Tövratda işlənən "oğul" ifadələrini qiymətləndirərkən bəzi səmimi xristianların etdiyi ən böyük səhvlik, bu ifadələri zahiri mənaları ilə qəbul etmək, batini təfsir edə bilməməkdir. İncil sözlərini və hətta Tövratı da qiymətləndirərkən eyni səhvliyi edərlər. Halbuki batini təfsir, Allahın sözünü anlamaq üçün mühüm bir sirr və dərin düşünməyi təmin edən mühüm ehtiyacdır.

Allahın sözləri açıq, aydın olan, əsaslı və hikmətlidir. Lakin Uca Rəbbimiz, Öz sözlərində bəzən möhkəm (mənası və ifadə tərzi açıq-aydın olan) bəzən də mütəşabeh (birdən çox mənanı verən ifadə forması, müəyyən səviyyədə şərh  tələb edən izah) mənalar gizlədər. Mütəşabeh mənaları görə bilmək üçün bu hikmətli sözlərdəki dərin məna və sirləri iman gözüylə qiymətləndirə bilmək lazımdır. Məhz batini təfsir də budur.

Uca Rəbbimiz bu dərin mənaları bəzi vəziyyətlərdə təşbeh və bənzətmələrlə xəbər vermişdir. Məsələn, bir Quran ayəsində Allah: "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın" (Ali İmran surəsi, 103), digər bir ayədə isə: "Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və kəndir (dəvə) iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər..." (Əraf surəsi, 40) deyə bildirir. Həmin bu ayələr bəzi insanlar tərəfindən zahiri mənaları ilə də götürülüb şərh oluna bilər. Lakin əslindı, hər iki ayədə də edilən bənzətmələr çox hikmətli bir izahat formasıdır və insanların üzərində düşündükcə dərinləşə biləcəyi mənalar gizlənmişdir. Rəbbimiz, "Allahın ipi" təşbehi ilə, insanların Allaha və Onun göstərdiyi yola güclü bağlanmalarını, bunda qətiyyət göstərmələrini nəsihət edir. Yenə Rəbbimiz; "kəndir iynə dəliyindən keçənə qədər" bənzətməsi ilə də, ayədə bildirilən insanların (Allahın istəməsi istisna olmaqla) cənnətə qətiyyən girə bilməyəcəklərini təsirli bənzətmə ilə bildirir. Bu, olduqca gözəl və dərin izahatdır. Lakin bunu doğru anlamaq üçün, burada batini təfsir edilməlidir.

Bu vəziyyət, Quran üçün olduğu kimi, Tövrat və İncil üçün də hakimdir. Məsələn, İncildəki bir ayədə, batini cəhətdən şərh olunması lazım gələn, dərin hikmətli bir izahat belədir:

Onlara bənzətmələrlə danışmağımın səbəbi budur: Çünki, “gördükləri halda görməzlər, eşitdikləri halda eşitməz və anlamazlar”. "Beləliklə də, Yeşayanın peyğəmbərlik sözü onlar üçün gerçəkləşmiş oldu: “Eşidəcək eşidəcək, lakin heç anlamayacaqsınız, baxacaq baxacaq, lakin heç görməyəcəksiniz! Çünki bu xalqın qəlbi duyğusuzlaşdı, qulaqları ağırlaşdı. Gözlərini yumdular. Belə ki, gözləri görməsin, qulaqları eşitməsin, qəlbləri anlamasın və Mənə qayıtmasınlar. Qayıtsaydılar, onları yaxşılaşdırardım”. (Matda, 13:13-15)

Bənzər nümunələri Tövratdan da vermək mümkündür:

Ey karlar, eşidin, ey korlar, baxın da görün!... Bir çox şey gördünüz, lakinvecinizə almırsınız, qulaqlarınız açıqdır, lakin eşitmirsiniz. (Yeşaya, 42:18, 20)
Rəbb mənə belə səsləndi: "Bəşər oğlu, üsyankar bir xalqın arasında yaşayırsan. Gözləri olduğu halda görmür, qulaqları olduğu halda eşitmirlər. Çünki bu xalq üsyankardır". (Hezekiel, 12:1-3)

Quranda bu bənzətmə belə qeyd olunur:

Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən? (Zuxruf surəsi, 40)

Onlar kar, lal və kor olduqlarına görə qayıtmazlar. (Bəqərə surəsi, 18)

Əlbəttə ki, Quran, İncil və Tövratdakı bu ifadələrdə fiziki korluq və ya fiziki karlıqdan bəhs edilmir. Burada mənəvi korluq, mənəvi karlıq və mənəvi dilsizlik vurğulanılır. Bu sözlərdə bəhs edilən insanlar, Allahın varlığının bütün dəlilləri öz gözlərinin önünə sərildiyi və bu dəlillər həmişə qarşılarında olduğu halda, bunu görə bilməyən, Allahı qiymətləndirə bilməyən insanlardır. Mənəvi cəhətdən kor və kar olmuş bu insanları Allah lənətləyir.
Əgər burada bildirilən korluq və ya karlıq zahiri mənada götürülsə, əlbəttə ki, bu özü ilə olduqca yanlış şərhləri gətirəcək. Bu yanlış şərhlərdən qaça bilmək üçün, batini təfsir edə bilməyin əhəmiyyəti böyükdür. Çünki Allah, bu dərin mənalarla insanlara çox böyük və mühüm mesajlar verir, onları doğru yola yönəldəcək sirlər gizlədir.

 

İncildəki "Oğul" ifadəsi, batini təfsir yoluyla qiymətləndirilməlidir

Əvvəlcə bunu ifadə etmək lazımdır ki, batini təfsir çatışmazlığı, İslamda, yəhudilikdə və xristianlıqda müxtəlif formalarda qarşılaşılan vəziyyətdir. Dolayısilə bu, təkcə bəzi xristianlara məxsus bir çatışmazlıq hesab edilməməlidir. Lakin burada mövzu etibarilə bunun təkcə xristian qardaşlarımıza aid hissəsindən bəhs edilir.
Batini təfsir edə bilmək, bəzi xristian qardaşlarımızın qapıldığı yanlış düşüncələr baxımından böyük əhəmiyyət kəsb edir. Çünki illərdir ki, davam etmiş hz. İsa (ə.s)-ın Allahın oğlu olduğuna dair batil inanc (Allahı tənzih edirik), batini təfsir çatışmazlığından qaynaqlanan olduqca mühüm və təhlükəli səhv şərh etmədir. İncildə və yuxarıda bildirdiyimiz kimi, Tövratda qeyd olunan "Allahın oğlu" ifadələri, bu sözlərdə işlənən zahiri mənaları ilə qəbul edilmiş və dərin mənaları lazımınca düşünülmədən olduğu kimi təfsir edilmişdir.
Halbuki burada işlənən "oğul" ifadəsi, daha əvvəl də bildirdiyimiz kimi, Allaha mənəvi cəhətdən yaxınlıq, sevgi, seçilmişlik, dostluq ifadəsidir. Allahın sevimli və seçilmiş qulu üçün bildirdiyi olduqca dərin izahatdır.
Xristianlar, "Allahın oğlu" ifadəsiylə haşa fiziki mənanın nəzərdə tutulmadığını, burada bir qulun Allaha mənəvi yaxınlığının vurğulandığını anlamalıdırlar. Batini dünyagörüşü ilə baxdıqları vaxt, bu xitab forması ilə çox fərqli və dərin mesaj verilmiş olduğunu daha yaxşı görəcəklər.

 

Hz. İsa (ə.s)-ın Allahın Oğlu olmadığına dair İncildən dəlillər

Bəzi xristianlar hz. İsa (ə.s)-ın yalnız bir qul olduğu həqiqətinin təkcə Quranla bildirildiyini düşünə bilərlər. Halbuki, xristianların öz kitabları olan İncil, hz. İsa (ə.s)-ın imtahan verən, dua edən, yemək yeyən, yorulduğu vaxt yatan, Allaha qulluq edən bir bəşər olduğunu açıqca və müxtəlif formalarda xəbər vermişdir. Təslis tərəfdarı xristianlar hər nə qədər müsəlmanların gətirdiyi təslis əleyhdarı dəlillərə qarşı çıxsalar da, hz. İsa (ə.s)-ın Allahın oğlu olmadığını öz kitabları, yəni İncil söyləyir. Təlqinlərdən və ön mühakimələrdən xilas olmuş hər ağıl və hər vicdan; İncil keçidlərinin açıq, şərhsiz, saf mənalarının bu şəkildə olduğunu dərhal anlayacaq.
Hz. İsa (ə.s)-ın Allahın oğlu olmadığına, onun yalnız Allaha qul olan bir bəşər olduğuna dair İncildən dəlillər belədir:

 

Hz. İsa (ə.s)-ın dünyaya gəlməsi, nəsli, yaxınları

Məlum tarixi məlumatlara görə, hz. İsa (ə.s), hz. Davud (ə.s) nəslindəndir. Hz. İsa (ə.s) xalq arasında tanınan biridir. Xalq onun kimin nəslindən gəldiyini, harada doğulub böyüdüyünü bilir. Hz. İsa (ə.s)-ın ailəsi də xalq tərəfindən yaxından tanınır. Dolayısilə o da, digər bütün insanlar kimi nəsli və dünyaya gəlməsi bəlli olan bir bəşərdir:

Keçmişvaxtlardan bəri müqəddəs peyğəmbərlərin ağzından bildirdiyi kimi, qulu Davudun nəslindən bizim üçün güclü bir xilaskar çıxartdı; düşmənlərimizdən, bizdən nifrət edənlərin hamısının əlindən qurtulmağımızı təmin etdi. (Luka 1: 69-71)
İbrahim oğlu, Davud oğlu İsa Məsihin nəsli ilə, əlaqədar qeyd belədir... (Matta 1: 1-2)
Öndən gedən və arxadan gələn izdihamlı kütlələr belə qışqırırdılar: "Davud oğluna şükürlər olsun! Rəbbin adıyla gələnə təriflər olsun, ən ucalarda şükürlər olsun!" İsa Qüdsə girdiyi vaxt bütün şəhər camaatı: "bu kimdir?" deyərək çalxalandı. İzdihamlı kütlələr: "bu, Qalileyanın Nazaret şəhərindən olan İsa peyğəmbərdir" deyirdi. (Matta, 21/9-11)

Bu Məryəmin oğlu, Yaqub, Yose, Yəhuda və Simonun qardaşı olan dülgər deyildirmi? Bacıları burada, aramızda yaşamırmı?.. (Markos, 6/3)