xristian qonaqlarına əbasının üstünə əyləşmələrini söyləmişdir.
Peyğəmbərimiz (s.ə.v) Kitab əhlinin müsəlmanların himayəsi altında olduqlarını söyləmişdir
Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in, xristian olan İbn Həris İbn Kab və qövmünə yazdırdığı müqavilə mətnində: "Şərqdə və qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, canları, ismətləri və malları Allahın, Peyğəmbərin və bütün möminlərin himayəsi altındadır. Xristianlıq dinini yaşayanların hər hansı biri istəmədən İslamı qəbul etməyə məcbur edilməyəcək. Xristianlardan biri hər hansı bir cinayətə və ya haqsızlığa məruz qalsa müsəlmanlar ona kömək etmək məcburiyyətindədir" deyə yazdırmışdır. (İbn Hişam, Ebu Muhammed Abdulmelik, Es-Siretü'n-Nebeviyye, Daru't-Türasi'l-Arabiyle, Beyrut, 1396/1971, II/141-150)
Peyğəmbərimiz (s.ə.v), ziyarətə gələn Kitab əhlinin qalması üçün səhabələrin evlərini onlar üçün ayırardı
Hz. Peyğəmbər (s.ə.v) dövründə, qruplar halında elçilər və heyətlər Mədinəyə baş çəkərdilər. Gələn heyətlər (bura Kitab əhli də daxildir) bəzən 10 gündən artıq da qala bilirdilər ki, Əbdürrəhman ibn Əvf, Muğirə ibn Şöbə, Əbu Əyyub Əl-Ənsari və Ənsardan bəzi insanların evləri, onlar üçün ayrılardı. Bunlarla yanaşı, Məscidül-Nəbinin ətrafındakı elm öyrənən suffa əhlinin qaldığı yerlər ilə, Məscidin yaxınlığında qurulan bir çadır, gələn ziyarətçilər üçün hazırlanardı.
Hz. Peyğəmbər (s.ə.v), görüşməyə gələnlərin bəzilərinə, amannamə və əhdnamə (yazılı əmr və təlimat, bəzi şəxs və qruplara verilən haqq və imtiyazları, xaricilərlə əldə olunan razılaşma hökmlərini ehtiva edən sənəd) və onlar üçün ayrılan əraziləri bildirən rəsmi sənəd verərdi. Bəzi bölgələrə də öz aralarından qubernatorlar təyin edərdi. Yenə Mübarək Elçi, müsəlmanlara zəkat məmurları göndərdiyi halda, xristian kimi qalanlara da cizyə məmurları göndərirdi. Əslində gələn bu rəsmi heyətlər, bütün Ərəbistan yarımadasının, hz. Məhəmməd (s.ə.v)-in peyğəmbərliyini və hakimiyyətini qəbul etməsinə sanki bir dəlildilər. (Sarıçam, Hz. Muhammed ve Evrensel Mesajı, səh. 356)
Peyğəmbərimiz (s.ə.v) vəhy enməyən bəzi mövzularda Məkkəli müşriklərin deyil, Kitab əhlinin davranışlarına görə hərəkət etmişdir *
Allahın Elçisi (s.ə.v) Məkkədə, vəhy almadığı mövzularda Məkkəli müşriklərə müxalif çıxaraq, Kitab əhlinin davranışlarına uyğun hərəkət etmişdir. (Buhârî, Libâs 70; Müslim, Fedâil 90)
Peyğəmbərimiz (s.ə.v), səhabələri xristian Nəcaşinin yanına hicrətə göndərmişdir
Peyğəmbərimizin hicrətdən əvvəl ilk maraq göstərdiyi və müsəlmanların hicrət etmələrini arzuladığı xristian ölkə, Həbəşistan olmuşdur. Allahın Elçisi, Məkkə müşriklərinin amansız işgəncələri və təzyiqləri qarşısında Məkkəli müsəlmanların Həbəşistana hicrət etmələrini arzulamış və bu hisslərini bu ifadələrlə dilə gətirmişdir.
"İstəsəniz və əlinizdən gəlsə, Həbəşistana sığının. Çünki orada hökm sürən kralın torpaqlarında heç kəsə zülm edilməz. Ora doğru və əmin bir yerdir, Allah asanlıq verənə qədər orada qalın".[Hamîdullah, el-Vesâikü's- Siyâsiye, (tərcüməçi: Vecdi Akyüz), İstanbul 1997, səh. 115; Hamîdullah, İslâm Peygamberi, I, 297]
Peyğəmbərimiz (s.ə.v) bir yəhudinin cənazəsi keçərkən ayağa qalxmışdır
Cabir ibn Abdullah (r.ə) belə nəql etmişdir: “Yanımızdan bir cənazə keçdi. Rəsulullah (s.ə.v) dərhal bu cənazə üçün ayağa qalxdı. Biz də (ona uyaraq) onunla birlikdə ayağa qalxdıq və: "Ey Allahın Elçisi! Bu bir yəhudi qadının cənazəsidir" dedik. Bundan sonra hz. Peyğəmbər (s.ə.v) belə dedi: "...Cənazəni gördüyünüz zaman, dərhal ayağa qalxın". (Müslim, Cenaiz, 78, Hadis no: 1593)
Qeys ibn Sad (r.ə)-dən rəvayət olunduğuna görə İbn Əbu Leyla belə nəql etmişdir: “Qeys ibn Sad ilə Səhl ibn Hüneyf, Qadisiyədə olduqları vaxt, yanlarından bir cənazə keçdi. Bunlar ayağa qalxdılar. “Özlərinə: “Bu cənazə, bu yerin camaatından (yəni zimmilərdən) biridir” deyildikdə, Qeys ilə Səhl də belə dedilər: Rəsulullah (s.ə.v)-in yanından bir cənazə keçmişdi. Allahın Elçisi, ayağa qalxdı. Özünə həmin bu cənazədə bir yəhudi olduğu bildirildikdə O da belə buyurdu: "Məgər bu da bir insan deyil?". (Müslim, Cenaiz, 78, Hadis no: 1596)
Peyğəmbərimiz (s.ə.v) zimmilərə əziyyət verilməməsini buyurmuşdur *
Peyğəmbərimiz (s.ə.v) bir hədisində belə buyurmuşdur: "Kim zimmilərdən (İslam ölkəsindəki qeyri-müsəlmanlardan) birinə əziyyət versə, mən onun düşməni olaram".
Peyğəmbərimiz (s.ə.v), peyğəmbərliyinin ilk vaxtlarında, xristianlarla görüşürdü
Peyğəmbərimiz (s.ə.v), Allahın Elçisi sifətiylə təbliğə başladığı zaman, ilk dəfə Məkkədə bəzi xristianlarla qarşılaşmışdı. Hətta, Özünə vəhy gəlməyə başladığı ilk günlərində hz. Xədicə və Peyğəmbərimiz (s.ə.v)-lə görüşən Vərəqə ibn Nofəl də İncilin əlyazmalarına sahib olan bir xristian idi. (Buhârî, Bedu'l- Vahy 3)
Peyğəmbərimiz (s.ə.v), kimsənin dininə qarışılmasına icazə verməmişdir
Din seçmə azadlığının ifadəsi olan: "La ikrâhe fı'd-dîn (dində məcburiyyət yoxdur)" (Bəqərə surəsi, 256) ayəsinin hökmünü tətbiq edən Peyğəmbərimiz (s.ə.v), 630-cu ildə, müsəlman olduqlarını bildirmək məqsədiylə Mədinəyə gələn Himyar hökmdarının elçilərinə bu təlimatı vermişdir:"Bir yəhudi və ya bir xristian, müsəlman olduqları təqdirdə, möminlərdən olarlar (onlarla eyni hüquqlara malik olarlar). Kim yəhudiliyindən və ya xristianlığından imtina etmək istəmirsə, ona müdaxilə edilə bilməz". (İbn Hişâm, es-Sîre, II, 586)
Peyğəmbərimiz (s.ə.v)-in bilavasitə özü yəhudilərlə ticarət etmişdir
Allah Rəsulunun, insanlarla əlaqələrində prinsip qəbul etdiyi dəyərlərdən biri dürüstlükdür. Bu üstünlüyə sahib olduğunu gördüyü kimsənin başqa dindən olması, onunla ticarət etməsinə maneə təşkil etməmişdir. Bilavasitə özü Mədinəli yəhudi tacirlərdən qida maddələri və borc almışdır.
Allahın Rəsulu (s.ə.v) vəfat etdikdə, şəhərdəki bir yəhudidən aldığı borcun qarşılığı, Peyğəmbərimiz (s.ə.v)-in öz zirehi idi.
Peyğəmbərimiz (s.ə.v)-in Xeybərin fəthi zamanı, yəhudilərə göstərdiyi şəfqət
Xeybərin fəthindən sonra əldə olunan qənimətlər arasında yığın-yığın Tövrat nüsxələri olmuşdur. Hz. Peyğəmbər (s.ə.v) bu nüsxələri qənimətlər arasından çıxardıb, nüsxələrin yəhudilərə geri qaytarılmasını əmr etmişdir.
Yenə Xeybərin fəthindən sonra, müsəlman əsgərlər, yəhudilərə aid bağlardan və xurma bağçalarından yeməyə başladılar. Yəhudilər bu vəziyyəti hz. Peyğəmbər (s.ə.v)-ə şikayət etdilər. Hz. Peyğəmbər (s.ə.v) də bölgə xalqının mallarına, bağ və bağçalarına toxunulmamasını əmr etdi.
Peyğəmbərimiz (s.ə.v) Mədinə vəsiqəsiylə (müqaviləsi) yəhudilərin və xristianların dininə qarışılmayacağını söyləmişdir
Peyğəmbərimiz (s.ə.v)-in xristian, yəhudi və müşrik cəmiyyətlərlə imzaladığı Mədinə vəsiqəsi də mühüm ədalət nümunəsidir. Mədinə vəsiqəsinin bəndlərindən biri belədir: "Bəni-Əvf yəhudiləri, möminlərlə birlikdə eyni ümmətdirlər, yəhudilərin dinləri özlərinə, müsəlmanların dinləri də özlərinədir".
Mədinə vəsiqəsinin 16-cı bəndində isə: "Bizə tabe olan yəhudilər, heç bir haqsızlığa uğramadan və düşmənləriylə də köməkləşmədən, kömək və dəstəyimizə haqq qazanacaqlar" deyə bildirilmişdir.
Peyğəmbərimiz (s.ə.v)-dən sonra da səhabələri, Peyğəmbərimiz (s.ə.v)-in müqavilə bəndlərinə daxil etdirdiyi bu hökmə sadiq qalmış və eyni hökmü, Berberi, Buddist, Brahma və bənzəri inanclara sahib insanlar üçün də tətbiq etmişdirlər.
Peyğəmbərimiz (s.ə.v) nəcranlılara verdiyi amannamədə onların müsəlmanların himayəsi altında olduğunu söyləmişdir
Bilavasitə Peyğəmbərimiz (s.ə.v) tərəfindən Ədruh, Maqna, Xeybər, Nəcran və Akabəli Kitab əhlinə verilən rütbələr, müsəlmanların Kitab əhlinin can və mal təhlükəsizliyini zəmanət altına aldıqlarını və onlara inanc və ibadət azadlığı tanıdıqlarını göstərir. Peyğəmbərimiz (s.ə.v)-in nəcranlılarla bağladığı müqavilədə qeyd olunan bu bəndlər də diqqət çəkicidir:
Nəcranlılar və yanlarındakıların, canları, malları, dinləri, varları və yoxları, ailələri, kilsələri və sahib olduqları hər şey Allahın və Allahın Peyğəmbərinin zəmanəti altına alınacaq.
Heç bir yepiskop və ya keşiş kilsəsindən və ya monastırından məhrum edilməyəcək və heç bir rahib rahiblik həyatını tərk etməyə məcbur edilməyəcək. Onlara heç bir əziyyət verilməyəcək və ya onları alçaldan hər hansı hərəkət edilməyəcək. Həmçinin, torpaqları ordumuz tərəfindən işğal edilməyəcək. Haqqını tələb edən olsa, Nəcranda ədalətlə hökm veriləcək...
Onlara düşən sədaqət və öhdəçiliklərini yerinə yetirməkdə səy göstərmələridir. Zülmə və təzyiqə məruz qalmayacaqlar.
İman gətirənlərin birləşməsi bir zərurətdir
Allah inancının, ədalətin və vicdanın tələbi; dünyada Allah inancına qarşı çıxanlarla fikri mübarizə aparmaq, dünyadakı bütün pis əməllərin üstünü açaraq bunların fikri təməllərini yox etməyə çalışmaqdır. Apardıqları qanlı fəaliyyətlərdə öz aləmlərində uca İslam dinindən istifadə etməyə çalışan, müsəlman adı və ya kimliyi daşıyan cahil, hətta əslində dinsiz olan insanların İslam dini və Quran ayələrinə qətiyyən uyğun gəlməyən tətbiqləri bir-birindən mütləq ayırd edilməlidir.
İslamın əslini görməzlikdən gələrək, Dəccal tərəfdarlarının planlarına aldanmaq səmimi iman gətirən bir insanın edə biləcəyi bir rəftar deyil. Edilən bu gizli və sistemli təlqin üsullarıyla, bəzi xristianlar özlərini müsəlmanlardan uzaq tutur, hətta onlara qarşı cəbhə meydana gətirirlər. Bunu edərək özlərini yevangelist xristianlardanmış kimi göstərməyə çalışan din əleyhdarı insanların təsiri altında müsəlmanlara qarşı kin və nifrət duyğularını təşviq edirlər. Allahı sevən dindarlar olaraq, Allahın dostlarıyla birlik olmalı olduqları halda, ateist, darvinist və terrorist bir sistemin liderliyini edən hiyləgər bir təşkilatın izindən (xəbərsiz də olsa) gedirlər. Bu yanlış inancın həm özlərinə, həm də dünyadakı bütün iman sahiblərinə nə qədər böyük zərər verdiyini görə bilmirlər.
Allahın icazəsi ilə, ALLAHIN ADI VƏ KƏLAMI, MÜTLƏQ BÜTÜN DÜNYAYA HAKİM OLACAQ VƏ QALİB GƏLƏCƏK. Bu Allahın bütün həqiqi iman sahiblərinə olan vədidir. Lakin bunun vəsilələri olmaq üçün, səbəblərə sarılmalı və bütün dünyada güclü inanc həmrəyliyi içində olunmalıdır. Səmimi yevangelist xristianlar, yevangelist masonların çirkli oyunlarını görüb, sürükləndikləri böyük təhlükəni görüb səmimi dindar müsəlmanlarla ittifaq yaratsalar, bütün insanların sülh və dinclik içində yaşaya biləcəkləri, müharibələrin, qarşıdurmaların bitəcəyi bir dünya nizamının qurulması mümkün olacaq. Allahdan bir nemət olaraq daha dinc və daha rahat, gözəl bir həyat yaşayacaqlar.
Ateist masonluğun gizli liderliyi altındakı əsil təhlükənin (yəni ateizm, darvinizm, materializm, Marksizm, kommunizm təhlükəsinin) ölçülərini daha yaxşı gördükləri vaxt, əsl fikri mübarizəni bütün iman sahibləriylə birlikdə, Allah inancına qarşı mübarizə başlatmış bu cür azğın sistemlərə qarşı aparacaqlar. Uca Allahın icazəsi ilə, 3 böyük dinin mənsublarının həyəcanla gözlədikləri hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın zühur vaxtı çox yaxındır. Qurana görə Allahın vədi gərəyi, həmin dövrdə hz. İsa (ə.s)-ın sülh və həmrəylik dəvətini mütləq bütün xristianlar öz istəkləriylə qəbul edəcəklər. Qurana görə hz. İsa (ə.s)-ın yenidən zühurunda, Kitab əhlindən (xristian və yəhudilərdən) ölmədən əvvəl ona iman gətirməyəcək hər hansı bir insan qalmayacaq (Nisa surəsi, 159). O zaman, əsl edilməli şeyin, iman sahibləri arasında sevgi və birlik yaratmaq olduğunu uca Rəbbimizin icazəsi ilə anlayacaqlar. Lakin əhəmiyyətli olan, hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın zühur dövrünə çox yaxınlaşmışkən bu həqiqəti görmək və BU MÜBARƏK İNSANLAR ÜÇÜN LAZIMİ ELMİ ZƏMİNİN HAZIRLANMASINA QABAQCILLIQ EDƏRƏK, ONLAR ÜÇÜN RAHAT FƏALİYYƏT GÖSTƏRƏCƏKLƏRİ BİR MÜHİT HAZIRLAMAQDIR. Şübhəsiz ki, Allahın, İslam əxlaqını, sülhü, dincliyi və sevgini hakim etmək üçün heç nəyə ehtiyacı yoxdur (Allahı tənzih edərik). Lakin Allah, iman gətirənlərə dua etmə və mükafat almaq gözəlliyini lütf etmişdir. ƏSİL SƏMİMİ DİNDARLAR ARASINDAKI GÜCLÜ BİRLİK, DİNSİZLİYİN YER ÜZÜNDƏN SİLİNMƏSİ VƏ UCA RƏBBİMİZİN ADININ BÜTÜN DÜNYADA BİR VƏ TƏK OLARAQ XATIRLANMASI ÜÇÜN BİR DUA XÜSUSİYYƏTİNDƏDİR.