Quranın qəti hökmü budur: İslamda məcburiyyət yoxdur.
Bu həqiqət ayələrdə belə bildirilmişdir:
Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? (Yunis surəsi, 99)
O (Nuh) dedi: “Ey qövmüm! Fikriniz nədir bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət (peyğəmbərlik) bəxş edibsə, onda necə olsun? Siz bunu istəmədiyiniz bir halda, biz sizi buna məcburmu edəcəyik? (Hud surəsi, 28)
De: “Ey kafirlər!
Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm,
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm,
Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.
Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 1-6)
Müsəlmanlar Allahın: "Yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə" (Loğman surəsi, 17) əmrinin tələbindən ötrü, yaxşı işlər görməyi əmr edib, pis işləri qadağan edər və insanları gözəl sözlə Allahın yoluna dəvət edərlər. Lakin hidayəti verən Allahdır (Qəsas surəsi, 56). Eləcə də, Quranı oxuyan və anlayan bütün müsəlmanlar bunu çox yaxşı bilərlər. Dolayısilə bir müsəlmanın vəzifəsi, insanlara Quranı izah etmək, onları Qurana dəvət etmək, yəni onlara təbliğ etməkdir. Bu dəvəti, təkcə hidayətə nail olanlar qəbul edəcək, nail olmayanlar isə, bu dəvətdən uzaqlaşacaq. Dolayısilə hidayətə nail olmamış bir insan nə qədər məcbur edilsə də, heç vaxt həqiqi mənada müsəlman olmayacaq. Dolayısilə onu buna məcbur etmək, həm Qurana görə haramdır, həm də bu bir nəticə verməyəcək.
İslam, təslimiyyət deməkdir. Bir insanın İslamı qəbul etməsi, həqiqi mənada hidayətə nail olması və həqiqi bir müsəlman olması üçün, Allaha və Qurana səmimi və qəlbən təslim olması şərtdir.
Bəs bir insan İslamı qəbul etməyə məcbur edilsə nə baş verər?
Bir insan İslamı qəbul etməyə məcbur edilsə müsəlman deyil, münafiq olar. Zorla ibadət edər, zorla namaz qılar, nəticədə isə, qəzəb və nifrət dolu bir münafiqə çevrilər. İslamdan və müsəlmanlardan nifrət edər və müsəlman kimi görünüb həyatını öz aləmində müsəlmanları tələyə sala bilmək üçün sərf edər.
Münafiq, müsəlmanların ən böyük düşmənidir, dünyadakı ən alçaq məxluqdur. Allah münafiqlərə cəhənnəmdə ən alçaq təbəqəni layiq görmüşdür. Bu alçaq varlıqlar, həmişə müsəlmanlara zərər verməyə çalışarlar. Dolayısilə Allahın hökmünə əməl etməyib bir insanı zorla müsəlman etməyə çalışmaq, ortaya yalnız münafiq çıxardar və zərər gətirər. Bu müsəlmanın heç istəməyəcəyi şeylərdən biridir.
Bir insanın zorla müsəlman olması, Quranın ümumi ruhuna da zidddir. Quranda bildirilən bir ədalət anlayışı var. Buna görə də, istənilən düşüncə və ideologiyaya sahib olmaq mümkün qədər azaddır. Allah Quranda bunu, kafirlərə xitab edən: "Sizin dininiz sizə, mənim dinim də mənədir!" (Kafirun surəsi, 6) ayəsiylə açıqca bildirmişdir. Bu, tam demokratiya deməkdir, din və inanc azadlığıdır. İnanc azadlığı və demokratiya isə Quran qaynaqlıdır. Quranda qeyd olunan bu anlayış bütün dünyaya yayıldıqda tam demokratiya və azadlıq yaşanılacaq. Bu ədalət sistemi, bütün cəmiyyətləri, bütün dünyanı, bütün inancları əhatə edən və insanlığın tələbi olan bir qanundur. Allahın qanunudur. Quran hökmləri insanların maddi və mənəvi cəhətdən rahatlıq tapacaqları şəkildə yaradılıb.
Quran ayələrində qətiyyən insanların canını yandıracaq və narahat edəcək heç bir hökm yoxdur. İslamiyyət, insanların sevə-sevə, könül rahatlığı ilə yaşayacaqları, xoşbəxt olacaqları bir din kimi göndərilmişdir. Bir müsəlman müşrik belə olsa bu insanın hidayətə nail olması üçün dua etməklə, ona şəfqətli davranmaqla, onu qoruyub himayə etməklə məsuldur. Allah, müşriklərin bir yerdən başqa bir yerə gedərkən qorunmalarını belə müsəlmanların üzərinə məsuliyyət kimi yükləmişdir. Müsəlmanlara, öz canları bahasına müşrikləri qorumaq vəzifəsi tapşırılmışdır. Quranda bu mövzu ilə əlaqədar ayə belədir:
Əgər müşriklərdən biri səndən ‘aman diləsə’, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün ‘əmin-amanlıq içində olacağı’ yerə çatdır. Çünki onlar bilməyən bir qövmdür. (Tövbə surəsi, 6)
İslam sevgi, şəfqət, anlayış və hörmət üzərində qurulmuş bir dindir. Bunları tətbiq etməyənlər, İslam əxlaqını tanımır və həqiqi Quran əxlaqını yaşamırlar.
Mövhumatçılar, "dində məcburiyyət yoxdur" hökmünü takiyə kimi tətbiq edərlər
Bəzi insanlar, əvvəlcə "dində məcburiyyət yoxdur" anlayışı ilə ortaya çıxan, lakin sonradan gizlicə zorlama üsulundan istifadə etməyə başlayan bəzi müsəlmanları nümunə göstərərək bu mövzuda takiyə üsulundan istifadə edildiyini iddia edirlər. Əvvəla belə insanlar, həqiqi müsəlmanlarla, Qurana görə deyil, xurafatlara görə yaşayan mövhumatçıları bir-birindən yaxşı ayırd etməlidirlər. Bir mövhumatçı, Allahın Quran ayələrində bildirdiyi hökmlərin xeyir və hikmətlərini onsuz da tam mənasıyla görə bilməmiş, Quranın ruhunu tam olaraq anlamamış, dolayısilə Quranın haqq və tək kitab olduğu ilə, tam razılaşmamış bir radikaldır. Öz ağlınca, Allahın hökmünə və Quran ayələrinə baxmayaraq, məcbur ediləcəyi və təzyiq göstəriləcəyi təqdirdə, bir insanın müsəlman ola biləcəyini zənn edər. Halbuki bu açıqca Rəbbimizin hökmlərinə qarşı çıxmaqdır. Bunun nəticəsində isə, (daha əvvəl ifadə etdiyimiz kimi) ortaya münafiqlər, İslam əleyhdarları, İslamı zorlama və təzyiq dini kimi görən insanlar çıxır.
Həqiqi İslam dini, təkcə İslam dini Peyğəmbərimiz (s.ə.v) dövründəki kimi doğru və tam tətbiq olunduqda və Quran ayələrinə tam olaraq əməl edildikdə yaşanılar. Bundan başqa heç bir nümunə İslam deyil. Quranın tək bir ayəsini belə qeyri-kafi görən, qəbul etməyən insan artıq dindən çıxmışdır. Belə bir insanın İslam adından ortaya çıxıb İslamda olmayan tətbiqləri həyata keçirməsindən ötrü, həmin tətbiqlər İslama aid edilə bilməz. Eynilə xristianlıq adından ortaya çıxıb qırğınlar törədən, məscid və Quran yandıran mövhumatçıların tətbiqlərinin xristianlığa aid edilə bilməyəcəyi kimi.
Qurani-Kərimdəki ayələrlə üst-üstə düşməyən bir tətbiq vardırsa, bu İslamın tətbiqi deyildir. Dolayısilə xristianlar, həqiqi İslam dinini tanımaq istəyirlərsə, təkcə Qurana baxmalıdırlar.
Quran, mövhumatçılığa qarşı savaş başlatmışdır
Quran; mövhumatçılığın gətirdiyi hər cür bəlaya, bədbəxtliyə, zülmə, sevgisizliyə, qəzəbə, qan tökücülüyə qarşı savaş başlatmışdır. Qurana əsaslanan İslam dini, mövhumatçılığın tam əksidir.
İslam; sevgi, sülh və dostluğu nəsihət edər. Birlik olmağı, birlikdə Allahın adını ucaltmağı, qardaş olmağı, dünyada dinclik və təhlükəsizliyin yaradılmasını təşviq edər.
Mövhumatçılıqdan xilas olmağın yolu İslama qarşı savaş başlatmaq deyildir
Cahilcəsinə mövhumatçılığı İslam dini kimi qəbul edənlər və bu mövhumatçı sistemi ortadan qaldırmaq istəyənlər, ümumiyyətlə böyük yanılmaya qapılaraq, İslama qarşı düşməncəsinə bir münasibət bəsləyirlər. Bu yanlış dünyagörüşü, xüsusilə bəzi materialist, ateist və darvinist mətbuat, beyin mərkəzləri və dünya siyasətində təsirli rol oynayan bir sıra ətraflar tərəfindən, şüurlu surətdə yayılmağa çalışılmışdır. Həmin bu ətraflar, müsəlmanlığı qəsdən yanlış tanıdaraq: "Müsəlmanlar belədir, sizə yaşamaq kimi tanımazlar, dolayısilə onlar sizi yox etmədən siz onları yox edin" kimi təlqinlərlə, insanları İslam dininə və müsəlmanlara qarşı qızışdırırlar.
Bəzi xristianlar bu təlqinlərin təsiriylə, mövhumatçı sistemin gətirdiyi bəzi zalım tətbiqlərin ortadan qaldırılması üçün, Quran və İslam diniylə mübarizə aparılmalı olduğunu müdafiə edərlər (Quranı və İslam dinini tənzih edirik). Halbuki ağla və vicdana sığmayan bu üsul, mövhumatçılığın daha da güclənməsinə və inkişaf etməsinə gətirib çıxardar. Qurana və həqiqi İslam dininə edilən hər cür hücum, özləri kimi düşünməyənlərə zorakılıq tətbiq edilməli olduğunu müdafiə edən mövhumatçı sistemi daha da gücləndirər. Həmin bu mövhumatçıların müdafiə etdiyi qan tökücü sistemi ortadan qaldırmağın yolu, Quranı və həqiqi müsəlmanlığı ön plana çıxartmaq, Əsri Səadət müsəlmanlığını yenidən həyata keçirməkdir.
Həqiqi müsəlmanların şən, ünsiyyətcil, sevgi, şəfqət, dostluq və qardaşlıq dolu, demokratiya və azadlığı müdafiə edən, müasir və uzaqgörən həyatları mövhumatçı zehniyyətdə olanları heyrətamiz dərəcədə narahat edər, sanki qovurar və yandırar. Dolayısilə, xristian qardaşlarımız, həm müsəlmanların, həm də xristian və yəhudilərin əleyhdarı olan mövhumatçı zehniyyətə qarşı, həqiqi müsəlmanlara dəstək olmalı və onlarla birlikdə hərəkət etməlidirlər.
Mövhumatçılıqla mübarizə aparmaq müsəlmanlar üçün bir ibadətdir. Çünki müşriklərlə mübarizə aparmaq Quranın əmrlərindən biridir. Quranda “müşriklər” deyə işlənən qrupun digər adı mövhumatçılardır. Uca Allah ayələrdə münafiqlərdən bəhs edər, kafirlərdən bəhs edər, qəlbində xəstəlik olanlardan bəhs edər, bunların hamısı müşriklərdir. Bunlar Əsri Səadət əleyhdarlarıdırlar, QURAN ADINDAN QURANA QARŞI SAVAŞ BAŞLADARLAR.
Lakin, əlbəttə ki, bu mübarizə, elmi və fikri mübarizə olmalıdır. Daha əvvəl xatırlatdığımız kimi, mövhumatçı kütlə, ümumiyyətlə müxtəlif səbəblər və xurafatlar nəticəsində Qurandan uzaq qalmış təhsilsiz, məlumatsız bir qrupdur. Dolayısilə mövhumatçılıq təhlükəsinin ortadan qalxa bilməsi üçün, bu insanlar öyrədilməlidirlər. Əlbəttə ki, öyrədildikləri və Quranda izah edilən həqiqi İslam dinini anladıqları vaxt, onlar da mövhumatçı zehniyyətin məntiqsizliyini görəcəklər.
Sevgisiz, şəfqətsiz, mərhəmətsiz, ağılsız, mədəniyyətsiz, ədəbsiz; elmi və incəsənəti heç xoşlamayan; dərin düşünə bilməyən, göstəriş edən, dini qarmaqarışıq hala gətirməyə çalışan və həmişə uydurmalarla, xurafatlarla özünə görə bir din meydana gətirən azğın cərəyanın adı “mövhumatçılıq” və ya digər adıyla “müşriklik”dir. Dolayısilə TAMAMİLƏ QURANA ZİDD OLARAQ MEYDANA GƏTİRİLMİŞ, ÖZ ALƏMİNDƏ QURANI KAFİ GÖRMƏYƏN VƏ QURANDA ƏMR EDİLƏN HÖKMLƏRİN TAM ƏKSİNİ TƏTBİQ EDƏN MÖVHUMATÇI SİSTEM, MÜSƏLMANLARIN DA FİKRİ CƏHƏTDƏN MÜBARİZƏ APARMALI OLDUQLARI BİR ANLAYIŞDIR.
Mövhumatçılığa gətiriləcək çıxış yolu, Əsri Səadət müsəlmanlığını və həqiqi Quran əxlaqını müdafiə etmək və radikalizmin pəncəsinə düşənləri öyrətməkdir. Peyğəmbərimiz (s.ə.v) mövhumatçılara qarşı çıxır və İslamın gətirdiyi demokratiya, sevgi, hörmət və azadlıq nemətlərini ən mükəmməl şəkildə tətbiq edirdi.
Həqiqi İslam əxlaqı yaşanıldıqda həm xristianlar, həm də yəhudilər rahatlıq tapacaqlar
Xristian qardaşlarımızın, bu kitabda izah etdiyimiz sevgi, sülh, demokratiya, azadlıq, xoşbəxtlik, müasirlik kimi anlayışlarla əlaqədar izahatları "yaxşı niyyətlə edilmiş şərhlər" kimi qiymətləndirməmələri çox əhəmiyyətlidir. Bunlar bizim şəxsi şərhimiz olmayıb, QURANIN ƏSASIDIR. Bunlar, Quranın ruhuna, hz. Məhəmməd (s.ə.v)-də gördüyümüz bütün nümunələrə, Rəhman və Rəhim olan Allahın rizasına uyğun olandır. Peyğəmbərimiz (s.ə.v) dövründə Quran hökmləri bu cür tətbiq olunmuşdur. Qan tökücülük, təkcə mövhumatçıların xurafatlarında var. Dəccalın nəzarəti altındakı mövhumatçı zehniyyətə sahib insanlar, qan tökücülüyü bütün dünyaya yayaraq bunu İslam kimi göstərmiş və kütlələri aldatmışdır.
Xristianların, Quranın həqiqi və əsl mesajını görmələri olduqca əhəmiyyətlidir. Peyğəmbərimiz (s.ə.v) və Qurani-Kərim dünyadakı bütün insanlar üçün bir nurdur. İnsanları xoşbəxt edən, dünyanı aydınladan hər şey Qurandadır. Bunu, Allah rizası, vicdan, iman və qəlb gözü ilə baxan hər insan açıqca görəcək. Quranı, Əsri Səadət dövründəki kimi yaşamaq bütün dünyaya tam rahatlıq və gözəllik gətirəcək. Quranın müsəlmanlar tərəfindən bu cür tətbiq olunması, xristianlar və yəhudilər üçün də, dinclik, xoşbəxtlik və rahatlıq səbəbi olacaq. Bunun nəticəsində dünyaya olduqca xoşbəxt bir həyat hakim olacaq. Onsuz da insanların fitrətində olan, lakin dəccal sisteminin təsirlərindən ötrü yox olmuş sevinc, cəmiyyətlərə geri qayıdacaq. İnsanlar sevinəcəkdir. İncəsənət inkişaf edəcək, əsil incəsənətlə məşğul olan incəsənət xadimləri ortaya çıxacaq. Dəccal sisteminin təsiriylə yox olub gedən memarlıq yenidən canlanacaq. Çünki dünyaya dinclik, xoşbəxtlik, güvən, dostluq, qardaşlıq və hamısından əhəmiyyətlisi Allah sevgisi yayılacaq. İnsanların qəlbində Allah sevgisi olduqda isə, həmin cəmiyyətə incəsənət, estetika, sevinc, xoşbəxtlik və elm gələr, bir sözlə, hər şeyə gözəllik və coşğu gələr. Quran müsəlmanının anlayışı, şəfqət, mərhəmət, sevgi, ağıl, tutarlılıq və tutarlı rəftarlar sərgiləmək, ağıllı düşünmək, fədakar olmaq, hadisələrə yaxşı niyyətlə baxmaq, hər şeydə xeyir görmək üzərinə qurulub. İslamın bu cür yaşanıldığı bir dünya, həm xristianlar, həm də yəhudilər üçün fövqəladə gözəllikdə olacaq.
Xristianların qarşı çıxmalı və elmi mübarizə aparmalı olduqları şey isə, hər üç din üçün də böyük təhlükə olan mövhumatçılıq, darvinizm və materializmdir. Dəstəkləməli və müdafiə etməli olduqları şey isə, İslam dininin Qurandakı halı ilə yaşanması və hazırki dövrdə bunu təmin edəcək mehdiyyətdir. Bunu dəstəklədikləri təqdirdə mövhumatçılıq, mürtəcelik, darvinizm və materializm ortadan qalxacaq, dünyaya bayram sevinci gələcək, hər şey və hər yer aydınlanacaq. Mövhumatçılığın, darvinist və materialist ideologiyaların təsiri altında qalmış insanlar isə, doğru təhsillə qazanılmış olacaq. Quran ayəsində bildirildiyi kimi, uca Allah kilsələr və sinaqoqları qoruyur. Xristian və yəhudi qardaşlarımız istədikləri kimi, ibadətlərini edəcək, istədikləri rahatlığa və əmin-amanlığa qovuşacaqlar. Müsəlmanlar; xristian və yəhudilərlə qardaşlıq və sevgi içində yaşayacaq, döyüşlər bitəcək, artıq qan tökülməyəcək, dünya rifahın, dincliyin və təhlükəsizliyin yaşanıldığı sülh məkanına çevriləcək. Bu Allahın vədidir. Mütləq gerçəkləşəcək. Lakin bunun üçün, Allah bizdən cəhd göstərməyimizi istəyir.