Terrorist hücumları, kütləvi qırğınları, intihar bombaçılarının hərəkətlərini İslamla uyğunlaşdıran bəzi insanlar, dünyada İslam adı altında terror əsdirənlərin müsəlman olduqlarına dair yanlış fikrə qapılırlar. Üstəlik, bu insanların Qurana tabe olan əsil müsəlman olduqlarını düşünürlər. Halbuki bu insanların nə İslam, nə də müqəddəs kitabımız Qurani-Kərimlə heç bir əlaqələri yoxdur.
İslam dini; terrorist hücumları, qırğınları, intihar hücumlarını və hər cür vəhşiliyi lənətləyir
Hazırki dövrdə dünya tərəfindən tanınan və ölkələrində zalımlıq edən terrorist liderlərin böyük əksəriyyəti, əslində təxribat törətmək, üçün xüsusi olaraq öyrədilmiş kəşfiyyat agentləridir. Bunlar, ABŞ və Avropada tanınmış kəşfiyyat qruplarına mənsubdurlar və bilavasitə bu təşkilatlardan əmr alırlar. Bu insanların hamısı materialist və darvinist təhsil alıblar. Bu insanlar Allahın əmr etdiyi həqiqi İslam əxlaqını həyatlarının heç bir anında yaşamayan, Peyğəmbərimiz (s.ə.v)-in sevgi və şəfqət dolu, mərhəmətli, bağışlayıcı və ədalət sahibi əxlaqından uzaq, darvinist təlqinlərin təsiri altında olan insanlardır. Bu insanların qapıldıqları böyük yanlış fikrə görə həyatda qalmağın və güclü olmağın tək yolu qarşıdurmadır, müharibədir. Guya zorakılıq və zülm həyatın tələbidir, sevgi, şəfqət və mərhəmət kimi xüsusiyyətlər isə insanı zəif göstərən acizliklərdir.
Bəzi ibadətləri yerinə yetirmələri, hər hansı bir İslam ölkəsinin vətəndaşı olmaları, şəxsiyyət vəsiqələrində müsəlman yazması həqiqəti dəyişdirməz. Bu insanlar tamamilə darvinist dünyagörüşünə sahibdirlər. Ətraflarındakı insanları da materialist-darvinist dünyagörüşünə görə qiymətləndirərlər:
Onların qapıldıqları bu böyük yanlış fikrə görə: "İnsanlar, bir qədər daha inkişaf etmiş heyvanlardır; ruhları və mənlikləri yoxdur, heç kimə qarşı məsul deyildirlər. Hər heyvan kimi insan da həyatda qala bilmək üçün eqoist olmaq, təkcə özünü düşünmək məcburiyyətindədir. Bu heyvan dəstəsindəki zəiflər mütləq aradan götürülüb, yox edilməlidirlər". Əlbəttə ki, bu yanlış məntiqdəki bir insanın kütləvi qırğınlar törətməsinə mane ola biləcək heç bir əxlaqi və vicdani səbəb qalmır.
Həmin bu terrorist liderlər, əslində, ABŞ-da və müxtəlif Avropa ölkələrində, İslam əxlaqından uzaq şəkildə “ədəbsiz və özündənrazı” yetişdirilmiş, gecə klublarından çıxmayan, Qərb mədəniyyətinin mənfi və degenerasiya olunmuş tərəflərini qəbul etmiş ateist zehniyyətdəki insanlardır. Burada bunu ifadə etmək lazımdır ki, bir insan din əxlaqını yaşamağa başlamadan əvvəl hər cür fərqli həyat tərzini yaşamış ola bilər, bu qınanılacaq vəziyyət deyil. İnsanın səmimi şəkildə tövbə edib Allah inancına yönəlməsiylə Allahın, onun bu səhvlərini bağışlaması ümid edilər. Lakin həmin bu insanlar üçün vəziyyət fərqlidir.
Bu insanlar vəzifə zamanları gəldikdə, saqqal buraxıb əhli-sünnə inancına bağlı bir müsəlman görünüşünə bürünüb iş başına keçərlər. Bəzi kəşfiyyat təşkilatlarının dərin bölmələrindən lazımi əmrləri alar və bunlara uyğun fəaliyyətlərini tərəddüdsüz icra edərlər. Onların müsəlmanlıq və İslamla heç bir əlaqələri yoxdur. Onların dini İslam deyil; materializmdir, darvinizmdir. Qurana tamamilə tabe olan, səmimi müsəlmanların, Qurana zidd olan belə bir zülm sisteminin dəstəkçisi və hissəsi olmaları qeyri-mümkündür. Dünyada bu zülmü həyata keçirənlər, darvinistlər, materialistlər, Stalin, Çe (Che), Lenin, Mussolini, Hitler və Mao pərəstişkarlarıdır. Bunlar, qanlı materialistlərin, kommunistlərin, faşistlərin azğın fikirlərini öz aləmlərində İslam adı altında tətbiq etməyə çalışan, din əxlaqından tamamilə uzaq düşüncədəki insanlardır. Bəzi ətraflar tərəfindən haqsız yerə, İslam dininə aid edilməyə çalışılan zalım sistem, məhz bu şəkildə işləyir.
Müsəlmanların bir hissəsi, İslam adı altında həyata keçirilən bu zalım tətbiqlərin həqiqətləri əks etdirmədiyini iddia edə bilər və bunu tamamilə inkar edə bilərlər. Halbuki əsil doğru olan, bu fəaliyyətləri rədd etmək deyil, bunların, bəzi din əleyhdarı kəşfiyyat agentləri tərəfindən, öz aləmlərində İslam dinini dünyada təsirsiz hala gətirmək və Onun güclənməsinin qarşısını almaq üçün edildiyini qeyd etməkdir. Bütün bunların İslam dinində qəti şəkildə haram buyurulan hərəkətlər olduğu hamıya eşitdirilməsidir.
Xirosimaya atılan bomba xristianların əməli hesab edilməmişdir, terrorist fəaliyyətlər də həqiqi müsəlmanların əməli hesab edilə bilməz
Yuxarıda bəhs etdiyimiz düşüncədəki xristianlar, müsəlmanlar barəsində bu əsassız iddialarla çıxış edərkən, mühüm bir xüsusu görməzlikdən gəlirlər. Məlum olduğu kimi, keçmişdə Amerika Birləşmiş Ştatları; Xirosima və Naqasakiyə atom bombası ataraq on minlərlə günahsız insanın həyatını itirməsinə səbəb oldu. Bu insanlar arasında müsəlmanlar, xristianlar və yəhudilər də vardı. Eləcə də, uşaqlar, yaşlılar, günahsız qadınlar və kişilər. Lakin İslam aləmi, heç vaxt əksəriyyəti xristian olan ABŞ hökumətinin həyata keçirdiyi bu tətbiqi xristianlığa aid etmədi.
Bombanı atan insanların hansı dindən olduqlarının üzərində heç dayanmadı, bu bombalamanın "xristian hücumu" olduğunu iddia etmədi. Yenə eynilə keçmişdə baş verən və adı açıqca "xaç yürüşləri" olan hücumlar əsnasında da, minlərlə müsəlman vəhşicəsinə şəhid edildi, hətta fərqli məzhəblərdəki xristianlar da işgəncəyə uğradılıb öldürüldü, məscidlərlə yanaşı kilsələr də talan edildi. Son dövrdə İraqda, Əfqanistanda və bəzi digər müsəlman ölkələrində tökülən qanlar da müsəlman qanı idi. Lakin heç vaxt müsəlmanlar bunlara əsaslanaraq, İncilə tabe olanların qan tökücü olduqları söyləmədilər.
Hər ağıllı insan, zülmün yaşandığı bir yerdə mütləq dinsizliyin hakim olduğunu asanlıqla anlaya bilər. Necə ki, Qurana tabe olan, Allaha iman gətirən ağıllı müsəlmanlar, həmin bu qırğınlardan ötrü heç vaxt xristianlığı məsul tutmazlar. Bu, Allaha qəlbən iman gətirən bir insanın edə biləcəyi bir hərəkət deyil.
Müsəlmanlara qarşı həmin bu çirkin iddialarla çıxış edən bəzi xristianların da artıq bu yanlış düşüncələrindən və vərdişlərindən imtina etmə vaxtı gəlib çatmışdır. Ümumiyyətlə bu iddiaların təməlində məlumatsızlığın böyük təsiri olur. Bundan ötrü də, xristianlar ön mühakiməsiz şəkildə Quranı oxumalı, Peyğəmbərimiz (s.ə.v)-in həyatını araşdırmalı və mütləq həqiqi İslam əxlaqını yaşayan saleh möminlərin əsərlərini, həyatlarını, düşüncələrini və fəaliyyətlərini nəzərə almalıdırlar.
Hörmətli Adnan Oktarın qarqad ağacı hədisi ilə əlaqədar açıqlamaları
Qarqad ağacı hədisi ilə, Axırzamandakı gizli kamera sistemlərindən xəbər verilir
Adnan Oktar: Hədisdə: "Yəhudilərlə döyüşəcək və onları öldürəcəksiniz" deyilir. Əgər yəhudi olan bir insan din əleyhdarıdırsa və müsəlmanlara hücum edirsə, qan tökürsə, uşaqları öldürürsə, insanları öldürürsə özünü qanuni olaraq müdafiə edərsən. Buradakı hədisdə qanuni müdafiə olunmaqdan bəhs olunur, günahsız bir yəhudini öldürmək isə, haramdır.
“Belə ki, daş belə: “Ey müsəlman, budur yəhudi, arxamda (gizləndi), gəl, öldür onu!” deyəcək””. Məsələn, tutaq ki, 3-4 yaşında bir uşaq var, daşın arxasında dayanır, o da daşdan da bir səs gəldiyini eşitdi: "Ey müsəlman gəl, yəhudi var arxamda öldür" deyə. Deməli, sən hallüsinasiya görürsən, sənə şeytan səslənir. Uşaq öldürülməz, məzlum öldürülməz, qadın öldürülməz. Təkcə qanuni müdafiə olunma vəziyyətində, özünü müdafiə edə bilərsən. Bundan başqa, insan öldürmək yoxdur. Dolayısilə biz bir daşın arxasında yəhudi bir uşaq görsək, daşdan da bizə səs gəlsə, biz belə deyərik: "Hallüsinasiya görürük" və səsə qulaq asmarıq.
Məsələn, on yəhudi uşağı, biri hamısını öldürsə Allah qorusun. "Haradan çıxartdın bunu" desək, o da: "Daş mənə söylədiyi üçün etdim" desə, biz onun dəli olduğunu anlayarıq və bu insan cinayət işləmişdir, qatildir. Açıq şəkildə cinayət işləmişdir, zülm etmişdir və qarşılığı cəhənnəmdir.
Hədisin mənası yaxşı bilinməlidir. Peyğəmbərimiz (s.ə.v) Axırzamandakı ünsiyyətə diqqət çəkir... Qayadan, qayanın arxasından gələn məlumatla onlara qarşı əməliyyat icra edilir və ya ağacların arasına gizlənir. Ağacın arasına hiss etdirmədən gömülür və oradan məlumat alınır gizli kamerayla. Bu, müdafiə döyüşündə meydana gələcək sistemə diqqət çəkməkdir. Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s) dövründəki yüksək texnologiyaya diqqət çəkir. Yoxsa günahsız birini öldürmək haramdır.
Peyğəmbərimiz (s.ə.v)-in dövründə heç bir yəhudi bu şəkildə qətlə yetirilmədi. Heç bir xristian qətlə yetirilmədi. Peyğəmbərimiz (s.ə.v) bilavasitə cübbəsini çıxardıb sərirdi, Kitab əhli də onun üzərində otururdu, Peyğəmbərimiz (s.ə.v) onlara hörmət edirdi, hörmət göstərirdi. Peyğəmbərimiz (s.ə.v)-in dövründə müsəlmanlar, xristianların yanına hicrət etdilər, onlara güvəndilər, can təhlükəsizliyi üçün. Onlarla qardaş oldular, getdilər süfrələrinin başına əyləşdilər, yeməklərini yedilər, xristian və yəhudi qadınlarla evləndilər.
Altuğ Berker: Müəllimim söylədiyinizlə əlaqədar ayə oxuyuram; 5-ci surənin (Maidə surəsi) 5-ci ayəsi: "Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli və azad mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli və azad qadınları da, namuslu olub zinakarlıq etməmək və dost saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır..."
Adnan Oktar: Xristian qadınla evlənilir, yəhudi qadınla evlənilir. Evlənmək nə deməkdir? Sevgi var deməkdir, dostluq var deməkdir, qardaşlıq var deməkdir, elə deyil? Uşaqlarının anası olur. Eyni yataqda yatırsan, eyni mühitdə yeyib içirsən. Oxuduğumuz Quran ayəsidir. Ayə ilə, bildirilir (Hörmətli Adnan Oktarın 21 noyabr 2010-cu ildəkimüsahibəsindən).
Daşlar və ağaclar Axırzamanda müsəlmanlara məlumat verəcək
Adnan Oktar: ...Peyğəmbərimiz (s.ə.v) belə buyurub: "Müsəlmanlar yəhudilərlə müharibə etmədikcə qiyamət qopmaz".Yəhudilərlə Fələstində müharibə etdilər.Altı günlük müharibə var. Çox böyük hadisə oldu. Misirlə müharibə etdilər, Suriya ilə müharibə etdilər, İordaniya ilə müharibə etdilər. Bu hədis gerçəkləşdi. Bu oldu.
Yenə Rəsulullah (s.ə.v) digər bir hədisdə isə, belə buyurub: "Hər daş, hər ağac ey müsəlman arxamda bir yəhudi var, gəl onu öldür deyəcək".İndi bir kərə, bir insan günahına görə cəzalandırılar.Bir daşın arxasında yəhudi bir uşaqla qarşılaşsaq, məzlum kiçik bir uşaqla. Daş da bizə: "Bax, burada,yanımda yəhudi bir uşaq var, onu öldür"deyə səslənsə. Bu şeytanın səsləməsidir.Biz buna qulaq asmarıq. Çünki bu cinayətə təşviq edən bir hallüsinasiyadır. Bu düzgün deyil. Biz nə edərik? Arxamızda nəyin olub-olmadığını, məsələn, elektron cihaz vasitəsilə müəyyənləşdirə bilərik.
Elektron xəbərləşmə ilə, insanların yerini müəyyənləşdirə bilərik. Lakin öldürmək üçün deyil, təsirsiz hala gətirmək üçün. Zərər verən bir yəhudidirsə, dinsiz bir yəhudidirsə, Allahsızdırsa, kitapsızdırsa, Tövrata tabe olmursa, Qurana tabe olmursa, çünki Tövrata görə də, müsəlmanlara zülm edilməz. Çünki yəhudilər Tövrata görə müsəlmanlara Nuhun nəsli kimi baxmalıdırlar. Nuhun nəsli. Nuhun nəsli nə deməkdir? Müsəlman, mömin deməkdir. Hər yəhudi, müsəlmana Nuhun nəsli olaraq baxdığına görə, mömin olaraq gördüyünə görə; onun canına, malına və namusuna toxunması haramdır. Toxuna bilməz, lakin o zülm edən bir yəhudidirsə, deməli, daşlar, ağaclar, hər cür cisim, mebel də ola bilər, bir şey də ola bilər; mikro kameralarla, texniki alətlərlə bizə bunu xəbər verməlidir. Biz də yerini tapıb onu təsirsiz hala gətirməliyik.
Öldürmək demək, fikirlə təsirsiz hala gətirmək mənasındadır. Məsələn, bu hz. Mehdi (ə.s) barəsində də deyilir, belə ki, o (hz. Mehdi (ə.s)) dəccaliyyəti öldürür. Dəccalı öldürür, yəni fikrini öldürür. Fikri cəhətdən öldürməkdir, elmi cəhətdən öldürməkdir, bədəni deyil, inşaAllah. Dolayısilə daş və ağacın müsəlmanlara məlumat verməsi, Axırzamanda onsuz da baş verir hazırda.
Biz; "Cənub-Şərqi Anadolu bölgəsində mehmetciklərimizin mübarizəsində mikrokameralar yerləşdirilsin, düşmənin yeri müəyyənləşdirilsin" dedik. Kamera hara yerləşdirilər? Gizli, düşmənə qarşı mübarizə aparılırsa, daşın içinə yerləşdirməlisən. Yaxud ağacın içinə yerləşdirilməlidir ki, görülməsin. Gizlicə düşməni müəyyənləşdirə bilmək üçün, mükəmməl bir texnologiyaya, gizli bir kəşfiyyat şəbəkəsinin necə qurulacağına Peyğəmbərimiz (s.ə.v) vəhylə mükəmməl şəkildə işarə etmişdir.
Bu ancaq Axırzamanda olur hazırda. Bu yəhudilər üçün deyildir; əgər ateist yəhudi, ateist xristian və ateist müsəlman zülm verdisə, əzab çəkdirirsə, cinayət işləyirsə, biz onu müəyyənləşdirməliyik. Rəsulullah (s.ə.v) onun bir tərəfini, bir hissəsini söyləmişdir. Biz oradan hamısını anlayarıq. Peyğəmbərimiz (s.ə.v) əsaslı və qısa izah edər. Deməli, müsəlman, mübarizə anında bizim nəfsi müdafiə edəcəyimiz vaxt, gizli məlumatı bu cür bir sistemlə əldə edəcək Axırzamanda. Məsələn, Peyğəmbərimiz (s.ə.v): "İnsanlar ovuclarının içinə baxıb, hz. Mehdi (ə.s)-ı görəcəklər" deyə söyləyir.İndi etdilər. İpodlar var; telefonlar var. İnsan ovucunun içə baxan kimi, qarşısındakı insanı görür. Bu gerçəkləşmiş oldu. Nəzərdə tutulan budur, inşaAllah (hörmətli Adnan Oktarın 14 noyabr 2010-cu ildəki müsahibəsindən).
"İslamda zorakılıq vardır" iddiası, dəccaliyyətin və ona itaət edən mövhumatçıların uydurmasıdır
Qurana görə İslamda zorakılıq, terror və intihar hücumların qətiyyən yer yoxdur. Qurana görə müharibə, yalnız can, mal və namus təhlükəsiylə üzləşildikdə, müdafiə məqsədi ilə edilə bilər. Belə hallarda belə, müsəlmanlar əsla həddi aşmamaq, əsir götürdükləri təqdirdə əsirlərə ədalətli davranmaq, hətta özləri ac olduqları vaxtlarda belə, ilk növbədə əsirlərə yemək verməklə, onları bağışlayıb sərbəst buraxmaqla, tezliklə sülhü təmin etməklə, məzlumları və vətəndaşları qorumaqla məsuldurlar. Necə ki, Peyğəmbərimiz (s.ə.v)-in həyatı araşdırıldıqda İslamın bu mövzuda hansı rəftarı zəruri etdiyi açıqca görülür.
Müsəlmanlar müdafiə məqsədiylə vuruşublar
Peyğəmbərimiz (s.ə.v) və səhabələr, Məkkədə yaşadıqları 13 il ərzində Məkkəli müşriklərin ağlasığmaz işgəncələrinə, hücumlarına, böhtanlarına məruz qalmış, evlərindən zorla çıxarılmış və ölümlə təhdid edilmişdirlər. Edilən bu qədər hücum və təzyiqlərə baxmayaraq, əsla şiddətə əl atmamışdırlar.
Məkkədəki təzyiqlərin çox artmasından sonra Mədinəyə hicrət etmiş, Mədinə dövründə də, eyni hücumlara məruz qaldıqlarına və canlarının açıqca təhlükə altında qaldığına görə, təkcə özlərini müdafiə etmək məqsədiylə məcburi surətdə döyüşlərə qoşulublar. Məsələn, Bədir döyüşü, Məkkəli müşriklərin ordularını toplayıb müsəlmanları şəhid etmək məqsədiylə hücuma keçmələrindən ötrü baş vermişdir.
Xəndək döyüşü də müsəlmanların, özlərini qorumaq üçün şəhərin ətrafında xəndəklər qazdıqları, tamamilə müdafiə döyüşü olmuşdur. Bir sözlə, keçmişdəki döyüşlər, bütpərəstlərin bilavasitə azğın şəkildə hücuma keçmələri nəticəsində məcburiyyətdən qaynaqlanan müdafiə döyüşləri olmuşdur. Heç biri hücum döyüşü deyildir. Bu dövrdə Peyğəmbərimiz (s.ə.v)-ə endirilən müdafiə ilə əlaqədar xüsusi hökmlər də yalnız bu döyüşlərdəki xüsusi vəziyyətə məxsus olaraq endirilmiş ayələrdir.
Hz. Məhəmməd (s.ə.v) də, hz. İsa (ə.s) kimi sevgi, şəfqət və mərhəmət insanıdır
Bəzi xristianlar, hər ikisi də bizim üçün çox qiymətli olan peyğəmbərlərimizi öz aləmlərində (cahilcəsinə münasibətlə) müqayisə edirlər. Hz. İsa (ə.s)-ın bir sevgi insanı, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in isə, müharibə tərəfdarı olduğu istiqamətində yaraşıqsız çıxarışlar edirlər. Bu, həm hz. Məhəmməd (s.ə.v)-in, həm də hz. İsa (ə.s)-ın Allaha təslim olmuş, vəhylə hərəkət edən mübarək elçilər olduğunu görməzlikdən gələn cahil və ön mühakiməli bəzi xristianlar tərəfindən ortaya atılmış bir böhtandır.
Bu iki mübarək insan da, Allahın sevgililəri, dostları olduqlarından ötrü, əlbəttə, hər ikisi də sevgi, şəfqət və mərhəmət insanıdır. Bunun əksi qeyri-mümkündür.
Peyğəmbərimiz (s.ə.v)-in 23 illik peyğəmbərlik dövrü olmuşdur. Bütpərəstlərin birbaşa hücumlarının baş verdiyi olduqca çətin dövrləri də əhatə edən bu 23 illik dövr ərzində, Peyğəmbərimiz (s.ə.v), müsəlmanların canlarına qəsd edən və müsəlmanların bütün sülh tərəfdarı münasibətlərinə baxmayaraq, fasiləsiz şəkildə davam edən hücumlar qarşısında iman gətirənləri qorumaq üçün, müdafiə məqsədli döyüşlər aparmışdır. Həmçinin bütün bu döyüşlər əsnasında Allahın vəhyi ilə hərəkət etmiş və Onun vəhyi ilə qərarlar vermişdir. Əgər müsəlmanları qorumağı hədəfləyən döyüş məsuliyyəti Allahdan gələn bir vəhylə hz. İsa (ə.s)-a bildirilmiş olsaydı, o da eynilə Peyğəmbərimiz (s.ə.v) kimi bu ibadəti təslimiyyətlə yerinə yetirəcəkdi. Lakin hz. İsa (ə.s), 3 il davam edən peyğəmbərlik dövrü ərzində bütpərəstlərin belə bir hücumuyla qarşılaşmamışdır. Dolayısilə döyüş və müdafiə ilə əlaqədar bu ayələrin endirilməsinə ehtiyac olmamışdır.
Döyüşün, Peyğəmbərimiz (s.ə.v) və müsəlmanların xoşuna gəlmədiyi halda, fərz buyurulduğu, Quran ayəsi ilə bildirilmişdir.
Sizin xoşunuza gəlməsə də, döyüş sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilər, lakin siz bilməzsiniz. (Bəqərə surəsi, 216)
İslamda müdafiə döyüşündə belə həddi aşmamaq və bağışlayıcı olmaq əmr edilir
Allahın Quranda bizə təsvir etdiyi iman dərinliyini görüb anlaya bilən bir insan, müsəlman üçün əsas məsələnin həmişə bağışlamaq olduğunu da asanlıqla qavraya bilər. Məsələn, Allah Quranda döyüşdə həddi aşmamağı və qarşı tərəf döyüşü dayandırdığı təqdirdə, müsəlmanların da dayandırmalı olduğunu bildirmişdir:
Sizinlə döyüşənlərə qarşı Allah yolunda siz də döyüşün və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. (Bəqərə surəsi, 190)
Əgər (döyüşə) son qoysalar (siz də son qoyun); şübhəsiz ki, Allah, bağışlayandır, rəhmlidir. (Bəqərə surəsi, 192)
Müsəlmanların döyüşə girə bilmələri üçün, qarşı tərəfin hücuma keçməsi şərtdir. Döyüş; xəbərdarlıqlara baxmayaraq, qətiyyən söz anlamayan, təcavüzkar, zalım bir cəmiyyətin zülmündən qorunmaq məqsədiylə əl atılan məcburiyyətdir. Bu vəziyyətdə belə, müsəlmanlar, həddi aşmamaqla məsuldurlar; yəni təkcə özlərini müdafiə etməlidirlər. Yuxarıdakı ayədə Rəbbimizin bildirdiyi kimi, hücum edən tərəf döyüşə son qoyduqda müsəlmanların da son qoymaları nəsihət edilir. Həmçinin İslama görə döyüş əsnasında qadınlara, uşaqlara, yaşlılara və şikəstlərə qayğı göstərilməsi, onların qorunması, zərər çəkməmələri üçün fövqəladə tədbirlər alınması çox əhəmiyyətlidir.
İslamda haqsız olaraq cana qəsd etmək haramdır
Yenə Quranda, cana qəsd etməyin haram olduğu açıqca bildirilmişdir:
...Kim bir nəfsi, bir başqa nəfsə və ya yer üzündəki bir fəsada qarşılıq olmadan (haqsız yerə) öldürsə, O, bütün insanları öldürmüş kimi olar. Kim də onu (ölümdən qurtarsa) diriltsə, O, bütün insanları diriltmiş kimi olar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar. (Maidə surəsi, 32)
Onlar Allahla yanaşı başqa ilaha tapınmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edənlərə ağır cəza verilər. (Furqan surəsi, 68)
Ayələrdən də açıqca aydın olduğu kimi, bir müsəlmanın fəsad və ya başqa bir insana qarşılıq olmadan, haqsız yerə bir cana qıyması Quranda haram buyurulmuşdur. Allah Maidə surəsində, göndərdiyi elçilərin bu haramı insanlara təbliğ etmələrinə baxmayaraq, bir çoxunun həddi aşdığını bildirir. Yəni hökmün Quranla bildirilməsinə baxmayaraq, Quranı kafi hesab etməyərək, həddi aşacaq, haqsız yerə zülm və qan tökülməsi ardınca gedəcək bir cəmiyyətdən bəhs edilir. Məhz bu cəmiyyət, İslam adından ortaya çıxan lakin dəccaliyyətin təsiri altında olan bir sıra mövhumatçılardır.
Yenə Quranda döyüşdə əsir götürülən insanların, bağışlanılmaları və sərbəst buraxılmaları nəsihət edilmişdir. Allah Quranda, cinayət işlənildiyi təqdirdə belə, günahkarın, öldürülən insanın yaxınları tərəfindən bağışlanılmasının daha xeyirli olacağını bildirmişdir. Müsəlmanın Qurana görə məsuliyyəti, həmişə Allah rizası üçün ən xeyirli olanı seçməkdir. Allah cinayətdə belə, bağışlamağı xeyirli gördüyünə görə, müsəlmanın əsil əməl etməli olduğu hökm budur. İslam, şəfqət, mərhəmət, sevgi, sülh, ədalət və dinclik dinidir. İslamı Quranda təsvir edilən şəklindən daha fərqli göstərməyə çalışanlar bu hərəkətlərindən tezliklə imtina etməlidirlər.