ƏXLAQI YAŞANMASI ÜÇÜN vardır. Bir müsəlman, həqiqi Quran əxlaqını yaşadığı üçün, Kitab əhlinə sevgi və şəfqət duyar.
Üstəlik, Quran hökmünə görə, bir müsəlman Kitab əhlindən olan bir qadınla evlənə bilər və onun yeməyini yeyə bilər. Bir insan, evləndiyi, uşaqlarının anası olan, "yoldaşım", "arvadım", "sevgilim" dediyi bir insanı, bir gün anidən qərar verərək kəsməyə necə təşəbbüs edə bilər? Bu necə bir iddiadır ki, illərlə yaxşı davranıb, birlikdə ailə qurub, uşaqlarını böyüdüb, sevgi və hörmət göstərdikdən sonra müsəlman kişi birdən qərar verəcək və "mən əslində takiyə etdim, indi səni qətlə yetirəcəyəm" deyib silaha sarılacaq?
Bu dəlisov bir inancdır, dəlisov bir şübhədir. Haqqında danışılan yevangelistlər, müdafiə etdikləri iddianın gətirdiyi bu cür məntiqsizlikləri anlaya bilmirlər. Həqiqi Quran hökmlərini də bilmədikləri üçün, doğru qiymətləndirmə apara bilmir və bunun nəticəsində isə, mühüm bir insan kütləsi məlumatsızlıq ucbatından İslam əleyhdarına çevrilir. Dolayısilə yer üzündə qəti sülh və dostluq əsla təmin edilə bilmir.

 

Hz. Mehdi (ə.s) qan axıtmayacaq və əsla bu hökmdən kənara çıxa bilməz

Bəzi yevangelistlər, bir müddət sonra hz. Mehdi (ə.s)-ın takiyə etdiyinin ortaya çıxacağını iddia edirlər. Guya hz. Mehdi (ə.s) sülhsevər siyasətindən imtina edəcək və dəhşətli qırğınlar törədəcək. Bu ağlasığmaz iddiaya ən gözəl cavab Peyğəmbərimiz (s.ə.v)-in hədislərində verilmişdir. Həmçinin hədislərə bənzər ifadələri Tövrat ayələrində də görmək mümkündür.
Müsəlmanların inandığı və Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərlə olduqca təfərrüatlı şəkildə təsvir edilmiş Mehdinin ən böyük xüsusiyyəti, başa keçdikdə; TƏK BİR DAMLA BELƏ QAN AXITMAYACAQ OLMASIDIR. Yeri gəlmişkən mühüm bir xüsus da vurğulanmalıdır: Mehdinin qan axıtmayacaq olması, Peyğəmbərimiz (s.ə.v)-in əmridir. Peyğəmbərimiz (s.ə.v)-də bunu, özünə bildirilən vəhylə söyləmişdir. Dolayısilə hz. Mehdi (ə.s)-ın bu hökmdən kənara çıxması qeyri-mümkündür. Əgər bir insan, bu hökmdən kənara çıxsa və qan axıtsa, bu təqdirdə həmin insanın müsəlmanlıqla əlaqəsi qalmaz. Hz. Mehdi (ə.s), Peyğəmbərimiz (s.ə.v)-in əmrini, sevərək, istəyərək, şövqlə və istəklə mütləq tətbiq edəcək. Bundan kənar hərəkət etməsi qeyri-mümkündür və onsuz da etməz də.

Bir insanın hz. Mehdi (ə.s) ola bilməsi üçün, sahib olmalı olduğu xüsusiyyətlər hədislərdə təfərrüfatlı şəkildə bildirilib. Hz. Mehdi (ə.s)-ın sevgini, sülhü, qardaşlığı, mərhəməti ön planda tutacağı, bunu yaymaq üçün elmi yolla mübarizə aparacağı, insanların iman gətirməsinə vəsilə olacağı bildirilmişdir. Mehdi (ə.s) İslam əxlaqının gözəlliklərinin yaşanmasına vəsilə olacaq.

İslami mənbələrdə bildirilən Mehdi; yəhudi mənbələrdə bildirilən Kral Moşiyah, eləcə də, İncildə Faraklit və su küpü daşıyan insan tərifləriylə ifadə edilən insanla eynidir. Hazırda mehdiyyət dövrünü yaşayırıq. Allahın icazəsi ilə hz. Mehdi (ə.s) da həyatda və fəaliyyətdədir, biz təkcə zühurunu gözləyirik. Dolayısilə yaşadığımız dövrün Mehdi dövrü olmasından ötrü, BUNDAN SONRA MÜHARİBƏ OLMAYACAQ. BÖYÜK MÜHARİBƏLƏR BİTMİŞDİR. Bir müddət daha müharibə barəsində söz-söhbətlər yayılmağa davam edəcək, lakin müharibə olmayacaq. Dolayısilə bəzi yevangelistlərin müharibə gözləntisi bir nəticə verməyəcək.

 

Hz. Mehdi (ə.s) silahları ortadan qaldıracaq və insanlar üçün faydalı hala gətirəcək

İslama görə hz. Mehdi (ə.s)-ın ən böyük xüsusiyyətlərindən biri, başa keçən kimi, bütün silahları ortadan qaldırmasıdır. Bu Tövratda da bildirilən bir hökmdür və buna görə də, Kral Moşiyah (Mehdi) başa keçdiyi anda bütün silahları ortadan qaldıracaq. Bütün silahlar əridilərək sənayedə istifadə ediləcək və insanlara faydalı hala gətiriləcək. Kiçik bir qrupun müharibə söz-söhbətləri etməsi, Allahın bu dünya üçün müəyyənləşdirdiyi gözəl taleyi dəyişdirə bilməyəcək.
Bu dünyanın taleyi Qızıl Əsrə doğru gedir. Bəli, hazırki dövrdə Mehdinin zühurundan əvvəl, İncildə də bildirilən doğum sancıları olacaq və olmaqdadır. Dünyada yaşanılan qarışıqlıqlar bu doğum sancısına işarə edir. Lakin bunların heç biri, özü ilə, böyük bir dünya müharibəsi gətirməyəcək. Hədislərə görə müharibə söz-söhbətləri olacaq, lakin müharibə başlamayacaq. Dəccal, hz. Mehdi (ə.s) tərəfindən məğlub ediləcək. Bu da, bəzi yevangelistlərin gözlədiyi kimi qan və qırğınlarla deyil, sevgi, mərhəmət, dostluq və elmlə olacaq.

 

Hz. Mehdinin qan axıtmayacağı ilə əlaqədar bəzi hədislər
 
İnsanlar, bal arılarının kraliça arı ətrafında toplanması kimi, hz. Mehdi (ə.s)-ın ətrafında toplanacaqlar.O (hz. Mehdi (ə.s)) daha əvvəl zülmlə dolu olan dünyanı, ədalətlə dolduracaq. Elə ədaləti olacaq ki, yuxuda olan biribelə oyandırılmayacaq və BİR DAMLA QAN BELƏ AXIDILMAYACAQ. Dünya, sanki əsri səadət dövrünə geri qayıdacaq. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29 və 48)
Hz. Mehdi (ə.s), Peyğəmbər (s.ə.v)-in izindən gedəcək, yatan insanı oyandırmayacaq, QAN DA AXIDILMAYACAQ. (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, Kıyamet Alametleri, Pamuk nəşriyyatı, Kıyamet Alametleri, səh. 163)
Bu əmir də (hz. Mehdi (ə.s)) insanların yer üzünü daha əvvəl zülmlə doldurduqları kimi, YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. (Sünen-i İbn-i Mace, 10/348)
Zülm və günahla dolu olan DÜNYA, O (HZ. MEHDİ (Ə.S)) GƏLDİKDƏN SONRA ƏDALƏTLƏ DOLUB DAŞACAQ. (El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20)
Qab su ilə dolduğu kimi YER ÜZÜ SÜLHLƏ DOLACAQ. Heç kəs arasında DÜŞMƏNÇİLİK QALMAYACAQ VƏ BÜTÜN DÜŞMƏNÇİLİKLƏR, BOĞUŞMALAR, HƏSƏDLƏŞMƏLƏR MÜTLƏQ ARADAN QALXACAQ.(Sahih-i Müslim, 1/136)
...Onun (hz. Mehdi (ə.s)-ın) dövründə yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər".(Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 17)

Hz. Mehdi (ə.s) elmi mübarizə ilə insanlara müharibəni unutduracaq, sülh və sevgi mühitini meydana gətirəcək

Hz. Mehdi (ə.s) qətiyyən qan axıtmayacağına və bütün silahları ortadan qaldıracağına görə, bəzi yevangelistlərin iddialarının əsassız olduğu aydındır. Hz. Mehdi (ə.s)-ın qan axıtmamaq xüsusiyyəti, illər ərzində sülh üçün apardığı elmi mübarizə nəticəsində meydana gələcək. İnsanlar, qardaşlar kimi bir-birlərini qucaqlayacaq və əsil mənada sevgi mühiti meydana gələcək. Hz. Mehdi (ə.s), bu mühitin meydana gələ bilməsi üçün həyatı boyu bütün insanlara, bütün dindarlara dostluq və sülh mesajları verəcək. Bütün dünya sülh fikrinə sahib çıxacaq, sevginin gözəlliyi mövzusunda öyrədiləcək və nifrəti bir kənara qoyacaq. Dolayısilə dünyanın kəskin şəkildə korlandığı və qarışıqlıq içində olduğu bir dövrdə, sevgi və məhəbbət toxumları çətinliklə və heyrətamiz bir səylə atıldığı bir vaxtda, bəhs edilən yevangelistlərin iddia etdiyi kimi, hz. Mehdi (ə.s)-ın birdən-birə: "Bu təkcə takiyə idi, əslində bütün bunları qırğın törətmək üçün etdim" deməsi hədislərə, Quran və Tövrat hökmlərinə uyğun gəlmədiyi kimi, görünməmiş dərəcədə məntiqsizdir.
Silahlar ortadan qalxmış, bütün insanlar sülhün zəruri olduğuna inanmış və bir-birlərini sevmişdirlər. Eləcə də, ədalət də təmin edilmişdir. Bütün bunları müxtəlif çətinliklər, böhtanlar, ittihamlar və təhdidlərə baxmayaraq, illərlə apardığı elmi mübarizə ilə bacarmış hz. Mehdi (ə.s), bir anda xristianların iddia etdiyi kimi qərara gəlib necə qırğın törədə bilər? Onsuz da hz. Mehdi (ə.s) bunu etməyəcək, lakin bununla yanaşı, artıq mühit də müharibəyə icazə verməyəcək şəkildə dəyişmişdir. Ətrafda sülh tərəfdarı insanlar vardır və tək bir silah belə yoxdur. Silahlar əridilmiş, ortadan qaldırılmışdır. Hər kəsin Qurana görə sülhün zəruri olduğuna qəlbən inandığı bir vaxtda, insanları hansı məlumatla müharibənin zəruri olduğuna razı salmaq olar? İnsanlara Qurandan dəlillər gətirilmişdir, ayələr deyilmişdir, Qurana görə yer üzündə sülhü hakim etməli olduqları öyrədilmişdir. Xristianlar və yəhudilərə sevgi və şəfqətlə yaxınlaşmalı olduqları izah edilmişdir. Hər kəs, bunların Allahın əmri olduğunu anlamışdır. Artıq bu insanları bunun əksinə necə razı salmaq olar?
Əlbəttə ki, bu olduqca məntiqsizdir. Məhz insanların müharibəni unutmaları və artıq müharibə ilə razılaşa bilməyəcəkləri insanlar olmaları, hz. Mehdi (ə.s)-ın varlığı ilə mümkün olacaq. Hz. Mehdi (ə.s) dövründə insanlar arasında Qurana görə doğru hökm hakim olmuş olacaq. Heç kəs doğru hökmü qətiyyən dəyişdirə bilməz. Mehdiyyət dövrü, Quranın sevgi dolu mehribanlığının, sülh içində yaşanılan dinclik mühitinin yaşanıldığı böyük bir dövr olacaq.

 

Bütün iman sahibləri dünyanı gözəllik, sevgi, sülh məkanı etməklə məsuldurlar

Bu fəsildə qısaca toxunduğumuz iddiaları ortaya atan yevangelistlər İncili sevən insanlar olmalarına baxmayaraq, İncildə görə bilmədiyimiz ürküdücü bir fantaziyanı doğru qəbul edəcək hala düşüblər. Məhz bu insanların görməzlikdən gəldiyi əsil Dəccal, inanclı insanlar üzərində belə, bu cür dəhşətamiz bir təsir yarada bilir. Atların boğazına qədər çatacaq qan gözləntisinə sahib olan bir din müdafiəçisi, açıqca bir kabus yaşayır və öz tərəfdarlarına da eyni kabusu yaşadır. Məhz Dəccali sistem, dərhal burada özünü göstərir.
Bir insan əsil müsəlmandırsa, sülhü istəmək və müdafiə etməklə məsuldur. İnsanlar arasında sevgi və şəfqət birliyi yaratmaqla məsuldur. Bir insan əsil müsəlmandırsa, xristianlara və yəhudilərə qarşı kin bəsləyə bilməz. Bunlar ona haramdır. Hətta müsəlman, iman gətirməyən bir insanı belə canı bahasına qorumaqla, onu sağ-salamat gedəcəyi yerə çatdırmaqla məsuldur. Bu, müsəlmanın Quranda bildirilən bir xüsusiyyətidir:

Əgər müşriklərdən biri səndən ‘aman diləsə’, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün ‘əmin-amanlıq içində olacağı’ yerə çatdır. Çünki onlar bilməyən bir qövmdür. (Tövbə surəsi, 6)

Müsəlman Qurana görə, kimliyindən asılı olmayaraq, özünə sığınanı qorumaqla məsuldur. Əgər bir müsəlman bu əxlaqdan kənara çıxarsa, onsuz da müsəlmanlıq xüsusiyyətini itirmiş olar. Bu, onun həyatı boyu davam etdirməli olduğu gözəl bir əxlaq xüsusiyyətidir. Həmçinin hədislərdə müsəlmanlar və xristianların Dəccala qarşı ittifaq yaradacaqları da bildirilir. Hz. İsa (ə.s) gəldikdə hz. Mehdi (ə.s)-la birlikdə hərəkət edərək, Dəccalı elmlə yox edəcək. Dəccaliyyətin yox edilməsi və dünyaya sülhün hakim olması üçün, bu iki dinin mənsublarının ittifaq yaratması olduqca əhəmiyyətlidir.
Bütün dinlərin və peyğəmbərlərin aşiqi olan hz. Mehdi (ə.s) zühur etdikdə, Allah, o gözəlliyini də dünyaya gətirəcək. Dünya, sevgi və sülh məkanı olacaq, gözəlliklər və bolluqlar diyarı olacaq. Haqqında danışılan yevangelistlər, yanlış və olduqca təhlükəli olan bu ürküdücü ssenarilərdən xilas olaraq, həqiqi Mehdi və Məsih sevincini yaşamalı və bu gözəl sülh mühiti üçün sevgi və qardaşlığı yayaraq hazırlıq görməlidirlər. Allahın istədiyi budur.