MÜSƏLMANLAR DEYİL, dəccaliyyətin təsiri altındakı MÖVHUMATÇILARDIR.
Məhz bütün bu səbəblərdən ötrü də, xristian qardaşlarımız mövhumatçıları, əsil müsəlmanlardan, mövhumatçı zehniyyəti də, əsil İslam dinindən çox yaxşı ayırt etməlidirlər. Təkcə bu zaman qarşı çıxdıqlarının İslam deyil, radikalizm olduğunu görə biləcəklər.
Bəs İslam, niyə dünyada mövhumatçılar tərəfindən olduğundan fərqli göstərilir və buna icazə verilir?
Müsəlman əleyhdarlığını qızışdıran dəccaliyyət və radikalizm əlaqəsi
Müsəlman əleyhdarlığını genişlətmək, Dəccal üçün mühüm bir hədəfdir. Çünki İslam son haqq dindir və Quran 1400 ildir ki, heç bir dəyişikliyə uğramamışdır. Allahın himayəsi altında olan Quran ayələri, haqq dinin mükəmməl mənada yaşanması üçün kifayətdir. Qurana tam tabe olunaraq yaşanılan əsil İslam dini ilə möhkəm və güclü iman meydana gələr.
Məhz bu güclü iman, insanların get-gedə daha çox dindarlaşması və üç dinin iman sahibləri arasında hər keçən gün güclənən həmrəylik, Dəccal üçün böyük təhlükə və təhdiddir. İslam əxlaqında mühüm yeri olan birlik və həmrəylikdən qaynaqlanan maddi və mənəvi güc, Dəccalın illər ərzində yaratdığı bütün şeytani sistemləri və ideologiyaları ortadan qaldıra biləcək böyüklükdədir. Dəccal; müsəlmanların hamısı birlik olduqda və bu birlik, yəhudi və xristianlarla da ittifaq yaratdıqda bunun dünyada necə nəhəng bir güc meydana gətirəcəyini, fəlsəfəsinin elmi və fikri cəhətdən necə bir korlanacağını çox yaxşı bilir.
Dəccal sisteminin qabaqcılları, yaratdıqları şeytani sistemin qarşısında dayanan bu mənəvi gücün varlığından uzun müddətdir ki, xəbərdardırlar. Necə ki, illərdir, incə siyasət və strategiyalarla qurduqları qanlı armaqedon planının səbəbi də bundan xəbərdar olmalarıdır. Bu plan çərçivəsində, əslində darvinist və ateist olan bəzi insanları "müsəlman" adı altında terrorist kimi yetişdirmiş, guya İslama xidmət adı altında qırğınlara göndərmişdirlər. Yenə həmin bu mərkəzlər, günahsız insanlara istiqamətli cinayət, sui-qəsd, qırğın, intihar hücumu kimi İslamın ruhuna tamamilə zidd olan anlayışları İslamda varmış kimi göstəriblər. Hətta İslama zidd olan fikirləri elə yayıblar ki, özlərini İslam alimi kimi göstərən bir sıra insanlar belə, bütün dinlər arasında yaşanılacaq və milyonlarla insanın ölümü ilə nəticələnəcək bu qanlı müharibə planını açıqca müdafiə etməyə başlayıblar. Yüz minlərlə insana təsir etmiş, yüz minlərlə insana insan öldürməyi və qırğın törətməyi normal göstərə bilmişdirlər. Üstəlik, özlərini və ətraflarındakı insanları bunu Allah üçün etdiklərinə inandırıblar.
Bu kitabda ələ aldığımız armaqedon müharibəsi gözləntisi kimi, İslama aid edilməyə çalışılan qırğın və müharibə ssenariləri də eyni Dəccali zehniyyətin məhsuludur. Dəccal bu üsuldan istifadə edərək iman sahiblərini bir-birindən ayırmağı, aralarını vurmağı, güclərini yox etməyi və beləliklə də, öz azğın planlarını həyata keçirmək üçün imkan və mühit yaratmağı hədəfləyir və bunu böyük ölçüdə bacarmışdır.
Bunu həmişə xatırlamaq lazımdır. Dəccal, iman sahiblərinə qarşı hər vaxt Allahın adından istifadə edərək ortaya çıxmışdır. O, heç vaxt üzünü açıqca bəlli etməz. İman sahiblərini doğru yoldan uzaqlaşdırmaq üçün mütləq dindən və dindar görünüşlü bəzi insanlardan istifadə edər. Məhz bundan ötrü də, Dəccal dindar təbəqə üzərində təsirli ola bilmiş, öz şeytani sistemini dəstəkləyəcək və gücləndirəcək hər cür batil və azğın fikri asanlıqla yaya bilmişdir.
İslamla əlaqələndirilməyə çalışılan azğın iddiaların (bunlar arasında müsəlmanların, xristianları və yəhudiləri qətlə yetirmək istədikləri, müsəlman olmayanlara yaşamaq şansı verməyəcəkləri, sevgi və şəfqətdən uzaq olduqları kimi yalan iddialar sayıla bilər) hamısı uydurmadır.
Əsil sülh və sevgi dini olan İslamın əslini tanımayanlar, Quran ayələrindəki qardaşlıq, ədalət, sülh, mərhəmət və şəfqətlə əlaqədar ayələrdən xəbərsiz olanlar, bu yalan iddiaların azğın istiqamətlərini görməyə bilərlər. Dəccali mərkəzlərin İslama aid etməyə çalışdıqları həmin bu İslam görünüşünün azğın və yalan olduğunu anlaya bilmək üçün; Quranla hökm edən, Quranın ruhunu bilən, Quranı Peyğəmbərimiz (s.ə.v) kimi anlayan və tətbiq edən insanlar olmaq lazımdır. Əgər bir insan "mövhumatçıdırsa", yəni İslam dinini azğın xurafatlarla şərh edir, öz aləmində ağla və məntiqə zidd olan (həmçinin Quranla da uyğun gəlməyən) hökmlər çıxardır, asanlıq dini olan İslamı (haşa) çətin, anlaşılmaz, qarşıdurma çıxardan, davakar, sevgisiz və s. kimi göstərirsə, (Allahın istəmədikdən sonra) bu həqiqəti anlaması qeyri-mümkündür. Əsil mühüm məsələ, mövhumatçılığın, təkcə İslam üçün deyil, xristianlıq və yəhudilik üçün də böyük təhlükə olmasıdır. Dolayısilə İslama aid edilməyə çalışılan azğın anlayışların təməlini anlaya bilmək üçün, mövhumatçılığın Qurandan və ümumiyyətlə bütün haqq dinlərdən nə qədər uzaq olduğu yaxşı qavranılmalıdır.
Mövhumatçılar nə Quranı tətbiq edər, nə də tətbiq etdirərlər
Mövhumatçılar, yəni radikalistlər İslama qarşı Dəccalın ən böyük tərəfdarlarıdır. Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) bunu bir hədisi ilə belə xəbər vermişdir:
"Ümmətimdən başı sarıqlı yetmiş min alim, Dəccala tabe olacaq". (İmam Ahmed Bin Hanbel, Müsned, səh. 796)
Peyğəmbərimiz (s.ə.v) hədisində, kimlərin Dəccala tabe olacağını bildirərkən, xüsusilə müsəlman ümmətindən çıxacaq və özünü "alim" kimi göstərəcək insanlardan bəhs edir. Hədisdə, Dəccal tərəfdarı olaraq bütün Allah dostlarına qarşı fəaliyyət aparan və dinə ən çox zərər verən başlıca qrupun, özünü müsəlman kimi göstərən mövhumatçılar olduğuna diqqət çəkilir.
Yenə Peyğəmbərimiz (s.ə.v) bir hədisində belə buyurur:
"Axırzamanda nəsillərtörəyəcək, belə ki, onların beyinləri işləməyəcək. Danışarkən çox gözəl danışacaqlar. Quran oxuyacaqlar, lakin imanları qırtlaqlarından aşağı keçməyəcək..." (Buhari, Sahih 3611, 5057, 6930, Müslim, 1066, Ebu Davud 4767, Ahmed bin Hanbel, Müsned 1, 81, 113, 131, 289; Tayalisi, el-Müsned, nr. 1984.)
Hədisdə bildirildiyi kimi, bu insanlar çox gözəl natiqlik qabiliyyətinə sahib və Quranı oxuyan insanlar olacaq; lakin "imanları boğazlarından keçməyəcək", yəni Quranı əsas kimi qəbul etməyəcəklər. Qurandan bəhs edəcək, ancaq Qurana bağlı olmayacaq və Qurana xurafat qarışdıraraq hökm verəcəklər. Quranın açıqlamalarını kafi görməyəcək, İslam adı altında yaratdıqları dini tətbiq edəcəklər.
Mövhumatçıların məqsədi, Quranı tətbiq etdirməməkdir. Onlar, Quranda olmayan şeyləri İslam dininə daxil etməyə çalışarkən, Quran ayələrində qeyd olunan və öz batil xurafatlarına uyğun gəlməyən hökmləri və tövsiyələri də rədd edirlər.
Onlar üçün Quranın sevgini, şəfqəti, qardaşlığı, birliyi, sülhü nəsihət etməsi, Quranda bütün gözəlliklərin təriflənilməsi, incəsənətin, elmin təşviq edilməsi böyük qəzəb səbəbidir. Quran əxlaqını yaşamağın gətirdiyi ruh keyfiyyəti və dərinliyi, ağıllı, estetik, müasir, sevgi dolu müsəlman modeli, onların xurafatçı dinlərinə qətiyyən uyğun gəlmir. Məhz buna görə də, Dəccal, öz aləmində Qurana əsaslanan İslam dininə içəridən zərbə endirmək və guya ləğv etmək üçün mövhumatçılıqdan istifadə edir. Lakin xüsusilə ifadə etmək lazımdır ki, Dəccalın ordusunun mühüm hissəsini hər dindən çıxacaq və öz dinlərinə və bütün dünyaya zərər vermək məqsədinə sahib olacaq mövhumatçılar meydana gətirir. Həm xristian, həm yəhudi, həm də müsəlman mövhumatçılar eyni qanlı ssenari üçün birləşir, bu döyüşün baş verməsi və dünyadakı dəccali sistemin yayılması üçün əllərindən gələni edirlər.
Burada bunu da ifadə etmək lazımdır: Həqiqətən səmimi olan, Allahı qəlbən sevən, yalnız məlumatsızlığından və ya aldığı yanlış təlimdən ötrü İslam dinində həqiqətdə olmayan fikirləri müdafiə edənlər ola bilər. Hazırda dünyadakı radikal seqmentin böyük hissəsini bu insanlar meydana gətirir və bu şəxslərə yönəlmiş mütləq şəkildə şəfqət formalı təhsil fəaliyyəti lazımdır. Onlar, Quranın nuru ilə aydınlıqları vaxt, mütləq doğrunu və haqqı qəbul edəcək kimsələrdir. Uca Allah mütləq səmimi qullarına doğru yolu göstərəndir.
Mövhumatçılıq xristianlıq üçün də təhlükədir
Daha əvvəl qeyd etdiyimiz kimi, mövhumatçılar hər dindən çıxa bilir. Necə ki, hz. İsa (ə.s)-a öz aləmlərində zərər verməyə çalışanlar da din adından ortaya çıxan dövrün mövhumatçıları idi.
İncildə hz. İsa (ə.s), ikiüzlülər, korlar və ilanlar şəklində səsləndiyi mövhumatçıları bu açıq ifadələrlə təsvir etmişdir:
"Vay halınıza ey din alimləri və fəriseylər, ikiüzlülər! Göylərin hakimiyyətinin qapısını insanların üzünə örtürsünüz; nə özünüz içəri girir, nə də girmək istəyənləri buraxırsınız!
"Vay halınıza ey din alimləri və fəriseylər, ikiüzlülər! Tək bir insanı dininizə döndərmək üçün dənizləri, qitələri gəzərsiniz. Dininizə dönəni də özünüzdən iki qat cəhənnəmlik edərsiniz.
"Vay halınıza ey din alimləri və fəriseylər, ikiüzlülər! Siz nanənin, şüyüdün və zirəninonda bir hissəsini verərsiniz, ancaq Müqəddəs Qanunun daha mühüm mövzularına (ədaləti, mərhəməti, sədaqəti) məhəlqoymarsınız. Onda bir hissəni verməyi ehmal etmədən əsl bunları yerinə yetirməliydiniz. Ey kor bələdçilər! Kiçik ağcaqanadı süzər ayırd edər, lakin dəvəni udarsınız!
"Vay halınıza ey din alimləri və fəriseylər, ikiüzlülər! Stəkanın və çanağın kənarını təmizləyirsiniz, halbuki bunların içi acgözlük və azğınlıqla doludur. Ey kor fərisey! Sən əvvəlcə stəkanın və çanağın içini təmizlə ki, kənardanda təmiz olsunlar.
"Vay halınıza ey din alimləri və fəriseylər, ikiüzlülər! Siz kənardan gözəl görünən, lakin içi ölü sümükləri və hər cür murdarlıqla dolu əhənglənmiş məzarlara bənzəyərsiniz. Kənardan insanlara dürüst görünərsiniz, lakindaxilən ikiüzlülük və pisliklə dolusunuz.
"Ey ilanlar, gürzələr nəsli! Cəhənnəm cəzasından necə qaçacaqsınız? Məhz bunun üçün sizə peyğəmbərlər, müdriklər və din alimləri göndərirəm. Bunlardan bəzisini öldürəcək, ... bəzisini sinaqoqlarınızda qamçılayacaq, şəhərdən şəhərə qovacaqsınız. Beləliklə, doğru insan olan Habilin qanından, məbədlə qurbangah arasında öldürdüyünüz Berekya oğulu Zəkəriyanın qanına qədər, yer üzündə axıdılan hər dürüst insanın qanından məsul tutulacaqsınız. (Matta 23: 13-35)
Xristianlar mövhumatçılığı, həqiqi İslamla qarışdırmamalıdırlar
Qətiyyən Quranda yeri olmayan; İslam adından müharibələr yaradan, zülm edən, intihar hücumları təşkil edən, öldürmək və qan axıtmaq ardınca qaçan müsəlman modeli, xristian və yəhudilərin İslam dini haqqında yanlış qənaət sahibi olmalarına səbəb olur.
Daha əvvəl ifadə etdiyimiz kimi, qan tökücü zülm sistemini müdafiə edənlər həqiqi İslamdan, yəni Quran əxlaqından tamamilə uzaqdırlar. Onlar bunu, cahilcəsinə yaratdıqları xurafatlarla və batil inanclarla dolu batil dinlərinin tələbi olaraq edirlər. Quranda sevgisiz, mərhəmətsiz, qarşıdurma meydana gətirən bir zehniyyətə qətiyyən yer yoxdur.
Rəbbimiz Quranda hansı dindən olursa olsun, mövhumatçılığı müdafiə edən, dini xurafatlarla qarışdırmağa və yaşanmaz hala gətirməyə təşəbbüs edən, Allahın adı ilə insanları aldatmağa çalışan bu zehniyyətdəki insanları belə tanıdır:
Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah tərəfindəndir!” deyirlər. Halbuki o, Allah tərəfindən deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar. (Ali İmran surəsi, 78)
Əsil müsəlmanlıq Allahın Quranda bildirdiyi, mübarək Peyğəmbərimiz (s.ə.v)-in şərh etdiyi İslam əxlaqına uymaqla yaşanılar. Yəni müsəlmanlar, bəzi mövhumatçıların xurafatlarına və uydurma izahlarına görə deyil, Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə görə yaşamaqla məsuldurlar. Meyar xurafatlar deyil, Quran və sünnədir. Əsri Səadət dövründə, Qurana və Peyğəmbərimiz (s.ə.v)-in həyatına uyğun yaşanılan İslam həqiqi İslamdır. Peyğəmbərimiz (s.ə.v)-in çox şəfqətli, sevgi dolu, qoruyucu, zadəgan, incəsənətə, estetikaya, gözəlliyə, təmizliyə, nəzakətə çox dəyər verən həyatı, hər müsəlman üçün ən mükəmməl nümunədir. Dolayısilə müsəlman olmayanların İslamı həqiqətlərə görə deyil, əksinə bəzi mövhumatçıların qaranlıq həyatlarına görə qiymətləndirmələri böyük səhvlikdir (mövzuyla əlaqədar ətraflı məlumat toplamaq üçün baxın: Harun Yəhya, “qaranlıq təhlükə fanatizm”).