dəyişməni göstərən dəlillərə və tarixi hadisələrə baxılmalıdır. Əlbəttə ki, bu vəziyyət əsil İncilin yox olduğu mənasını verməz. İncilin əsli, qorunmuş halda dövrümüzə qədər gəlib çatmışdır. Hazırda gizlənmiş vəziyyətdədir və Allahın icazəsi ilə mütləq tapılacaq. Dolayısilə mühüm məsələ, İncilin haqq hökmlərini görə bilmək, Qurana görə qiymətləndirmək, eləcə də, ağıllı və vicdanlı şəkildə düşünməkdir.
Hal-hazırda xristian qardaşlarımız tərəfindən istifadə edilən dörd İncil haqqında mütləq bilinməli və üzərində düşünülməli bir məsələ daha var:
Bu saytda oxuyacağınız izahatlar, müsəlmanların etdiyi çıxarışlar və ya ortaya atdığı iddialar deyildir. Tam əksinə kitabda izah edilənlər, xristianların öz mənbələrinə əsaslanır.
Tarixi mənbələrə görə xristianlığın yayılması və təslis inancının kökü
- İlk dövr xristian sənədləri ilə xristian camaatlarını araşdırdığımız vaxt, hz. İsa (ə.s)-ın; Allahın varlığı və vahidliyi mövzusunda nə hz. Musa (ə.s)-dan, nə də hz. Məhəmməd (s.ə.v)-dən fərqli bir təlim gətirmədiyini görərik.
- Xristianlıq hz. İsa (ə.s)-dan sonra həvarilər tərəfindən yayılmışdır. Onlar, xüsusilə Orta Şərq, Qüds, Antakya və Urfa kimi tövhid inancının hakim olduğu bölgələrdə təbliğlə məşğul olublar. Bu bölgələr peyğəmbərlərin zühur etdiyi bölgələr olduğu üçün, onsuz da tövhid inancından xəbərdar olan bir çox insan tezliklə xristianlığı seçmişdir.
- O dövrə qədər mövcud olmayan təslis inancının xristianlığa yerləşməsi isə, hz. İsa (ə.s)-dan çox sonra, xristianlığın Yunan-Roma bütpərəstliyinin hakim olduğu bölgələrdə yayılmasıyla ortaya çıxmışdır.
- Bunun səbəbi, Misirdəki İskəndəriyə, Yunanistan, İtaliya və Anadolu kimi bölgələrdə bütpərəstlikdən imtina etmiş xristianların, qədim inanclarının təsiriylə təslis adlandırdıqları xristianlıq forması meydana gətirməyə başlamalarıdır.
Bütpərəstlik təslis inancına necə zəmin hazırladı?
Amerikalı teologiya professoru dr. Pol R. Eddi (Paul R. Eddy) də bu mövzuya diqqət çəkmiş və "was early christianity corrupted by hellenism?" (erkən xristianlıq ellinizm tərəfindən təhrif olundu mu?) başlıqlı məqaləsində bu açıqlamaları vermişdir:
Babilə qədər gedib çıxan qədim dünya tarixi boyunca, üçlü qruplaşdırmalarla bütpərəst tanrılara tapınmaq geniş yayılmışdı. Bu təsir özünü, hz. İsadan əvvəlki və sonrakı əsrlərdə Misirdə, Yunanistanda və Romada da çox göstərirdi. Həvarilərin ölümündən sonra, bu cür bütpərəst inanclar xristianlığı zəbt etməyə başladı... Ptolomey, təslisin hazırkı formasını öyrətməmiş olsa da, onun fəlsəfələri bu doktrina üçün, müəyyən ön hazırlıq xüsusiyyətində idi (dr. Paul R. Eddy, Was Early Christianity Corrupted by 'Hellenism'?, http://www.xmark.com/focus/Pages/hellenism.html).
Ümumiyyətlə bütpərəstlikdə, xüsusilə də Yunan və Roma bütpərəstliyində üçlü tanrılardan ən böyüyünün ölümlü qadınlarla evləndiyinə və bu evlilikdən həmişə oğlan uşağı dünyaya gəldiyinə və bu uşaqların da tanrı olduğuna inanılardı.
Yunan fəlsəfəsində filosoflar fiziki dünya barəsində fikir yürüdərək öz ağıllarınca vahid tanrı fikrinə gəliblər. Lakin dəyişməz və sonsuz qəbul etdikləri tanrının, necə olub da sonlu, dəyişən varlıqları yarada bildiyini qavraya bilməyiblər. Bundan ötrü də, kainatın yaranmasını maddi bir varlıq vasitəsilə izah etməyə çalışıblar.
Buna görə də, məsələn, bir uşaq ata-anadan törədiyi kimi, kainatın meydana gəlməsi üçün də, tanrı ilə varlıqlar arasında olması lazım gələn vasitəçilər, yəni iyerarxik tanrı xüsusiyyəti daşıyan varlıqlar olmalı olduğunu iddia ediblər. Bu iyerarxiyaya görə ən üst tanrı, avtoriteti və başlanğıcı (yəni yaradılışı), digərləri zaman və məkana aid dünya işlərini, ikinci səviyyəli tanrılar isə, cəza vermə və mükafatlandırma kimi işləri yerinə yetirirlər.
Bu saxta tanrılar və tanrı xüsusiyyəti daşıyan varlıqlar, ümumiyyətlə ən əhəmiyyətlisindən başlamaqla, həmişə "üçlük" kimi müəyyənləşməklə xarakterizə olunublar. Dolayısilə təslis və ya üçlük inancı, bütpərəstlik dövründə yaranan geniş yayılmış bir inanc formasıdır.
Uilyam Varner (William Varner), hz. İsa (ə.s)-ın təbliğini alan gentilelərin (Bibliyada qeyri-yəhudilər üçün işlədilən bir ifadədir. Hz. İsa dövründəki Romalılar üçün işlədilər) dünyagörüşlərinin bu fikirlər çərçivəsində formalaşdığını söyləyir və sözünə belə davam edir:
Onların Allahın oğlu fikirləri çox tanrılı düşüncə üzərində qurulmuşdu. Bundan ötrü də, bu fikirlərini hz. İsa və həvarilərinin tək Tanrılı inanclarına çevirmələri olduqca çətindi. Şərq və ellin düşüncələrinin hakim olduğu, dolayısilə kralların və digər mübarək insanların Allahın oğlu kimi adlandırıldığı bu bölgədə, hz. İsa da Allahın oğlu elan edildi. (Uilyam C. Varner (William C. Varne), "Jesus the Son of God")
Təslis inancı ilə Yunan mifologiyasındakı Dionis xarakteri arasındakı bənzərliklər
Təslis tərəfdarlarının hz. İsa (ə.s)-a dair verdikləri açıqlamalar, e.ə. 1000-ci ilə qədər davam etdiyi təxmin edilən, Yunan mifologiyasındakı Dionis xarakteri ilə də bənzərliklər daşıyır:
"Sizə doğrusunu söyləyim, bəşər oğlunun bədənini yeyib qanını içmədikcə, sizdə həyat olmaz. Bədənimi yeyənin, qanımı içənin sonsuz həyatı var və mən onu son gündə dirildəcəyəm. Çünki bədənim əsil yemək, qanım da əsil içkidir. Bədənimi yeyib qanımı içən məndə yaşayar, mən də onda". (Yuhanna 6:53-56)
Başqa hissəyə görə də, İsa öz əliylə həvarilərinə şərab içirdər və bunun öz qanı hesab edilməsini söyləyər:
"Yemək vaxtı İsa əlinə çörək aldı, təşəkkür duasını edib çörəyi böldü və tələbələrinı verdi. "Alın, yeyin, bu mənim bədənimdir" dedi. (Matta 26: 26)
"Sonra bir kasa götürüb şükür etdi və bunu tələbələrinə verərək: “Hamınız bundan için, çünki bu mənim qanımdır, günahların bağışlanması üçün bir çoxları üçün axıdılan müvaqilə qanıdır” (Matta 26:27, 28)
Bütpərəst inanca paralel yaradılan təslis inancı necə yayıldı?
Şuralarda, "səs çoxluğu ilə" yaradılan İncil mətnləri
Kilsənin meydana gətirdiyi "dini əhkam" və xristianlara yüklədilən buna tabe olma məcburiyyəti
Açıq şəkildə başa düşülə biləcəyi kimi, tarixdə Papa hakimiyyəti və kilsə, həmişə Bibliya üzərində müəyyən nüfuz sahibi olublar. Hətta Bibliyaya qayıdış mənası daşıyan reformasiya və protestantlıq hərəkatlarına baxmayaraq, bu belə olmuşdur.
Xristianlığa sonradan və müxtəlif mərhələlərlə əlavə olunmağa çalışılan təslis inancı
Təslis mövzusunda kilsənin verdiyi son qərar: "Təslis ağıl və məntiq mövzusu deyildir, onu düşünüb anlamağınıza ehtiyac yoxdur"
- Bu mövzu, irəliləyən sətirlərdə daha geniş ələ alınacaq.
İncilin dəyişməzliyini müdafiə edən kilsənin səhih qəbul etdiyi 4 İncil üzərində rəsmi şəkildə etdiyi "əlavələr və çıxarışlar"
(Prof. Dr. Mehmet Bayrakdar, Bir Hristiyan Dogması Teslis, Ankara okulu nəşriyyatı, sentyabr 2007, səh. 163)
Bəzi təbəqələr tərəfindən Yuhanna mətninin 110-cu ildə yazıldığı qəbul edilir. Belə olan halda, Həvari Yuhanna ən azı 140-150 il yaşamamış olmalıdır ki, bu da qeyri-mümkün kimi görünür. Həmçinin Yuhanna mətnində daha sonrakı dövrlərə aid məlumatların olması da, bu mətni yazanın Həvari Yuhanna olması məsələsində şübhə yaradır.
Digər İncillərdə hz. İsa (ə.s)-ın yəhudilərin Məsihi, yəni hz. Davud (ə.s)-ın nəslindən gələn və İsraili xilas edəcək insan olduğu vurğulanıb. Yuhanna İncilində isə, yunanlı xristianlarının xoşlamadığı bütün yəhudi məhfumlar ortadan qaldırılmışdır. Yunan fəlsəfəsinin təsiri Yuhanna İncilində çox aydın görülür.
Təslis mövzusundakı ziddiyyətlər, məntiqsizliklər və tutarsızlıqlardan ötrü yaranan yeni məzhəblər
Təslis qarışıqlığına çıxış yolu gətirmək üçün görülən işləri xülasə olaraq belə qeyd etmək olar: (Allahı tənzih edirik) Açıq və rəsmi şəkildə hz. İsa (ə.s)-ın Tanrı olması barədə 325-ci ildə toplanmış İznik şurasında və Müqəddəs Ruhun Tanrı olması barədəki qərar isə, 381-ci ildə toplanmış İstanbul şurasında verilmişdir. 431-ci ildə toplanmış Efes və 451-ci ildə toplanmış Kalkedon şuralarında, hz. İsa (ə.s)-ın biri bəşəri, digəri isə, Tanrı olan iki təbiəti olması, 447 və 589-cu illərdə Toledoda təşkil edilən şuralarda isə, Müqəddəs Ruhun hz. İsa (ə.s)-dan olması, yəni filioque məsələsi gündəmə gətirilmiş və İstanbul şurasında alınan qərarlar sırasına daxil edilmişdir. Buradakı qısa xülasələrdən görüldüyü kimi, hər şuradan sonra xristianlıq get-gedə qarışıq hal almışdır.
Təkrar ifadə etmək lazımdır ki, yuxarıda verdiyimiz bütün məlumatlar, (müsəlmanların deyil) xüsusilə xristian tarixçilər və teoloqların əldə etdiyi, ümumi qəbul edilən və dəlillərə əsaslanan məlumat və sənədlərdir. Bu məlumatlar, xristianlıq tarixinin və hazırki İncilin necə formalaşdığı məsələsində, bizə olduqca təməl məlumatlar verir. Təslis inancının əslində İncildə olmadığını sübut etmək məqsədiylə mühüm tarixi incəliklər təqdim edirlər.
Bütün bu dəlilləri gördükdən sonra bir insanın etməli olduğu şey, İncili, həmin bu tarixi incəliklərlə birlikdə qiymətləndirərək, "fikir yürüdərək", "düşünərək" doğruları anlamağa çalışmaqdır. Bu fikir yürütmə icra etməyi edə bilmək üçün aşağıdakı sualları məntiq və vicdan daxilində qiymətləndirmək yerində olacaq:
Həmin bu suallara təslis tərəfdarı heç bir xristian həqiqi mənada məntiqli, ağıllı, başa düşülən, razı salan, dəqiq və konkret bir cavab verə bilmir. Təslis adı altında yaranan bu fövqəladə qarışıqlıq açıqlanıla biləcək kimi deyil.
Yuxarıdakı suallarla, yalnız tarixi məlumatlara əsaslanaraq 4 İncil mövzusundakı ziddiyyətlərdən bəzilərinə toxunulmuşdur. Əsas məsələ isə, təslis inancının özü ilə gətirdiyi böyük məntiqsizlikdir. Səmimi xristianlarda təslis inancı barədə şübhə yaratmalı əsil şey, bu böyük və əsaslı məntiqsizlik olmalıdır. Bu mövzuya irəliləyən sətirlərdə toxunulacaq.
Tövratı təsdiqləyici olaraq göndərilmiş İncil, tövhid inancını da təsdiqləməlidir
Təslis tərəfdarı bir xristian, ilk anda yuxarıdakı tarixi sənədlərə əsaslanan açıqlamaları və bu mövzudakı şərhləri öz ağlınca doğru qəbul etməyə bilər. Lakin bu, hazırkı İncillərin 27 fərqli İncil arasından seçilmiş olduğu həqiqətini dəyişdirmir.
Xristianlığın haqq kitabı olaraq 4 ayrı İncil, şura qərarı ilə müəyyənləşdirilib. Bu açıq bir həqiqətdir. Bu 4 İncil arasındakı ziddiyyət və fərqlər də inkar edilə bilməyəcək ölçülərdədir. Dolayısilə səmimi bir xristian, kilsənin doqmatik qərarlarını bir kənara qoyaraq, ağlı və vicdanı ilə düşünməli, bunları "tək bir sözü belə dəyişdirilməmiş" kitablar kimi qəbul etmək məsələsində bir qədər düşünməlidir. Tək bir sözünün belə dəyişdirilmədiyi iddia edilən həmin bu kitablar üzərində, bilavasitə kilsə tərəfindən dəfələrlə dəyişikliklər edilmişdir. Bu, xristian tarixi mənbələrinin ifadə etdiyi haldır. Müasir İncil nəşrlərində qeyd olunan keçmiş İncil nüsxələrindəki açıqlamalara dair haşiyələr belə, bunu anlamaq üçün kifayətdir.
Burada əhəmiyyətlə toxunulmalı olan digər bir mövzu isə, hz. İsa (ə.s) və həvarilərdən sonra, təslis inancının qeyd olunduğu 4 İncil qəbul edilənə qədər keçən 3 əsr müddətində yaşamış xristianların vəziyyətidir. Bu xristianlar hər nə qədər bütün səmimiyyətləriylə hz. İsa (ə.s)-a və İncilə tabe olmuş olsalar da, kilsənin zorla qəbul etdirməyə çalışdığı əhkama görə, dindən çıxmış hökmündədirlər. Belə bir şey necə mümkün ola bilər? Xəbərdar edəni gəlmiş bir haqq din və onun müqəddəs kitabı mövcud olduğu halda, insanların həmin böyük dövrdə həqiqətləri bilmədən yaşadıqlarını kim iddia edə bilər? Şübhəsiz ki, Allah belə bir şeyə icazə verməz.
Dolayısilə ilk əlyazmalarının olduğu, İncilin orijinal dili olan arami dilinin işlədildiyi, ən azından çoxaltma və tərcümə səhvlərinin olmadığı IV əsrdən əvvəlki dövr deyil, sonrakı dövrdən şübhələnilməlidir. Həvarilərdən dərhal sonrakı dövr, çox böyük ehtimalla hz. İsa (ə.s)-ın yazdırmış olduğu İncilin [hz. İsa (ə.s)-ın özünə gələn vəhyi öz dövründə yazdırmış olma ehtimalı böyükdür] orijinal nüsxələrinin olduğu və tətbiq olunduğu dövrdür. Bundan ötrü də, yəhudiliyin davamı olan tövhid inancı həmin dövrdə mövcudluğunu qorumuşdur. Necə ki, İncil, Quranda da bildirildiyi kimi, Tövratı təsdiqləyici olaraq göndərilmişdir. Dolayısilə səhih İncildə, yəhudiliyin təməl etiqadı olan tövhid inancı da təsdiqlənmiş olmalıdır. Rəbbimiz Quranda belə bildirir:
Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. (Maidə surəsi, 46)
Bəzi xristianlar, hz. İsa (ə.s)-dan sonra həvarilərin təslis inancını yaydıqlarını, hətta bu yolda öldüklərini iddia edirlər. Halbuki bu bir yanıltmadır. Hz. İsa (ə.s)-ın yanında olan əsil həvarilərin heç biri təslis inancını qətiyyən müdafiə etməmişdir və müdafiə etmələri də qeyri-mümkündür (təslis inancını yaydığı bilinən tək insan Paveldir (Pavlus) və bu gün bir çox xristian ilahiyyatçı və xristian mənbənin təsdiqlədiyi kimi Pavel (Pavlus), hz. İsa (ə.s) ilə heç görüşməmiş, hətta onun vaxtında ona qarşı çıxan biri olmuşdur). Hz. İsa (ə.s) və həvarilər, İncilin vəhyindən əvvəl eynilə digər bütün ilk xristianlar kimi, yəhudi idilər və İsrail qövmlərinə mənsubdular. İlk xristianlarda isə, əsla təslis inancı yox idi. Onlar, Tövratı təsdiqləyici olaraq göndərilən kitablarında, Tövratda açıqca bildirilmiş olan tövhid inancının olduğunu gördülər. Qəribədir ki, bu gün xristianlar onlara "yəhudi xristianlar" deyərək özlərindən hesab etmirlər. Sanki hz. İsa (ə.s), özünə vəhy gəlmədən əvvəl bir yəhudi və eyni zamanda İsrailoğullarından biri deyilmiş kimi.
Dolayısilə 4-cü əsrdən əvvəlki dövr, yəhudi tövhid dininin davamı olan, böyük ehtimalla İncilin əsli ilə hökm edilən, bundan ötrü də tövhid inancının hakim olduğu bir dövr olmuşdur. Bütün bunlara əsaslanaraq, Roma imperiyasının hakim olduğu, bütpərəstliyin və bütpərəst təslis inancının imperiya ilə birlikdə dünyaya yayıldığı və İncilin orijinal dili olan arami dilinin unudulub yunan dilinin işlədilməyə başlandığı, siyasi döyüşlərin, daxili qarşıdurmaların və din müharibələrinin hökm sürdüyü 4-cü əsrdən sonrakı dövr, bidətlər və xristianlığa gətirilən yeni hökmlər baxımından şübhə ilə baxılmalı bir dövrdür. Dolayısilə yuxarıda verdiyimiz tarixi məlumatlar, bu baxımdan yaxşı dəyərləndirilməlidir.
Əlbəttə ki, Allah vəhy etdiyi haqq kitabı qorumağa qadirdir
Bəzi xristianların, Allahın bir nur olaraq göndərdiyi haqq kitab olan İncilin zaman keçdikcə dəyişdiyi və yanlış şərh olunduğu ehtimalını qəbul etmək istəməmələri, əlbəttə ki, aydın məsələdir. Təhrif edilmiş bir haqq kitaba tabe olmaq fikrindən narahat olmaları mümkün ola bilər. Lakin səmimi xristianlar bu həqiqəti nəzərə almalıdırlar: Hazırkı İncilin böyük hissəsi doğrudur. Hz. İsa (ə.s)-a endirilən orijinal İncil, çox dərin və hikmətli izahatlardan, gözəl açıqlamalardan ibarət olan Allahın vəhyidir və Quranda təriflənilir. Müsəlmanlar, eynilə xristianlar kimi bu hökmlərə əməl etməklə məsuldurlar.
Lakin bununla yanaşı, onsuz da İncilin əsli, yəni təhrif edilməmiş variantı qorunub saxlanmışdır. Gizləndiyi yerdə, tapılacağı tarixi gözləyir. Allahın icazəsi ilə hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın zühurunu görəcəyimiz dövrdə İncilin əsli tapılacaq. Dolayısilə xristianların inandığı kimi, heç bir dəyişikliyə uğramamış bir İncil var. Buradakı tənqidimiz, hazırda haqq qəbul edilən lakin içində bir çox tutarsızlıq olan 4 İncilin dəyişdirilmiş və yanlış şərh olunmuş hissələrinə istiqamətlidir. Həmin bu hissələrin mövcudluğu, səmimi gözlə baxan hər xristianın asanlıqla anlaya biləcəyi qədər aydındır. Bu kitabda izah edilənlərlə səmimi xristian qardaşlarımız; ağla, vicdana və məntiqə dəvət edilirlər.
Əlbəttə ki, Allah, insanlara yol göstərici olaraq endirdiyi haqq kitabları qorumağa qadirdir. Bəzi xristianlar, İncilin təhrif edilmiş olduğuna dair açıqlamaları qəbul etməmək üçün, Rəbbimizin bu üstün xüsusiyyətini dəlil kimi göstərirlər. Halbuki burada lazımınca başa düşülməli olan gizli bir hikmət var:
Təkrar ifadə etmək lazımdır ki, Allah, əlbəttə, Öz kitabını qorumağa qadirdir. Uca Allah bütün kainatda hər şeyi mükəmməl yaratmağa da qadirdir. Lakin kainatdakı hər şey mükəmməl deyildir. Kainatda çatışmazlıqlar və qüsurlar var, həmçinin bunları yaradan da Allahdır. Allahın çatışmazlıqlar yaratmasının xüsusi hikməti var. Çatışmazlıqlar sayəsində bu dünyanın müvəqqəti imtahan yeri olduğu, Allah qarşısında aciz varlıqlar olduğumuz həqiqəti və dünyanın deyil, axirətin əsil yurd olduğu həmişə yadda qalar. Çatışmazlıqlar olduqca insan lovğalanmaz və həmişə Allah qarşısında aciz və möhtac olduğunu bilər.
Dəlilləri olduqca açıq olan Müqəddəs İncilin təhrif edilməsi də, Allahın icazəsi və istəyi ilə, baş verən bir hadisədir. Bu, müəyyən hikmətlə, Allahın xüsusi bir imtahanının tələbindən ötrü belə yaradılıb. Allah belə yaradırsa və bu mövzudakı dəlilləri açıq şəkildə göstərirsə, bu mövzuda qatı olmaq deyil, bunun arxasındakı hikmətləri görmək və anlamaq lazımdır.
Aydındır ki, hal-hazırda xristian aləmi bununla imtahan olunur və vicdanlarının səsinə qulaq asmağa dəvət edilirlər.
Aydındır ki, bu vəziyyət, hz. İsa (ə.s)-ın gəlişi və əsil İncilin axtarılması üçün lazım gələn xüsusi zərurətdir.
Aydındır ki, bu imtahandan ötrü yanlış inanclar dünyanı bürüyəcək, insanlar din adından qarışıqlığa, qarmaqarışıqlığa və qan tökücülüyə sövq ediləcək və hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gəlişi üçün, Tövratda, İncildə, Quran və hədislərdə bildirilən Axırzaman əlamətləri gerçəkləşəcək. Dolayısilə səmimi xristianların üzərinə düşən əsil vəzifə, İncilin həqiqi hökmlərinin axtarılması və onalara əməl olunmasıdır.
Lakin eyni zamanda xristianlar, Quranın, haqq olan İncilin bütün hökmlərini özündə saxlayıb çatdırdığı həqiqətini də bilməlidirlər. Haqq İncil hökmləri Quranda mövcuddur və buna görə, müsəlmanlar da haqq İncili tətbiq etməklə məsuldurlar.
Quran, İncili təsdiqləyən haqq kitabdır. Dolayısilə müsəlmanlar, Məhəmmədi olduqları kimi, haqq İncili tətbiq edən bir İsəvi və haqq Tövratı tətbiq edən bir yəhudidirlər. Dolayısilə, səmimi bir xristian da İncilin əslinə tabe olmaq və haqq İncillə hökm etmək istəyirsə, Quranda bütün bu hökmlərin olduğunu görəcək. Haqq İncil, Quranda Uca Allahın təriflədiyi müqəddəs kitabımızdır. Allah, İncilin, göndərildiyi dövrdə insanlar üçün yol göstərici olduğunu Quranda belə bildirir:
O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etmişdi. Onlar bundan (Quran) əvvəl insanlara doğru yolu göstərən rəhbərdilər... (Ali İmran surəsi, 3-4)
Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. (Maidə surəsi, 46)
Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə, (bidət olaraq) özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)
Nəticə etibarilə, xristian qardaşlarımız Quranı, (ön mühakimələrə əsaslanaraq, rədd etmədən əvvəl) bu dünyagörüşüylə oxumalıdırlar. Unudulmamalıdır ki, səmimi şəkildə Allahdan, özünə doğrunu yanlışdan ayırd etmə bacarığı verməsini istəyən hər insan, Allahın bu böyük nemətinə nail olacaq.