İkinci hissədə bəzi xristianların təslis iddialarının dindən və məntiqdən kənar olduğuna İncil və Tövratdan dəlillər gətirilir və bu mövzuda xristianların əhəmiyyətlə düşünməli olduqları müxtəlif məntiqlər təqdim edilir.
Üçüncü və son hissədə isə, xristianlara maddə barəsindəki həqiqət mövzusunda çox mühüm məlumatlar verilir. Maddənin əsil mahiyyəti ilə əlaqədar verilən bu məlumatlar təslis yanılmasının əsaslandırıldığı bütün iddiaları qəti şəkildə aradan qaldırır və xristian qardaşlarımızın həyatını dəyişdirəcək, indiyə qədərki dünyagörüşlərini tamamilə nəzərdən keçirmələrini təmin edəcək, yeni anlayış təqdim edir.
Yaradılan hər şeydə, "düşünə bilən cəmiyyət üçün ayələr var" (Nəhl surəsi, 11)
Əllərimizin, hüceyrələrimizin, DNT, zülal, ferment kimi strukturların; növbənöv yaradılmış canlıların, quşların uçmasının, balıqların üzməsinin, yarpaqların fotosintez etməsinin, göylərin, ulduzların, planetlərin, Günəşin, Ayın, ağacların yazda yaşıllaşmasının, canlıların qış yuxusuna getməsinin, günün 24 saat olmasının, yağışın, qarın, bir sözlə, görüb tanıdığımız, eşitdiyimiz, varlığından xəbərdar olduğumuz hər şeyin müəyyən məqsədi var. Bütün bunları düşünmədən, varlıqlarının hikmətini anlamadan, onları görüb keçərək yaşamaq asandır. Məhz bəzi insanları digərlərindən ayıran ən böyük fərq, asana tabe olmamaları, yaradılan hər şey üzərinə xeyli dərin düşünmələridir. Allah, həm Quran, həm də İncildə dərin düşünmə xüsusiyyətinin iman gətirənlərə məxsus bir xüsusiyyət olduğunu ifadə etmişdir.
Əgər insan düşünməsə, həm özünün, həm də bu həyatın yaradılma məqsədini anlamaz. Əgər düşünməsə, haradan gəldiyini, məsuliyyətlərinin nə olduğunu və hara gedəcəyini bilmədən, həyatını boş, məqsədsiz keçirə bilər. Lakin insan, digər canlılardan fərqli olaraq ağla, vicdana, düşünmə və mühakimə qabiliyyətinə sahibdir. Dolayısilə mühüm bir məsuliyyəti var. Belə ki, o, necə və nə üçün yaradıldığını düşünmək, Yaradanı anlamaq və Onun qarşısındakı məsuliyyətlərini yerinə yetirməklə məsuldur. İnsan, bu məsuliyyətini görməzlikdən gələrək də yaşaya bilər. Bu onun seçimidir. Məhz insanlar, etdikləri bu seçimdən ötrü bir-birlərindən fərqlənərlər. İman gətirənləri, düşünənləri və axirətdə qazanclı çıxacaq insanları digərlərindən ayıran ən böyük fərq Yaradılış dəlilləri və ayələr üzərində dərin düşünmələri və Yaradıcımızı lazımınca anlaya bilmələridir.
Necə ki, İncildə və Tövratda da dərin düşünmənin əhəmiyyətinə diqqət çəkilir:
...Düşünmürsünüzmü? Anlamırsınızmı? Qəlbiniz bu qədərmi qatılaşdı? (Markos, 8:17)
Dediklərimi yaxşı düşün. Rəbb sənə hər mövzuda anlayış verəcək. (Pavlus'tan Timoteos'a 2. Mektup, 2:7)
Qardaşlarım, aldığınız dəvəti düşünün... (Pavlus'tan Korintlilere 1. Mektup, 1:26)
...Göydəki dəyərlərin [Allahın Qatında qiymətli olan şeylərin] ardınca gedin.... Yer üzündəki deyil, göydəki [Allah Qatındakı] dəyərləri düşünün... (Pavlus'tan Koloselilere Mektup, 3:1-2)
Rəbbin işləri böyükdür, onlardan zövq alanlar həmişə onları düşünər. (Mezmurlar, 111:2)
Beləliklə də, bütün bunları düşündüm və bu nəticəyə gəldim: Doğrular, müdriklər və etdikləri hər şey Allahın əlindədir… (Vaiz, 9:1)
...Hüzurunda, düşündükcə qorxaram Ondan. (Eyüp, 23:15)
Yatağıma uzandıqda Səni xatırlayaram və gecə boyu Səni olduqca dərindən düşünərəm. (Mezmurlar, 63:6)
Lakin zövqünü Rəbbin qanunundan alar və gecə-gündüz onun üzərində xeyli dərin düşünər. (Mezmurlar, 1:2)
Rəbbin işlərini xatırlayacağam, Bəli, keçmişdəki möcüzələrini xatırlayacağam. Etdikləri üzərində xeyli dərin düşünəcəyəm, bütün işlərinin üzərində diqqətlə dayanacağam. (Mezmurlar, 77:11-12)
Öndərlər toplanıb məni pisləsələr belə, mən qulun Sənin qanunlarını xeyli dərindən düşünəcəyəm. Nəsihətlərin mənim zövqümdür, mənə ağıl verərlər. (Mezmurlar, 119:23-24)
Nə qədər sevərəm Qanununu! Bütün gün düşünərəm onun üzərində. Buyruqların məni düşmənlərimdən müdrik edər, çünki hər vaxt ağlımdadır onlar. Bütün müəllimlərimdən daha ağıllıyam, çünki nəsihətlərin üzərində düşünürəm. (Mezmurlar, 119:97-99)
Allahın etdiyini düşün: Onun əyiltdiyini kim doğrulda bilər? Yaxşı gündə xoşbəxt ol, lakin pis gündə diqqətlə düşün… (Vaiz, 7:13-14)
Dinlə, əyyub, bir dayanıb düşün Allahın təəccüblü işlərini. (Eyüp, 37:14)
Qanun Kitabında yazılanları dilindən salma. Hamısına diqqətlə əməl etmək üçün, gecə-gündüz onu düşün. Bu zaman müvəffəqiyyət qazanacaq və məqsədinə nail olacaqsan. (Yeşu, 1:8)
Keçmiş günləri xatırlayır, bütün etdiklərini xeyli dərin düşünür, əllərinin işinə baxıb dalıram. Əllərimi Sənə açıram, canım quru torpaq kimi Sənə susamışdır. (Mezmurlar, 143:5-6)
Təkcə Rəbbdən qorxun, Ona bağlılıqla və bütün qəlbinizlə qulluq edin. Onun sizin üçün necə möhtəşəm işlər gördüyün bir düşünün! (1. Samuel, 12:24)
Sənin buyruqlarından zövq alır, onları sevirəm. Hörmət və sevgi duyuram buyruqlarına, xeyli dərindən düşünürəm qanunlarını. (Mezmurlar, 119:47-48)
Etdiklərin nəsildən-nəslə təşəkkürlə xatırlanacaq, güclü elan olunacaq. Düşünəcəyəm mükəmməl işlərini; insanlar böyüklüyündən, uca görkəmindən danışacaq. (Mezmurlar, 145:4-5)
Uca Allah, Quranda da, Özünə yönəlib iman gətirənlərin, Yaradılış dəlilləri üzərində düşünən insanlar olduqlarını və beləliklə Allahın üstün qüdrətini lazımınca qiymətləndirə bildiklərini xəbər vermişdir:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən çox Ucasan. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)
Əsil dindar ola bilmək üçün, dərin düşünmək əhəmiyyətlidir. Əsil dinin səthi və düşünmədən yaşanılması qeyri-mümkündür. Dərin düşünmək, iman gətirmiş müsəlmanlar, yəhudilər və xristianlar diqqətlərini çox yaxşı cəmləşdirməli olduqları bir iman şərtidir. Təkcə dərin düşünüldüyü təqdirdə, Allahın böyüklüyü və ucalığı yaxşı şəkildə dərk edilə bilər və ancaq bu zaman Müqəddəs kitablardakı səhih və dərin sözlərin batini və mənəvi mənaları başa düşülə bilər. Din, yalnız öyrədilən və əzbərdən yaşanılan bir həyat tərzi deyil.
Vatikan şurasının qərarı: "Təslis mövzusu ağıl və məntiqdən uzaq bir sirrdir, düşünməyinizə ehtiyac yoxdur"
Allahın varlığını dərin düşünməyin zəruriliyini xristian qardaşlarımıza izah etməmizin xüsusi səbəbi var. Bu səbəb, kilsənin xristianlara nəsihət etdiyi "düşünməmə" doktrinasının nə qədər yanlış olduğunu göstərə bilməkdir.
Xatırlamaq lazımdırsa, 4-cü əsrdən etibarən ardı-arxası kəsilməyən və bir çox şura ilə gündəmə gətirilərək nəticələndirilməyə çalışılan təslis mövzusu, ən son, 1868-1870-ci illər arasında təşkil edilən birinci Vatikan şurasında, ardı-arxası kəsilməyən mübahisələrə son qoymaq məqsədiylə belə nəticələndirilmişdir: "Təslis, ağıl və məntiq mövzusu deyildir, dolayısilə bir sirr kimi qalmalıdır".
Kilsənin müəyyənləşdirdiyi bir əhkam daha, hz. İsa (ə.s)-ın peyğəmbər kimi yer üzünə göndərilməsindən təxminən 1900 il sonra, iman şərti olaraq xristianlığa daxil edilmişdir. Kilsənin bu qərarına tabe olan xristianlar, hazırda təslis mövzusunu, üzərində heç düşünülməməli bir iman sirri kimi qəbul etməkdə problem görmür, hətta bunu açıqca müdafiə edirlər.
Kilsənin düşünməmə istiqamətindəki fətvasının tək səbəbi təslisin böyük səhvlik olmasından qaynaqlanır. Şübhəsiz ki, Allah hər uydurma və batil şeyi məntiqsizliklər, tutarsızlıqlar, ziddiyyətlər və məğlubiyyətlərlə yaradar. Təslis də bu cürdür. Bundan ötrü də, bu tutarsızlıqları görən kilsə, yenə əhkam ənənəsini davam etdirmişdir. Çünki xristianlığın başlanğıcından etibarən bir qədər ağlından və məntiqindən istifadə edən və bundan ötrü də, rəsmi mövqelər tərəfindən azğın hesab edilən xristianlar, bütün bu tutarsızlıqları və məntiqsizlikləri görüblər. Ya təslisi tamamilə rədd edib, ya da başqa cür anlayaraq dəyişdiriblər. Dolayısilə kilsə, düşünüb ağıl işlədildiyi təqdirdə, zorla qəbul etdirməyə çalışdığı təslis inancına qarşı çıxacaq qrupların meydana çıxacağını bilir.
Hazırda təslisin, üzərində düşünülməməli, sirri açılmaq üçün çalışılmamalı, başa düşülmədən tabe olunmalı bir sirr olduğuna inanan bir çox sayda xristian var. Onları düşünməməyə təşviq edən bir dinləri olduğunu zənn edir və Allahı anlamadan yaşamağa davam edə biləcəklərini güman edirlər. Bunu çox vaxt açıq şəkildə söyləməzlər. Lakin buradakı "anlaşılmazlığın" normal olduğunu, hər şeyi anlamağa qadir olmadığımızı, dolayısilə düşünüb tapmağa çalışmağın da bir fayda verməyəcəyini ifadə etməkdən də çəkinməzlər.
Əlbəttə ki, hər şeyi anlamağa qadir olaraq yaradılmadıq. Lakin Allah bizə Öz Qüdrətini açıqca göstərdiyini və bunun da imanla, düşünərək anlaşılacağını bildirmişdir. Bizi Yaradan Uca Qüdrəti anlamaq, bizim üzərimizdəki bir məsuliyyətdir. Bir insan, özünü yaradan Allahı tanımadan, kimə necə ibadət və necə dua edəcəyini bilmədən necə bir din anlayışına sahib ola bilər? Yaradılışdakı sirləri necə kəşf edər, axirəti necə anlaya bilər? Allahın hər an özünü eşidən və görən olduğunu necə qavraya bilər? Dindar olmaq üçün düşünmək, Allahı anlamaq, Allahın böyüklüyünü qiymətləndirə bilmək şərtdir. Bu, imanda dərinləşmənin ən mühüm göstəricilərindən biridir.
Təslisi müdafiə edən hansı xristianla qarşılaşsanız da, özünə təslis barəsində verilən suallara mütləq olduqca tutarsız, anlaşılmaz, qəribə məntiqlər təqdim edən qarmaqarışıq cavablar verəcəyini görəcəksiniz. Üstəlik, hər bir xristian təslisi fərqli izah edəcək. Çünki təslis mövzusunda nə izah etdiklərindən əsasən özləri də xəbərsizdirlər. Təslisi ağıl və məntiqi cəhətdən izah etməyə çalışan xristianlar, müəyyən şəkildə təslis kimi təsvir etdikləri şeydən də kənara çıxırlar. Bəziləri anlamağa çalışır, lakin onlar da bunu bacara bilmirlər. Bəziləri müəyyən məntiq qurmağa və bunu da formullarla izah etməyə çalışırlar. Böyük əksəriyyət isə, imtina etmişdir. Kilsənin özlərinə zorla qəbul etdirməyə çalışdığı şəkildə "düşünməməyi" seçir, soruşanlara da bu mövzunun bir sirr olduğunu, dolayısilə üzərində düşünməklə məsul olmadığımızı söyləyirlər.
Əlbəttə ki, düşünmədikcə hər şey çox asan olar. Bu zaman məsuliyyətlər də zahirən ortadan qalxar. Düşünməyə ehtiyac duymayan bir insan, anlaşılmaz bir Allahın (Allahı tənzih edirik) necə yaratdığını, yaratdıqlarına necə hakim olduğunu, Allah qarşısındakı məsuliyyətlərini, Allaha necə hesab verəcəyini düşünməyə də ehtiyac duymayacaq. Bu zaman həyat olduqca sadələşər. Necə ki, hazırda xristianların böyük əksəriyyəti bu cür yaşayır. Əlbəttə ki, bəzi müsəlmanlar və yəhudilər də belə yaşayırlar. Lakin xüsusilə təslis mövzusunda xristianlara verilən təlqin, onların Allah və yaratdıqları barəsində dərin düşünmələrinə tamamilə maneə olduğu üçün, onlar üçün bu vəziyyət daha təhlükəli ölçülərdədir. Bir çoxu yalnız bazar günləri kilsəyə getmək və hz. İsa (ə.s)-ın Allahın oğlu olduğuna inanmaqla Allahın rizasına və cənnətinə layiq ola biləcəklərini düşünürlər. Bu da xristianların böyük əksəriyyətini xəbərsiz şəkildə şirk içində yaşamağa; dünya əhli olmağa; halal-haram anlayışlarından asılı olmamağa; Allahın rizasını qazanmaq üçün dua etmək və kilsəyə getməkdən başqa heç nə etməməyə; ateizm, darvinizm, kommunizm, materializm, terrorizm kimi Allah inancına qarşı meydana gətirilmiş cərəyan və ideologiyalara qarşı mübarizə aparmağa; dünyada dindarlara, məzlum insanlara yönəldilən hücumlardan uzaq yaşamağa və bütün dünyaya göz yumaraq təkcə öz evlərindəki kiçik dünyada yaşamağa davam etməyə yönəldir. Əlbəttə ki, istisnalar da var. Lakin xristianların böyük əksəriyyətinin bu vəziyyətdə olduğu, danılacaq və ya etiraz ediləcək vəziyyət deyil. Hər hansı bir xristian, dünya səviyyəsində hakim olan ortabab xristian həyat tərzinin əsasən bu cür olduğunu çox yaxşı bilir. Məhz bu təqdirdə, düşünmədən yaşamağın gətirdiyi dindarlıq belə dindarlıq olar. Həmin bu xristianlar belə bir din anlayışının təhlükələrini görməlidirlər.
"Üçlük tək Tanrı deməkdir" yalanı
Təslis mövzusu ilə əlaqədar ən böyük yalanlardan biri və bəlkə də, ən böyüyü, bəzi xristianların təslis adı altında əslində, bir Allahın nəzərdə tutulduğuna dair sözləridir. Xüsusilə təslisin bütpərəst inancla uyğunlaşdırılmasından narahat olan bəzi xristianlar, üçlükdə birləşmiş tək bir İlahı nəzərdə tutduqlarını müdafiə edirlər. Ümumiyyətlə bu izahatı özləri də çox yaxşı anlamır və əslində açıq-aydın şəkildə üç tanrı inancını təsvir edirlər.
Bəzi təslis tərəfdarları üç üqnumda tək bir cövhərin birləşdiyini, dolayısilə üç üqnumun da tanrı olduğunu; bəziləri atanın ən böyük olduğunu, digərlərinin atadan gəldiyini; bəziləri üç Tanrı arasında müəyyən iş bölgüsü olduğunu; bəziləri isə Oğlun Atadan, Müqəddəs Ruhun da Oğuldan gəldiyini iddia edirlər. Təslisə dair buna bənzər iddiaların sayı çoxdur. Lakin hamısı, qarmaqarışıq izah etdikləri bu təslis əhkamı ilə, nəzərdə tutduqlarının əslində tək Allah olduğunu iddia edərlər. Əgər həqiqətən tək Allah inancına sahibdirlərsə, əlbəttə ki, bu gözəldir, lakin bunun üçün verilən təriflər olduqca yanlışdır.
Bu çox əhəmiyyətlidir: İncil, tamamilə xristianlara Allahın vahid olduğunu söyləyər. İncildə Allahın vahildiyini ifadə edən və tək Allaha qul olmağı əmr edən bir çox ayə var. Eləcə də, bütün bu ayələr olduqca açıqdır. Lakin buna baxmayaraq, İncilin heç bir yerində təslis ifadəsi keçmədiyi kimi, təslisə dəlil göstərilə biləcək tək bir açıqlama da yoxdur. Dəlil kimi irəli sürülən bütün ayələr, üzərində zorakı şərhlər edilən, mötərizədaxili şərhlərlə içinə Allahın oğlu və Müqəddəs Ruh ibarələri əlavə olunan, tamamilə fərqli mənaya sahib olduğu halda, qəsdli şəkildə təslisə dəlilmiş kimi şərh olunan ayələrdir. İncildə açıq və aydın şəkildə tək Allahdan bəhs olunur, lakin Onun heç bir yerində üç Tanrıdan bəhs olunmur.
Təslis tərəfdarları, meydana gətirdikləri təslisin üç üqnumu olan Ata, Oğul və Müqəddəs Ruhun həm ayrı şəxslər və ya ayrı-ayrı varlıqlar, həm tək bir "cövhər", həm necə olub da, üçünün həm üç, həm də bir olduğunu əsla açıqlaya bilməyiblər. Bu böyük ziddiyyətdən də həmişə xəbərdar olublar. Yenə eyni şəkildə üç Tanrının necə fərqli vəzifələr boynuna götürdüyünü; yaratmaq işi ataya aiddirsə, necə digərlərinin bu xüsusiyyətə sahib ola bilmədiyini; doğmayan, doğulmayan, zamandan və məkandan asılı olmayan tək bir İlahın, necə zaman və məkan daxilində fərqli şəxslərə ayrılmış olduğunu əsla açıqlaya bilmirlər. Onsuz da açıqlaya bilmələri də qeyri-mümkündür.
Təslis tərəfdarlarının iddialarına görə, əgər üç Tanrı hər cəhətdən bərabərdirsə (belə ki, bu təslisi müdafiə edən əksər xristianın müdafiə etdiyi şeydir) belə olan halda ayinlərdə birinə tapınmaq onların məntiqinə görə kafi olmalıdır. Lakin təslis tərəfdarı xristianlar üçünə eyni anda tapınmalı olduğuna inanarlar. Bu da təslisin üçallahlıqdan çox fərqli bir inanc olmadığını göstərər.
Üç Tanrının tək Tanrı olduğu iddiası, fövqəladə dərəcədə məntiqsizdir. Hər şeyə qadir olan, bütün varlıqların Hakimi olan, onların hamısını yoxdan yaradan Allahın üç ayrı varlıq şəklində təzahür etməsinə necə ehtiyac ola bilər? (Allahı tənzih edirik) Üstəlik, tək İlaha inandıqlarını iddia edən təslis tərəfdarları, müsəlmanların və yəhudilərin tövhid inancı olan "Allahın mütləq vahildiyi və təkliyi" xüsusiyyətini tam olaraq anlamırlar. Tövhid inancında Allah mütləq vahiddir, təkdir, HƏR HANSI TAYI VƏ BƏNZƏRİ YOXDUR. HEÇ NƏ ONA TAY OLA BİLMƏZ, HEÇ NƏ ONUN BƏNZƏRİ OLA BİLMƏZ. Allahın vahidliyi budur. Dolayısilə təslis inancı əsla və əsla tövhid inancı deyil. Təslislə vahid Allaha inandığını iddia edənlər ya aldadılıblar, ya da yalan danışırlar.
Lakin əsil sual, belə qarışıqlığa niyə ehtiyac olmasıdır. Tək Allaha inanmağın bəxş etdiyi qəlb rahatlığı, rahatlıq, əmin-amanlıq və xoşbəxtlik olduğu halda, belə dolaşıq, bir-birini tutmaz və fövqəladə ziddiyyətli izahlara niyə ehtiyac duyulUr? Bütün bu qarışıqlığın yerinə bilavasitə bir və tək olan Uca Allaha inanmaq, bir və tək İlah olaraq Ona yönəlmək daha çox gözəldir. Hər şeyi görən və bilən Bir Allahın varlığı rəhmətdir. Hər an bizimlə olan, dua etdiyimiz vaxt bizi eşidən, hətta kökslərdə gizli olanı da bilən və ona cavab verən, hər şeyi nəzarəti altında saxlayan Uca Rəbbimizin varlığı necə böyük nemətdir. Təslis inancının qarışıqlığı içində boğulmuş vəziyyətdə olan bəzi xristian qardaşlarımız tövhid inancının bu gözəlliyini bilmirlər. Allaha belə yaxın olmağın gözəlliyini bilsələr, təslislə özlərini Yaradandan necə uzaqlaşdırdıqlarını görəcəklər. Allahın ucalığını bilmək, Allaha bir və tək İlah olaraq iman gətirmək, Allahın gücünü lazımınca qiymətləndirə bilmək xoşbəxtliklərin ən böyüyüdür.
De: “Mən yalnız xəbərdar edənəm. Tək olan, qəhr edən Allahdan başqa ilah yoxdur”. O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Üstün və Güclüdür, Bağışlayandır. (Sad surəsi, 65-66)
Haqq dində qarışıqlıq yoxdur, əgər qarışıqlıq varsa batil etiqadlardan şübhələnilməlidir
Allahın yaratdığı hər haqq din çox asandır. Dinin hökmləri düşünülməsi çətin, anlaşılmaz, sirr kimi qalacaq mövzular deyil. Uca Rəbbimizin varlığı çox açıqdır. Allahın varlığı, yaratma sənəti, yaratdığı varlıqlara olan yaxınlığı və hakimiyyəti də çox asan anlaşılacaq mövzulardır. Dində əsla qarışıqlıq yoxdur. Vicdanı və ağlı ilə baxan bir insan Uca Yaradanın hər şeyin Sahibi olan və hər şeyə Hökm edən tək Yaradıcı olduğunu, "hər şeyə qadir olmaq" xüsusiyyətinin tələbi olaraq Özünə övlad götürməyə ehtiyacı olmadığını, bütün varlıqlara ən yaxın olduğunu, Ondan başqa heç bir Güc sahibi olmadığını mükəmməl şəkildə anlaya bilər. Dolayısilə təslis inancını müdafiə edənlər və onlara uyanlar yanılırlar.
Əgər dində təslis tərəfdarlarının yaşadığı tərzdə bir qarışıqlıq olduğu iddia edilsə, bu şübhə səbəbidir. Orada artıq haqq öz yerini batilə vermişdir. Əgər Öz üstün əsərlərini ən kiçik zərrədə, nəhəng böyüklükdəki kainatda və ya tək bir atomun dərinliklərində də göstərmiş və açıqca sərgiləmiş olan Uca Allahın xüsusiyyətini açıqlamaq və anlamaq bu qədər çətinləşdisə, burada şeytanın oyunundan şübhələnilməlidir.
Tək bir Yaradıcı var və kainatdakı hər şey bu üstün Yaradıcının sənətinə göstərər. Şübhəsiz ki, onları yoxdan yaradan Allah, onları hər an idarəsi və nəzarəti altında saxlamağa da qadirdir. Rəbbimizə çatmaq üçün vəsilələrə ehtiyac yoxdur. Başqa saxta ilahlara da ehtiyac yoxdur (Allahı tənzih edirik). Allah bizi bizdən daha yaxşı tanıyan, bizi hər an nəzarəti altında saxlayandır. Dolayısilə səmimi xristianlar, qarışıqlıq içində olduqlarını görməli və haqq dinin aydın və olduqca zövqlü tövhid anlayışına qarşı qəlblərini açmalıdırlar. Necə ki, Allah Quranda bundan başqa bir yolun "ixtilaf" olduğunu belə bildirmişdir:
Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, onlar, əlbəttə, ziddiyyət içindədirlər. Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir! (Bəqərə surəsi, 137)
Təslis inancı, Allahı qiymətləndirə bilməyin qarşısındakı böyük maneədir
Təslis inancını kilsənin dəyişdirilə bilməz doktrinası kimi görüb bu gün ona tabe olan xristianların bəlkə də bu mövzudakı ən böyük problemlərindən biri, Allahı lazımınca qiymətləndirə bilməmələri və Onun xüsusiyyətlərini tam olaraq anlaya bilməmələridir. Uca Allah, nəhəng böyüklüklərdən kəşf edilməsi belə fövqəladə dərəcədə çətin kiçiklikdəki bütün aləmləri, bütün kainatı YOXDAN yaratmışdır. Yoxdan böyük bir kainat yaradan, ondakı hər şeyi müəyyən tarazlıq və nizam içində meydana gətirən, insanı və digər bütün canlıları bu möhtəşəm sistem içində mükəmməl şəkildə yaradan, insana bir tale bəxş edən Allah, şübhəsiz ki, yaratdığı hər canlını himayə edib qorumağa da qadirdir. Rəbbimiz, hər şeyin məlumatına sahibdir. O, hər şeyi görər, hər şeyi eşidər. Ondan heç nə gizli qalmaz. Onun xəbəri olmadan tək bir canlı tək bir nəfəs də ala bilməz, tək bir yarpaq da hərəkət edə bilməz, tək bir elektron yer dəyişdirə bilməz. Allah istədiyi təqdirdə, bunların hamısını yox etməyə və yenidən görülməmiş, tanınmamış gözəllikdə yoxdan yaratmağa qadirdir. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. Rəbbimizin təkcə "ol" əmri ilə hər şey olar.
Allah hər gözün gördüyünü görər, hər səsi eşidər. Onsuz da hər gözün görəcəyini və hər qulağın eşidəcəyini də yaradan Odur. Quranın bizə göstərdiyi İslamı tam olaraq anlaya bilməmiş bəzi xristianlar, İslamda Allahın insanlara uzaq olduğuna dair anlayış olduğunu iddia edərək təslis əhkamını öz ağıllarınca haqlı çıxartmağa çalışarlar. Halbuki Allah bizdən uzaq deyildir, əksinə hər an bizimlədir. Allah hər yerdədir və İslam bu həqiqəti Quran ayələriylə insanlara bildirir. İslamın əksinə olaraq, təslis düşüncəsi Allahı uzaq görər. Bundan ötrü də, Allahın ancaq hz. İsa (ə.s)-ı vəsilə edərək qullarına çata bildiyi düşüncəsi hakimdir. Məhz bu düşüncə, Allahı tam anlaya bilməmək və lazımınca qiymətləndirə bilməməkdən qaynaqlanar.
Əlbəttə ki, Allahın özlərindən uzaq olduğunu düşünən bəzi müsəlmanlar da var. Lakin onların qaynağı Quran deyil, yaratdıqları xurafatlardır. Dolayısilə onların müdafiə etdikləri şeyin məlumatı İslamda yoxdur. Əslində Allahın özlərindən uzaq olduğunu düşünən bəzi müsəlmanlar da, Allahın özlərinə vəsilələrlə çata biləcəyini düşünən təslis tərəfdarı xristianlar da eyni yanlış anlayışı bölüşürlər. Uca Rəbbimiz Quranda:
İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. (Qaf surəsi, 16)
Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən… (Tur surəsi, 48)
"...Quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)
"...Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir. (Hud surəsi, 5)
"...Yerdə və göydə heç bir şey Allaha gizli qalmaz". (İbrahim surəsi, 38)
Ayələrində və bunun kimi bir çox ayədə xəbər verdiyi kimi, insana ƏN YAXIN olduğunu açıqca bildirmişdir. Heç kim, heç bir varlıq, insana Allahdan daha yaxın deyil. Allah hər gözdən görər, hər qulaqdan eşidər. Allah, bəzi müsəlmanların və xristianların düşündüyü kimi, yalnız göylərdə deyil, HƏR YERDƏDİR. Bir yarpaq düşdükdə onu görən biri olmasa da, Allah onu mütləq görər və bunu bilər. Yerin altındakılar, dənizin kilometrlərlə dərinliyində olanlar, hüceyrələrimizdəkilər və tamamilə görünməz bir aləm olan atomlar, elektronlar, kvarklar bizim üçün naməlum olsa da, Allah onların hər birindən hər an xəbərdar olar və onları hər an görər.
Bir-birindən fərqli müxtəlif xüsusiyyətləri olan üç ayrı Tanrının varlığını irəli sürən təslis tərəfdarları, Allahın məhz bütün bu sətirlərdə izah edilən üstünlüyünü, ucalığını, qüdrətini bilmirlər. Bunu bilsələr, Allahın özlərinə müxtəlif vəsilələrlə çatdığı düşüncəsinin yanlışlığını dərhal anlaya biləcəklər. Allahın vəsilələrə ehtiyacı yoxdur. O, yaradılanı hələ yaradılmadan tanıyan və kökslərdə olanı biləndir.
Bu həqiqəti daha yaxşı anlamaq üçün təcəlli anlayışının nə olduğu, bunun üçün də, maddə barəsindəki həqiqəti mövzusu bilinməlidir. Bu zaman xristianlar, bütün bu izah edilənlərin metafizik inanc olmadığını, Allahın açıqca insanlara bildirdiyi bu həqiqətin elmi cəhətdən sübut edilmiş olduğunu daha yaxşı anlayacaqlar. Bu mövzudan üçüncü hissədə ətraflı şəkildə bəhs ediləcək.