Onlar: “Mərhəmətli Allah özünə övlad götürmüşdür!” dedilər. Siz olduqca çirkin cəsarət göstərdiniz. Bundan az qaldı GÖYLƏR PARÇA-PARÇA OLSUN, YER YARILSIN VƏ DAĞLAR DAĞILIB UÇSUN - Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə. Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz. Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək. (Məryəm surəsi, 88-93)
Ayələrdə açıqca görüldüyü kimi, Allaha övlad isnad etmək; bütün kainatı yerlə-yeksan edəcək qədər şiddətli, Rəbbimizin qəzəbinə layiq olacaq çox böyük günahdır. Quranda Rəbbimizin övlad götürmədiyi bir çox ayə ilə vurğulanmışdır. Ayələrdə, Rəbbimizin övlad götürməkdən uzaq olduğu, "doğulmamış və doğmamış" olduğu, heç nəyin Onun tayı ola bilməyəcəyi açıqca bildirilir. Mövzu ilə əlaqədar ayələr belədir:
De: “O Allah Təkdir! Allah Saməddir (hər şey ona möhtacdır, əbədi yaşayandır, heç nəyə ehtiyacı olmayandır). O, nə doğub, nə doğulub, Onun tayı da yoxdur”. (İxlas surəsi, 1-4)
Diqqət yetirin; Həqiqətən, onlar yalan uydurub deyirlər: “Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar. (Saffat surəsi, 151-152)
Onlar: “Allah Özünə övlad götürmüşdü!” dedilər. O, (bundan) Ucadır! O, heç nəyə möhtac deyildir. Göylərdə və yerdə nə varsa, Onundur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allaha qarşı bilmədiklərinizi söyləyirsiniz? (Yunis surəsi, 68)
Allah övlad götürmək fikrində olsaydı, xəlq etdiklərindən hər hansı birini seçərdi. O, ucadır. O, Tək olan, qəhr edən Allahdır. (Zumər surəsi, 4)
Uca Rəbbimiz bütün kainatın mütləq Hakimidir, Rəbbimizin heç bir ortağa və ya köməkçiyə ehtiyacı yoxdur (Allahı tənzih edirik). O istədiyi vaxt "ol" deyər və istədiyi olar. Allah ayələrində belə bildirir:
Göylərin və yerin mülkü Ona məxsusdur. O, Özünə övlad götürməmişdir və mülkündə də şəriki olan yoxdur. O, hər şeyi müəyyən nizam və ölçü ilə yaratmışdır. (Furqan surəsi, 2)
De: “Tərif (həmd) Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allahadır!” Onu təkbir etdikcə təkbir et. (İsra surəsi, 111)
Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: 'Ol!' deyər, o da dərhal olar. (Məryəm surəsi, 35)
Uca Allah, "Allah övlad götürdü" iddia ilə çıxış edənləri QURAN vasitəsilə xəbərdar edib qorxutduğunu bildirir. Deməli, təslislə səhvə yol vermiş xristianlara Quran doğru yolu göstərəcək. Allah onları Quran vəsiləsi ilə bu mühüm səhvi etməkdən qoruyur:
Bu (Quran) "Allah Özünə övlad götürdü!" deyənləri xəbərdar edib qorxudur. Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar. (Kəhf surəsi, 4-5)
Həmçinin yuxarıdakı ayələrdə, Allah övlad götürdü deyənlərin bu mövzuda nə özlərinin, nə də özlərindən əvvəlkilərinin heç bir məlumatı olmadığı, yəni bunun tamamilə yalana olduğu bildirilir. Allah məlumatsızlıq ucbatından ortaya atılmış bu iddianın təhlükəsini Quranda: "Ağızlarından çıxan söz necə də ağırdır", ifadəsiylə xatırladır.
Rəbbimiz, övlad götürmədiyini bildirdiyi bir ayədə, eyni zamanda Özündən başqa bir ilah olmadığını da bildirir:
Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir ilah yoxdur. Əks təqdirdə hər bir ilah, əlbəttə, öz yaratdığını alar və (ilahların) bir qisminə qarşı üstünlük təmin edərdi. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır. (Muminun surəsi, 91)
Bu ayə, təslis tərəfdarı xristianların hər iki iddiasını da (hz. İsa (ə.s)-ın Allahın oğlu olduğu və hz. İsa (ə.s)-ın ilahlıq xüsusiyyətinə sahib olduğu iddialarını) tamamilə ortadan qaldırır.
Allah, Quranda, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə, bu iddia ilə ortaya çıxanlara belə söyləməsini vəhy etmişdir:
De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım. (Zuxruf surəsi, 81)
"Allahı lazımınca qiymətləndirə bilməmək" deyərkən, Allahın ayələrdə bildirilən üstün sifətlərini anlamamaq nəzərdə tutulur. Çünki bir insanın təslis inancını qəbul edə bilməsi üçün, Allahın hər şeyin Hakimi olduğunu, yaratmaq və yaşatmaq üçün heç bir vəsiləyə, köməkçiyə ehtiyacı olmadığını; Allahın istəsə övlad götürməyə qadir olduğunu, lakin bunu etmədiyini; bir şeyin olmasını istədiyi təqdirdə yalnız "ol" əmrini verməsinin kafi olduğunu; yerin, göyün bütün varlıqların Onun əmrinə boyun əymiş olduqlarını anlamamalıdır. Allahın heç bir şey üçün Özündən başqa ilahlar yaratmağa ehtiyacı yoxdur. Allah, hələ dünyaya gəlmədən gələcək olanı, hələ deyilmədən deyiləcək olanı, hələ baxmadan görüləcək olanı, kökslərdə olanı, BİR SÖZLƏ, HƏR ŞEYİ əzəliyyətdən əbədiyyətə qədər bilər. Rəbbimiz bir ayəsində belə bildirir:
Allah, Ondan ilah yoxdur, Diridir, Qaimdir. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun icazəsi olmadan Onun yanında kim şəfaət edə bilər? O, onların gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, çox ucadır, Uludur. (Bəqərə surəsi, 255)
Allahın sonsuz güc və qüdrət sahibi olması, İncil keçidlərində isə belə bildirilir:
...O, hər şeyin üzərində hökm sürən, əbədiyyən təriflənəcək Allahdır. (Pavlus'tan Romalılara Mektup, 9:5)
...Hər şeyə qadir olan Rəbb Allah, sənin işlərin böyük və təəccüblüdür... (Vahiy, 15:3)
Allahın edə bilməyəcəyi heç nə yoxdur. (Luka, 1:37)
...Allahdan [Allaha aid] olmayan rəhbərlik yoxdur. Mövcud olanları Allah qurmuşdur. (Pavlus'tan Romalılara Mektup, 13:1)
Hər şeyin qaynağı Odur; hər şey Onun tərəfindən və Onun üçün meydana gəldi. Sonsuza qədər Ona ucalıq olsun. (Pavlus'tan Romalılara Mektup, 11:36)
Hər şey Ona təslim olmuşdur. Heç nə nəzarətsiz deyildir. Hər biri mütləq Rəbbimizə itaət etməklə məsuldur. Allah məhz belə qəhr edici, böyük və üstün gücə malikdir:
…Halbuki göylərdə və yerdə olan hər şey (istər-istəməz) Ona təslim olmuşdur… (Ali İmran surəsi, 83)
Hz. İsa (ə.s), dərin Allah sevgisi ilə yaşayan bir QULDUR
İncildə Rəbbimiz belə buyurur:
Allah sizi, tutduğunuz pis yoldan döndərib günahdan təmizləmək üçün, qulunu [hz. İsa (ə.s)-ı] ortaya çıxardıb ilk öncə sizə göndərdi". (Elçilerin İşleri, 3/26)
Allah bir Quran ayəsində isə belə buyurur:
Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxınlaşdırılmış (yüksək dərəcə sahibi) mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır. (Nisa surəsi, 172)
İncil və Quran ayələrində açıqca bildirildiyi kimi, hz. İsa (ə.s) Allahın bir quludur. Həmçinin yenə Quran ayəsində xüsusi olaraq bildirildiyi kimi, hz. İsa (ə.s), Allaha qulluq etməkdən zövq alan, Ona təslim olmuş və Ona dərin sevgiylə bağlı olan gözəllər gözəli bir peyğəmbərdir. Onun Allaha dərin sevgiylə yerinə yetirdiyi qulluq vəzifəsi, bəzi xristianlar üçün qəbul edilə bilməzdir. Onun sevgi və böyük zövqlə yerinə yetirdiyi Allaha qul olma vəzifəsini öz ağıllarınca yanlış qiymətləndirir və rədd edirlər.
Quran ayələri və aşağıda ətraflı şəkildə araşdıracağımız İncil keçidlərinə baxmayaraq, hz. İsa (ə.s)-ın yalnız bir qul kimi yaradıldığını qəbul etməyənlərin böyük əksəriyyəti ehtimalla cəhalətdən bu səhvə yol veriblər. Hz. İsa (ə.s)-a olan sevgilərindən, onun "qul" olduğunu qəbul edəcəkləri təqdirdə, bununla dəyərinin azalacağını, ona lazımi hörməti göstərmiş olmayacaqlarını zənn edirlər. Halbuki hz. İsa (ə.s)-ın şövqlə, sevgi və xoşbəxtliklə, bir ibadət olaraq yerinə yetirdiyi qulluq vəzifəsi, hz. İsa (ə.s) üçün çox böyük nemətdir və təbiidir ki, onun dəyərini azaltmaz. Tam əksinə belə bir sevgi ilə Allaha qulluq etmək, qiymətli Peyğəmbərimiz hz. İsa (ə.s)-ı qat-qat daha qiymətli etmiş, onun cənnətdəki mövqeyini yüksəltmiş, onu kütlələrin sevgilisi halına gətirmişdir. Allahı razı salmağa çalışan bir qul və peyğəmbər olmaq, bütün həyatı boyu Allahı ucaldan və Allaha şirk qoşmadan iman gətirən belə dərin ağıl sahibi bir insan olmaq, hz. İsa (ə.s) üçün nemətlərin ən böyüyüdür.
Hz. İsa (ə.s)-ın Allaha yalnız bir qul olaraq yaradıldığı başqa ayələrdə də bildirilmiş bir həqiqətdir:
O (İsa) dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. (Məryəm surəsi, 30)
Başqa bir ayədə isə, hz. İsa (ə.s)-ın ölümlü olduğu, hər insan kimi öldükdən sonra axirətdə yenidən dirildiləcəyi bildirilmişdir:
Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” (Məryəm surəsi, 33)
Sevimli Peyğəmbərimiz hz. İsa (ə.s), özü üçün Allahın müəyyənləşdirdiyi vaxt gəlib çatdıqda, yenidən yer üzünə endiriləcək və Allahın əmr etdiyi şəkildə hz. Mehdi (ə.s) ilə birlikdə elçilik vəzifəsini tamamlayacaq (bu mövzuya kitabın irəliləyən bölmələrində toxunulur). Hz. İsa (ə.s), bu dünyada vəzifəsini tamamladıqdan sonra hər ölümlü insan kimi vəfat edəcək, ruhu cənnətə alınacaq. Bütün insanlarda olduğu kimi, onun da bütün taleyini; həyatı boyu qarşılaşdığı hər hadisəni yaradan Allahdır. Göstərdiyi bütün möcüzələri yaradan da Allahdır. Hz. İsa (ə.s) bunları öz gücü ilə deyil, Allahın özünə olan rəhməti ilə həyata keçirmişdi. Hz. İsa (ə.s), dünya həyatında yaşadığı müddət boyunca Allaha olan güclü imanını dilə gətirmiş və insanları Allahın dosdoğru yoluna dəvət etmişdir. Hz. İsa (ə.s)-ın insanları Allaha iman gətirməyə və Ona qulluq etməyə dəvət etməsi, İncildə də bildirilmiş açıq bir həqiqətdir:
İsa ona bu cavabı verdi: ““Allahın Rəbbə tapın və təkcə Ona qulluq et” deyə yazılmışdır””. (Luka, 4: 8, Matta, 4: 10)
Quranda isə hz. İsa (ə.s)-ın insanları Allaha iman gətirməyə dəvət etdiyi belə bildirilir:
İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Dosdoğru yol da budur”. (Məryəm surəsi, 36)