keçmişdir. Yemək yemə ehtiyacı hiss etdiyi vaxt, yanındakı həvariləriylə birlikdə Allaha şükür edərək yemək yemiş, uzun bir gündən sonra hər insan kimi yorulmuş və yatmaq ehtiyacı hiss etmişdir. Bununla yanaşı hz. İsa (ə.s)-ın yuyunmaq, təmizlənmək kimi fiziki ehtiyaclarının olduğu İncildə bildirilir. Bütün bu insani xüsusiyyətlər təslis iddiasını tamamilə ortadan qaldırır. Hz. İsa (ə.s), bir qul, bir peyğəmbər olması və hər insan kimi imtahan olunmasından ötrü bəşəri xüsusiyyətlər və ehtiyaclarla yaradılmışdır. Əlbəttə ki, ehtiyacların və çatışmazlıqların ortadan qalxdığı yer yalnız cənnətdir.
Hz. İsa (ə.s)-ın, iddia edilən ilahlıq xüsusiyyətini ortadan qaldıran, bəşəri xüsusiyyətləri ilə əlaqədar İncil keçidlərindən bəziləri belədir:

İsa bilik və boy cəhətdən inkişaf edir, Allahdan və insanlardan yaxşılıq görürdü. (Luka, 2/52)

Onlarla süfrədə oturarkən İsa çörək götürdü, şükür etdi və çörəyi bölüb onlara verdi. (Luka, 24/30)

Sevincdən hələ inana bilməyən, çaşbaş qalmış tələbələrindən: "Sizdə yeməyə bir şey varmı?" deyə soruşdu. Özünə bir qədər qızarmış balıq verdilər. İsa onu alıb gözlərinin qarşısında yedi. (Luka, 24/41-43)

Mayasız çörək bayramının ilk günü tələbələr İsanın yanına gələrək: "Pasxa yeməyini yeməyin üçün harada hazırlıq görməyimizi istəyərsən?" deyə soruşdular. (Matta, 26/17)

Daha sonra İsa, Levi’nin evində yemək yeyən vaxtı... (Markos, 2/15)

İsa bundan sonra evə getdi. Yenə elə böyük insan kütləsi toplandı ki, İsayla tələbələri yemək belə yeyə bilmədilər. (Markos, 3/20)

Süfrə başına əyləşmiş halda yemək yeyərlərkən İsa: "Sizə doğrusunu söyləyim" dedi, "sizdən biri, mənimlə yemək yeyən biri, məni satacaq" (Markos, 14/18)

Fəriseylərdən biri İsanı yeməyə dəvət etdi. O da onun evinə gedib süfrə başına əyləşdi. (Luka, 7/36)

...İsa, səfərdən ötrü yorulduğu üçün quyunun yanında əyləşmişdi. Saat on iki radələri idi. Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona: "Mənə su ver, içim" dedi. (Yuhanna, 4/6-7)

İsa, qayığın uc hissəsində bir yastığa yaslanmış vəziyyətdə yatırdı... (Markos, 4/38)

İsa onlara: "Gəlin, tək başımıza tənha bir yerə gedək ki, bir qədər istirahət edəsiniz" dedi. Gələn-gedən elə çoxdu ki, yemək yeməyə belə vaxt tapa bilmirdilər. (Markos, 6/31)

...Səfərdən ötrü yorulan İsa quyunun yanında əyləşdi... (Yuhanna, 4/4)

 

Hz. İsa (ə.s)-ın da sınaqlardan keçməsi, imtahan verməsi, şeytanın onu da azdırmaq üçün çalışması

İncildə hz. İsa (ə.s)-ın Allah tərəfindən sınanılan, imtahan olunan bir bəşər olduğu açıqca bildirilir. Şübhəsiz ki, Allahın sınadığı, sınaqlardan keçirdiyi bir bəşərin Allah olması qeyri-mümkündür (Allahı tənzih edirik). Şeytanın azdırmağa çalışdığı bir insanın belə bir xüsusiyyətə sahib olması qeyri-mümkündür. Allah, İncildə hz. İsa (ə.s)-ın sınanılan, imtahan olunan və Allaha qulluq edən bir bəşər olduğunu bildirmişdir:

[Hz. İsa (ə.s)]: "Sınandığım vaxtlar mənimlə birlikdə səbir edənlərsizdiniz". (Luka 22: 28)

Sonra İblis İsanı hündürlüyə çıxardaraq bir anda ona dünyanın bütün ölkələrini göstərdi. Ona: "Bütün bunların idarəsinivar-dövlətini sənə verəcəyəm. Bunlar mənə təslim edildi, mən də istədiyiminsana verərəm. Mənə tapınsan, hamısı sənin olacaq" dedi. İsa ona bu cavabı verdi: ““Tanrın Rəbbə tapınmalı, təkcə Ona qulluq etməlisən” deyə yazılmışdır”. (Luka 4: 5-8)

İblis, İsanı hər cəhətdən sınadıqdan sonra bir müddət onun yanından ayrıldı. (Luka 4: 13)

 

Hz. İsa (ə.s)-ın atasız dünyaya gəlməsi təslis iddiasına bir dəlil ola bilməz, belə ki, hz. Adəm (ə.s) həm anasız, həm də atasız dünayaya gəlmişdir

Təslis tərəfdarı xristianlar iddialarına dəlil olaraq hz. İsa (ə.s)-ın atasız olaraq möcüzəvi dünyaya gəlməsini göstərərlər. Halbuki bu iddianı güclü dəlil hesab edərlərkən hz. Adəm (ə.s)-ın həm anasız, həm də atasız yaradılmış olduğunu düşünməzlər. Hz. Adəm (ə.s) heç bir səbəb və vəsilə olmadan Rəbbimizin "ol" əmri ilə cənnətdə yaradılmışdır. Belə bir yaradılma, daha da möcüzəvidir. Lakin buna baxmayaraq, heç bir xristian hz. Adəm (ə.s)-a ilahlıq isnad etməmişdir. Dolayısilə bəzi xristianların təslisə dəlil olaraq göstərdikləri bu məntiq tamamilə əsassızdır. Əsla və əsla hz. İsa (ə.s)-a isnad edilməyə çalışılan ilahlıq xüsusiyyətini dəlilləndirmir.
Hz. Adəm (ə.s)-ın yaradılışı, İncil və Tövratda belə bildirilir:

Çünki əvvəl Adəm, sonra isə Həvva yaradıldı; (1. Timoteos 2: 13)

RƏBB Tanrı, Adəmi torpaqdan yaratdı və burnuna həyat nəfəsini üflədi. Beləliklə də, Adəm yaşayan varlıq oldu. (Yaratılış 2: 7)

 

İncildə işlənən "Allahın oğlu" ifadələrinin heç biri fiziki mənasıyla qəbul edilməmişdir, təkcə hz. İsa (ə.s)-a həqiqi oğul mənası aid edilmişdir

İncilin bir çox yerində "Allahın oğlu" və ya "Allahın oğulları" ifadələri işlədilir. Daha sonra ətraflı şəkildə izah edəcəyimiz kimi, Allahın oğlu sözləri, sevgi və məhəbbət ifadəsidir. Bir insanın mübarək, etibarlı, sadiq və Allahın sevimli qulu olduğunun bir izahıdır. Dolayısilə qətiyyən həqiqi (fiziki) oğul mənasını daşımır. Necə ki, bu ifadə İncilin çox yerində və çox insana xitab məqsədiylə işlədilmiş, lakin heç birində fiziki mənada qəbul edilməmişdir. "Böyük xoşbəxtlik sülhü təmin edənlərədir! Onlara Tanrı oğulları deyiləcək" (Matta, 5/9)ayəsində olduğu kimi, sülhü təmin edənlər Allahın sevimli və qiymətli qullarına çevriləcəkdir. Bunu heç bir xristian həqiqi oğul mənasında anlamaz, buna fərqli məna yükləməz.
Vəziyyət belə olduğu halda, İncildə təkcə hz. İsa (ə.s) üçün işlədilən "Allahın oğlu" ifadələri fiziki mənada işlədilməyib. Eyni ifadələrin keçməsinə, heç bir fərqli söz işlədilməməsinə baxmayaraq, təkcə hz. İsa (ə.s)-a həqiqi oğul sifəti isnad edilmişdir. Bu vəziyyət, Allahın oğlu ifadəsinin əsil mənasından uzaqlaşdırıldığını və qəsdli surətdə hz. İsa (ə.s)-a məxsus xüsusi məna ilə işlədildiyini göstərir. İncildə Allahın oğlu və ya oğulları ifadəsinin işləndiyi bəzi ayələr belədir:

[Hz. İsa (ə.s)]: "Lakin siz düşmənlərinizi sevin, yaxşılıq edin, heç bir qarşılıq gözləmədən borc verin. Alacağınız mükafat böyük olacaq, Ucalar Ucasının oğulları olacaqsınız. Çünki O, nankor və pis insanlara qarşı yaxşı qəlblidir". (Luka 6: 35)

Hər şeyə qadir olan Rəbb belə deyir: "Sizə Ata olacağam, siz də oğullarım, qızlarım olacaqsınız".(Korintlilere 2. Mektup 6: 18)

Burada ayrıca ifadə etmək lazımdır ki, müqəddəs mətnlərdə hz. İsa (ə.s) 80 dəfə bəşər oğlu kimi xarakterizə edilir. Təslis tərəfdarı xristianlar bu ifadəni müxtəlif formalarda şərh etməyə çalışsalar da, bəşər oğlu ifadəsi hz. İsa (ə.s)-ın ana dili olan arami dilində barnaşa, yəni "insan" mənasını verən xüsusi deyimdir. Dolayısilə bəşər oğlu deyimi bu dildə insan sözü ilə eyni mənalıdır. (Prof. Dr. Mehmet Bayrakdar, Bir Hristiyan Dogması Teslis, Ankara Okulu nəşriyyatı, sentyabr 2007, səh. 168)

 

İncildə işlənən "Ata" xitabı yenə məcazi mənadadır və bütün insanlara səslənilir

İncildə oğul sözü ilə yanaşı, "Ata" sözü də işlədilir. Buradakı Ata ifadəsi, himayədarlıq, sevgi və şəfqət mənalarını verir, buradakı xitabla Allahın ruhunu daşıyan, cənnətlə müjdələnilən və Allaha mənəvi cəhətdən yaxın insanlar hədəflənir və təbiidir ki, sözün əsl mənası qətiyyən nəzərdə tutulmur. Lakin təslis tərəfdarları, İncildə mənası bu qədər açıq olan bir sözü həmin bu İncil keçidlərində məcazi mənası ilə götürdükləri halda, hz. İsa (ə.s)-a xitab edilən ayələrdə hz. İsa (ə.s)-ın bioloji atası kimi götürürlər. Bu, açıq şəkildə səhv istiqamətləndirmə, mənası dəqiq olan bu mövzuda açıqca yanıltmadır.
İncildə "Ata" xitabının işlədildiyi və məcazi mənası olduqca açıq olan ayələrdən bəziləri belədir:
Belə ki, verdiyiniz sədəqə gizli qalsın. Gizlicə ediləni görən Atanız sizi mükafatlandıracaq... Çünki Rəbbiniz nələrə ehtiyacınız olduğunu hələ siz Ondan istəmədən əvvəl bilir. (Matta 6:4, 8)
"Doğruluğunuzu insanların gözü qarşısında özünüzü onlara göstərmək məqsədiylə etməyin, yoxsa göylərdə olan Atanızdan mükafat ala bilməzsiniz. (Matta 6: 1)
Lakinsiz dua edərkən "daxili otağınıza çəkilib, qapını örtüb" qeybdə olan Atanınıza dua edin. Qeybdə ediləni görən Atanızsizimükafatlandıracaq. (Matta 6: 6)

 

İncildəki "Tanrının övladları" ifadəsi də, yenə məcazi məna daşıyır

İncilin bir çox ayəsində işlənən "Tanrının övladları" ifadəsi ilə iman gətirənlər nəzərdə tutulur, eləcə də, mənəvi və məcazi yaxınlığa işarə edilir. Bu insanların mübarək, Allah Qatında qiymətli, Allah rizasını qazanmış olduğu ümid edilən insanlar olduqları vurğulanır. Burada qətiyyən ilahlıq xüsusiyyətindən söhbət getmir. İncildəki "Ata", "Oğul" və "Tanrının övladları" ifadələrinə ön mühakiməsiz yanaşan hər kəs sözlərin məcazi məna daşıdığını, Allahın yaxınlığını, şəfqətini, sevgisini və himayədarlığını göstərmək üçün, xüsusilə bu ifadələrin işlədildiyini asanlıqla anlaya bilər. İncildə tez-tez işlədilən bu sözlərin, hz. İsa (ə.s) barəsində niyə fərqli şərh olunduğu isə, aydın ola bilmir. Əlbəttə ki, məna dəyişmir, eyni məcazi mənadan istifadə olunur, lakin təslis tərəfdarları qəsdli surətdə bu cür şərh edirlər.
İncildə Tanrının övladları ifadələrinin işləndiyi müxtəlif ayələr belədir:
Özünü qəbul edib, adına iman edənlərin hamısına Tanrının övladları olma haqqını verdi. (Yuhanna, 1/12)
Əziz qardaşlarım, hələ indidən Tanrının övladlarıyıq, lakin nə olacağımız hələ bizə göstərilmədi.Lakin, Məsih göründüyü zaman, ona bənzər olacağımızı bilirik. Çünki onu olduğu kimi görəcəyik.(Yuhanna'nın 1. Mektubu, 3:2)
Tanrını sevib buyruqlarını yerinə yetirməklə, Tanrının övladlarını sevdiyimizi anlayarıq. (Yuhanna'nın Birinci Mektubu, 5/2)

 

Ata ifadəsinin məcazi məna daşımasına dair bir nümunə, bu ifadənin hz. İbrahim (ə.s) üçün işlədilməsidir

İncildə hz. İbrahim (ə.s), iman gətirənlərin "atası" kimi tanıdılır. Aydındır ki, burada da ata sözü məcazi mənada işlədilmiş, bu ifadə ilə hz. İbrahim (ə.s)-ın liderliyi, himayədarlığı, özünü izləyənlərə yol göstərdiyi vurğulanmışdır.
Bundan ötrü də, vəd, Tanrının lütfünə nail olmaq və İbrahimin bütün nəsli üçün, zəmanət altına alınmaq məqsədiylə imandan asılı edilmişdir. İbrahimin nəsli tək Müqəddəs Qanuna bağlı olanlar deyil, eyni zamanda İbrahimin imanına sahib olanlardır. "Səni bir çox millətin atası etdim" deyə yazılmış olduğu kimi İbrahim, iman gətirdiyi (ölülərə həyat verən, var olmayanı buyruğuyla var edən)Tanrının gözündə hamımızın atasıdır. (Romalılar, 4:16)
"Bizim atamız İbrahimdir" deyə cavab verdilər. İsa da: "İbrahimin övladları olsaydınız, İbrahimin etdiklərini edərdiniz" dedi. (Yuhanna, 8:39)

 

İncildə "Yaradan əvəzinə yaradılana, ölümsüz Allah əvəzinə ölümlü insana qulluq etmək" qınanılmışdır

İncildə bu mövzuda işlənən ayələr çox əhəmiyyətlidir. Dövrün insanlarının, Yaradan əvəzinə yaradılana, yəni ölümlü insana tapındıqlarından, onu ilah qəbul etdiklərindən bəhs edər. Məhz bu, təslis tərəfdarı xristianların hazırkı vəziyyətləridir. Onlar da bir bəşəri ilah qəbul edərək, yaradılan bir qulu öz aləmlərində yaradıcı elan ediblər. Allah onları İncildə xəbərdar etmişdir:
Tanrını tanıdıqları halda,OnuTanrı kimi ucaltmadılar, Ona şükür etmədilər. Əksinə, axmaq düşüncələrə qapıldılar; anlayışsız qəlblərini qaranlıq bürüdü. Ağıllı olduqlarını irəli sürdükləri halda, ağılsız çıxdılar. Ölümsüz Tanrının ucalığı əvəzinə ölümlü insanı, quşları, dörd ayaqlıları, sürünənlərə bənzəyən bütləri üstün görüb onlara yönəldilər. Buna görə də, Tanrı, bir-birlərinin bədənlərini alçaltsınlar deyə, onları qəlblərinin arzuları içində əxlaqsızlığa təslim etdi. Onlar Allahla əlaqəli həqiqətin yerinə yalanı qoydular. Yaradan əvəzinə, yaradılana tapınıb qulluq etdilər. Halbuki Allah əbədiyyən təriflənməyə layiqdir!Amin. (Romalılar, 1:21-25)

 

Hz. İsa (ə.s)-ın "Allah təkdir" deməsi

Allah təkdir. İncil görə hz. İsa (ə.s), bunu açıqca söyləmişdir. İncildə Allahın bir və tək olduğu, təkcə Ona qulluq edilməli və Ona şirk qoşmadan iman gətirilməli olduğu bir çox ayədə çox açıq şəkildə bildirilmişdir (İncildə Allahın vahidliyi ilə əlaqədar bütün ayələri irəliləyən səhifələrdə görə bilərsiniz). Bu ayələrdə, nə üçlükdən, nə üç ayrı Tanrının tək Tanrı mənasını verdiyindən, nə də əslində tək, lakin mövcudluqda üç kimi məntiqsiz açıqlamalardan bəhs edilir. Təkcə "Allah təkdir" deyilir. İncil keçidlərində qəti olan həqiqət, Ondan başqa ilah olmamasıdır. Bunu görmək elə asandır ki, bu qədər çox xristianın İncil keçidlərindəki açıq ifadələrə baxmayaraq, qarışıq təslis inancı meydana gətirmələri həqiqətən təəccüblənməli haldır.
Onların mübahisələrini dinləyən və İsanın onlara gözəl cavab verdiyini görən bir din alimi yaxınlaşıb ondan: "Buyruqların ən əhəmiyyətlisi hansıdır?" deyə soruşdu. İsa ona belə cavab verdi:“[Allahın buyruqlarının] ən əhəmiyyətlisi budur: Dinlə, ey İsrail! Allahımız olan Rəbb tək Rəbbdir...Din alimi İsaya: ““Yaxşı söylədin, müəllimim.Allah təkdir və Ondan başqası yoxdur” deməklə doğrunu söylədin” dedi. (Markos, 12/28-32)
Xilaskarımız Tək Allaha ucalıq olsun... (Yahuda'nın Mektubu, 1: 24)
Sən Allahın Tək olduğuna inanırsan, yaxşı edirsən. Cinlər belə buna inanır və [Allah qorxusuyla] titrəyirlər! (Yakup'un Mektubu, 2: 19)

 

Hz. İsa (ə.s)-ın Allahdan qorxmağı əmr etməsi

İncilə görə hz. İsa (ə.s) özündən deyil, təkcə Allahdan qorxulmasını nəsihət edir. Bəzi xristianlar üçlüyün nəzərdə tutulduğunu, dolayısilə hz. İsa (ə.s)-ın bu əmrlə özünü də nəzərdə tutduğunu iddia edə bilərlər. Əlbəttə ki, bu qarışıqlıq, təkcə təslis müdafiəçilərinin göstərəcəkləri və insanları yanıltmaq üçün işlədəcəkləri bir məntiqdir. Güclü vicdan sahibi olan heç kəs, bu sapdırmaya aldanmamalıdır. Ayənin mənası qəti və açıqdır. Hz. İsa (ə.s) heç kimi özünə tapınmağa dəvət etmir, hətta əksinə yalnız tək ilah olan Allaha istiqamətləndirir.
O [hz. İsa (ə.s)] belə dedi: "Bədəni öldürə bilən, lakin canı öldürə bilməyənlərdən qorxmayın. Canı da, bədəni də cəhənnəmdə məhv edə bilən Allahdan qorxun". (Matta, 10:28)

 

Hz. İsa (ə.s)-ın Allahı sevməyi əmr etməsi

Yenə İncilə görə hz. İsa (ə.s), insanları həmişə tək Allaha yönəldir və Onu sevmələrini istəyir.
İsa belə cavab verdi: “Ən əhəmiyyətlisi budur: “Dinlə, ey İsrail! Allahımız olan Rəbb tək Rəbbdir. Allahın olan Rəbbi bütün qəlbinlə, bütün canınla, bütün ağlınla və bütün gücünlə sev””. (Markos, 12/29-30)

 

Hz. İsa (ə.s)-ın Allaha yalvarmağı əmr etməsi

Təslis tərəfdarlarına görə, özünə dua edilməli insan hz. İsa (ə.s)-dır. Həmçinin hazırda təslis müdafiəçisi xristianlar hz. İsa (ə.s)-a dua edirlər. Halbuki İncildə, hz. İsa (ə.s)-ın öz ağzından duanın Allaha edilməli olduğu deyilir. Hökmdə heç bir qarışıqlıq yoxdur, hz. İsa (ə.s), heç bir yerdə Allaha yalvarmaq üçün insanların özünə yönəlməli olduqlarını söyləmir. Bilavasitə Allaha yalvarmalarını nəsihət edir. Dua etmək üçün vasitəçilər olduğu, hz. İsa (ə.s) olmadan duanın Allaha çatmayacağı kimi qarışıq və ziddiyyətli fikirlər, təkcə təslis tərəfdarlarının uydurmasıdır. Qəlb və məntiq gözü ilə baxan bir insan üçün İncil keçidləri olduqca aydındır.
O vaxt İsa tələbələrinə: "Məhsul boldur, lakin işçi azdır, bundan ötrü də, məhsulun sahibi olan Rəbbə yalvarın, məhsulunu götürəcək işçilər göndərsin" dedi. (Matta, 9:37-38)

 

Hz. İsa (ə.s)-ın təkcə Allaha qulluq edilməsini söyləməsi
 
İncilə görə hz. İsa (ə.s) insanları, özünə deyil, Allaha qulluq etməyə dəvət etmişdir. Hz. İsa (ə.s)-ın bu sözlərində əslində özünü nəzərdə tutduğu kimi, zorakı məna axtaranlar, yenə təslisi İncilə daxil etməyə çalışanlardır. Ayə aydındır; hz. İsa (ə.s), eynilə hz. İbrahim (ə.s), hz. Musa (ə.s) və hz. Məhəmməd (s.ə.v) kimi Allahın sevimli peyğəmbəri olaraq özünə verilən təbliğ vəzifəsini yerinə yetirir və insanları Allaha qulluq etməyə dəvət edir.
İsa ona bu cavabı verdi: ““Allahın olan Rəbbə tapın və təkcə Ona qulluq et” deyə yazılmışdır”. (Luka, 4:8, Matta, 4:10)

 

Hz. İsa (ə.s)-ın Allaha iman gətirilməsini əmr etməsi
 
İncilə görə hz. İsa (ə.s), yenə özünə endirilən peyğəmbərlik vəzifəsini yerinə yetirir və insanları Allaha iman gətirməyə dəvət edir.
İsa onlara belə cavab verdi: "Tanrıya iman gətirin". (Markos, 11:22)

 

Hz. İsa (ə.s)-ın, hər şeyin Allah rizası üçün edilməsini nəsihət etməsi

Hz. İsa (ə.s), İncildə insanları öz rizasına deyil, tək olan Allahın rizasını qazanmağa yönəldir. Deməli, rizası axtarılacaq varlıq, hz. İsa (ə.s) deyil, Uca Allahdır.
Nəticə etibarilə, yesəniz,içsəniz, etsəniz, hər şeyi Allahın ucalığı üçün edin. (Pavlus'tan Korintlilere 1. Mektup, 10:31)
Günü qeyd edən, Rəbb üçün qeyd edər. Hər şeyi yeyən, Allaha şükür edərək bunu Rəbb üçün yeyər. Bəzi şeyləri yeməyən də Rəbb üçün yeməz və Allaha şükür edər. Heç birimiz özümüz üçün yaşamarıq, heç birimiz də özümüz üçün ölmərik. Yaşasaq, Rəbb üçün yaşayarıq; ölsək, Rəbb üçün ölərik. (Pavlus'tan Romalılara Mektup, 14:6-8)
Rəbbdən miras mükafatını alacağınızı bilərək, hər nə etsəniz, insanlar üçün deyil, Rəbb üçün qəlbən edin... (Pavlus'tan Koloselilere Mektup, 3:23-24)

 

Hz. İsa (ə.s)-ın insanları, Allahı tərifləməyə və ucaltmağa təşviq etməsi

Hz. İsa (ə.s), ətrafındakı insanları hər vaxt, tək tərifləniləcək və ucaldılacaq olan Uca Rəbbimiz Allaha istiqamətləndirmiş və Onu ucaldıb tərifləməyə təşviq etmişdir. Hz. İsa (ə.s) İncil keçidlərində özünü nəzərdə tutmur. Belə bir şərh ayələrdə yoxdur. Hz. İsa (ə.s), sahib olduğu elmin özündən deyil, Allahdan olduğunu söyləyir və insanları bilavasitə Uca Rəbbimiz olan Allaha istiqamətləndirir.
Yəhudilər təəccüblənərək belə dedilər: "Bu insan heç təhsil almadığı halda, necə bu qədər bilikli ola bilər?". İsa isə onlara: "Mənim təhsilim mənim deyil, məni Göndərənindir" deyə cavab verdi. "Əgər biri Allahın istəyini yerinə yetirmək istəyirsə, bu təhsilin Allahdanmı olduğunu, yoxsa özlüyümdənmi danışdığımı biləcək. Öz istəyi ilə danışan özünü ucaltmaq istər, lakinözünü Göndərəni ucaltmaq istəyən dürüstdüronda haqsızlıq yoxdur". (Yuhanna, 7:15-18)
İsa yola çıxarkən, biri qaçaraq yanına gəldi. Qarşısında diz çöküb ondan: "Yaxşı (yaxşı insan mənasında) müəllimim, əbədi həyata qovuşmaq üçün nə etməliyəm?" deyə soruşdu. İsa ona: "...yaxşı olan tək biri var, O da Allahdır". (Markos, 10/17-18)

 

Hz. İsa (ə.s)-ın, Allaha itaət etdiyini söyləməsi

İncilə görə hz. İsa (ə.s) Allahın qulu olduğunu, peyğəmbər kimi göndərildiyini və peyğəmbərlik xüsusiyyətinin tələbindən ötrü də Allahın özünə əmr etdiklərinə əməl etməklə məsul olduğunu bildirir. Özündən bir şey etmədiyini və Özünü göndərən Uca Allahın buyruqlarını yerinə yetirdiyini söyləyir.
Sonsuz güc sahibi bir İlah ancaq Quranın: "...O, bir işin olmasına qərar versə, ona yalnız "ol" deyər, o da dərhal olar" (Bəqərə surəsi, 117) ayəsində bildirildiyi kimi, yaratdıqlarına hökm edər. Hz. İsa (ə.s) da bu həqiqəti bilən və Allaha itaət edən bir quldur.
Diqqət yetirilsə hz. İsa (ə.s) demək olar ki, hər sözündə, özünü yaradan Allahın böyüklüyünü tərifləyir və Onun əmrlərini yerinə yetirdiyini bildirir. Dolayısilə hz. İsa (ə.s)-ın bu mövzuda İncildə qeyd olunan sözlərində də təslisi dəstəkləyəcək heç bir açıqlama yoxdur.
O [hz. İsa (ə.s)] belə dedi: "...Öz istəyimi deyil, məni Göndərənin [Allahın] istəyini yerinə yetirmək üçün gəldim". (Yuhanna, 6:38)
O [hz. İsa (ə.s)] belə dedi: "Mən özlüyümdən heç edə bilməm. Eşitdiyim kimi mühakimə edərəm və mənim mühakiməm ədalətlidir. Çünki məqsədim öz istəyimi deyil, məni Göndərənin [Allahın] istəyini yerinə yetirməkdir". (Yuhanna, 5:30)

 

Hz. İsa (ə.s)-ın, möcüzələri Allahın icazəsi ilə gerçəkləşdirdiyini söyləməsi

Əlbəttə ki, tək Hakim Allahdır. Eləcə də, hər şeyin Hakimi olan Allah, şübhəsiz ki, bir peyğəmbər olaraq göndərdiyi hz. İsa (ə.s)-ın da Hakimidir. Əlbəttə ki, hz. İsa (ə.s), etdiyi hər şeyi Rəbbimizin icazəsi ilə etdiyini bilir. Necə ki, İncil sözlərinin çox böyük hissəsində hz. İsa (ə.s)-ın bunu bilərək danışdığı, Allahı ucaltdığı və insanları Allaha yönəltdiyi açıqca görülür.
...İsa, Rəbbin gücü sayəsində xəstələri sağaldırdı. (Luka, 5:17)
İsa, Allahın hər şeyi öz əllərinə verdiyini və Allahdan gəlmiş olub yenə Ona qayıtdığını bilirdi. (Yuhanna, 13:3)
Bəzi xristianlar, İncildə bildirilən bu açıqlamaları da belə şərh edə bilərlər: "Hz. İsa (ə.s) həm insan, həm də tanrı xüsusiyyəti göstərirdi. Dolayısilə insan xüsusiyyətləri göstərməsi normaldır". Belə bir şərh, təslis inancının təməlindəki böyük məntiqsizliyi ifadə edir. İnsan xüsusiyyətləri göstərən, dünya həyatının tələbi olaraq acizliklərlə yaradılmış bir varlıq, necə ilah ola bilər? Belə bir iddia, Allahı sevdiyini iddia edən insanlar tərəfindən necə qəbul edilə bilər?
Allah ucadır, dünyadakı çatışmazlıqları imtahan üçün yaradandır, lakin Özü bütün çatışmazlıqlardan uzaqdır. Daha əvvəl dəfələrlə üzərində dayandığımız və kitabın irəliləyən səhifələrində də dayanacağımız kimi, problem, Allahın ucalığını lazımınca anlamamaq və Onu qiymətləndirə bilməməkdir.
Burada, İncilə əsaslanaraq verilən bütün açıqlamalar, hz. İsa (ə.s)-ın Allaha sadiq və itaətkar bir qul və bəşər olduğunu açıqca göstərir. İncildə qəti olaraq bildirilən bu ifadələr, zaman keçdikcə təslis məntiqsizliyinin süzgəcindən keçirilmiş, İncil sözləri qarmaqarışıq şərhlərlə təslis inancına uyğunlaşdırılmağa çalışılmışdır. Halbuki bu hiyləgər təlqini almamış bir insan, İncilə baxdığı vaxt, hz. İsa (ə.s)-ın insan və qul xüsusiyyətini asanlıqla anlaya bilər. Belə bir insan, təslis iddiasının nə qədər zorakı bir izah olduğunu da asanlıqla görə bilər. Hətta belə aydın açıqlamalardan təslis kimi bir məntiqin çıxmasına da olduqca təəccüblənəcək. Deməli, açıq zehin və ön mühakiməsiz dünyagörüşü ilə baxıldığı vaxt, hər xristian İncildə qətiyyən təslis inancına dair heç nə olmadığını, üstəlik, yuxarıdakı İncil sözlərindən də aydın ola biləcəyi kimi, əksinə bu inancı ortadan qaldıracaq ifadələrin işləndiyini görəcək.

 

Hz. İsa (ə.s)-ın bir bəşər olduğuna dair Qurandan dəlillər

Allah, Quranda hz. İsa (ə.s) və anası hz. Məryəm (ə.s)-ın insani xüsusiyyətlər göstərən elçi olduqlarını bildirir. Ayədə işlənən "hər ikisi də yemək yeyirdi" ifadəsi, bu mühüm həqiqəti vurğulamaq üçün, xüsusi olaraq işlədilir:

Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə, dosdoğru bir qadın idi. Hər ikisi də yemək yeyirdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da gör onlar necə döndərilirlər. (Maidə surəsi, 75)

Uca Allah, hz. İsa (ə.s)-ın doğulduğunu, uşaqlıq dövrü keçirdiyini və Allahın icazəsi ilə möcüzələr gerçəkləşdirdiyini də bildirir:

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan inkar edənlər isə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”. (Maidə surəsi, 110)

Uca Allah digər bir ayəsində isə, təslis tərəfdarlarına, digər bütün insanlar kimi hz. İsa (ə.s)-ın da Allah istəmədiyi təqdirdə heç nəyə malik ola bilməyəcəyini xatırladır.

Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir!” deyənlər artıq küfr edənlərdən oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanlarını hamısını məhv etmək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir. (Maidə surəsi, 17)

Əlbəttə ki, hz. İsa (ə.s), Allahın çox sevdiyi, şərəfləndirdiyi, seçdiyi bir insandır; Onun peyğəmbəridir. Amma nəticədə bir quldur. Quranda hz. İsa (ə.s)-ı ilahlaşdırmalarına baxmayaraq, hz. İsa (ə.s)-ın İsrailoğullarını tək Allaha ibadət etməyə dəvət etdiyi bildirilir:

“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir” deyənlər artıq küfr edənlərdən oldular. Məsih isə demişdir: “Ey İsrail oğulları! RƏBBİM VƏ RƏBBİNİZ OLAN ALLAHA İBADƏT EDİN! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”. “Allah üçlüyün üçüncüsüdür!” deyənlər artıq küfr edənlərdən oldular. Halbuki tək İlahdan başqa heç bir İlah yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan inkar edənlərə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır. Yenə də Allaha tövbə edib Ondan bağışlanma diləməyəcəklər? Allah ki, Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi, 72-74)

Qurandakı bir ayəyə görə, hz. İsa (ə.s) İsrailoğullarına, bu təbliği etmişdir:

Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün sizə Rəbbinizdən bir dəlillə göndərildim. Allahdan qorxun və mənə itaət edin. Həqiqətən, Allah MƏNİM DƏ RƏBBİM, sizin də Rəbbinizdir. Elə isə, Ona ibadət edin! Çünki bu, dosdoğru yoldur”. (Ali İmran surəsi, 50-51)

Hz. İsa (ə.s) Uca Allahın, həm özünün, həm də bütün yaradılanların Rəbbi olduğunu bildirərək təbliğ etmişdir. Hz. İsa (ə.s)-ın bu təbliğini qəbul edən az sayda həvari, hz. İsa (ə.s)-dan "elçi" kimi bəhs edir:

...Həvarilər dedilər: “Bizik Allahın yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq! Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçiyə tabe olduq. Bizi də şahidlərlə bir yerdə yaz!” (Ali İmran surəsi, 52-53)

Uca Allah, yer üzünə xəbərdar edənlər olaraq "elçilər" göndərdiyini və bu elçilərin "Allahı tərk edib mənə qulluq edin" dəmələrinin qeyri-mümkün olduğunu bir ayəsində açıqca bildirmişdir:

Hər hansı insanın, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: Allahı tərk edib, mənə qulluq edin!” deməsi qeyri-mümkündür (belə ki, buna haqqı və səlahiyyəti yoxdur). Əksinə, o: “Öyrətdiyiniz və dərs keçdiyiniz Kitabın sayəsində rəbbanilər olun! (demək vəzifəsinə sahibdir)” (Ali İmran surəsi, 79)

Yuxarıdakı ayələr kimi bir çox ayədə dəlilləri verildiyi kimi, hz. İsa (ə.s); Allahın yaratdığı mübarək bir elçi, sevimli dostu, peyğəmbəri və Ona qul olan bir bəşərdir. Lakin qətiyyən Allahın oğlu deyildir; əsla ilahlıq iddia etməmiş və bundan Allaha sığınmışdır. Təbliğində həmişə Allaha bir qul olduğunu xatırlatmış və insanları Allaha iman gətirməyə dəvət etmişdir.
Rəbbimiz, Quran və İncildəki açıq dəlillərə baxmayaraq, "Allah üçlüyün üçüncüsüdür" deyənləri "küfr edənlərdən olanlar" kimi xarakterizə edir. Təslis yanılması Quranda şiddətlə qarşı çıxılan, Uca Rəbbimizin bir çox ayə ilə xəbərdarlıq etdiyi çox böyük təhlükədir. Hazırda bir çox xristian qardaşımız böyük ehtimalla bu böyük təhlükədən xəbərsiz şəkildə, yalnız özlərinə öyrədilənlərə əməl edərək yaşamağa davam edirlər. Həmin bu xristianlar, bu böyük təhlükəni mütləq görməlidirlər.
Quran son kitabdır, İncili təsdiqləyici olaraq göndərilmişdir və dolayısilə xristian qardaşlarımız da Quranda bildirilən həqiqətləri nəzərə almaqla məsuldurlar. Quranın yol göstərici xüsusiyyətini yaxşı qarşılamalıdırlar. Bu, onlar üçün böyük şəfa və rəhmət olacaq.
(Mövzuyla əlaqədar ətraflı məlumat toplamaq üçün baxın: “Hz. İsa (ə.s) Allahın oğlu deyil, Allahın Peyğəmbəridir”,Harun Yəhya)

 

Təslisin Tövratdan gəldiyini iddia edən xristianlar yanılırlar

Tövratda müxtəlif yerlərdə, Allahın oğlu ifadəsi və bəzi yerlərdə isə, Allahın Öz Şəxsi üçün işlətdiyi "Biz" ifadəsi qeyd olunur. Xristianların bir hissəsi həmin bu ifadələri təslis inancının mənbəyi kimi qəbul edirlər. Halbuki bu mövzuda ciddi səhvə yol verirlər.
1) İbrani dilində Allahın adlarından biri "Elohim"dir. İbrani dilində ümumiyyətlə sonluqdakı “im” şəkilçisi çoxluq ifadə etmək üçün, işlədilə bilər (“bayit” ev, “batam” evlər demək olduğu kimi). Elohim adındakı "im" şəkilçisindən ötrü bəzi xristianlar burada Allahın adının çoxluq şəklində keçdiyini düşünmüş və Tövrata görə İsrailoğullarının təslis inancına sahib olduqlarını iddia etmişdirlər. Lakin ibrani dilində tək bir obyekt və ya məhfum ifadə edən, lakin sonu “im” ilə bitən bir çox söz var: "Panim" yüz, "Shamayim" səma və ya göylər, "Rahamim" mərhəmət və ya acıma, "Mayim" su, "Pnim" iç deməkdir və buna bənzər bir çox söz var. Buna görə də, buna əsaslanmaqla Tövratda təslis olduğunu iddia etmək tamamilə cəhalətdən qaynaqlanar.
Onsuz da ibrani dilində obyektin çoxluqda və təklikdə olması vəziyyətinə görə fel fərqlənir. Dolayısilə felə baxaraq, cümlənin tək şəxsəmi yoxsa cəm şəxsəmi işarə etdiyi asanlıqla aydın olar. Əgər Elohim sözü, bəzi xristianların iddia etdiyi kimi çoxluq mənasını versəydi o zaman bu söz ibrani dilində "Vayomru Elohim" (ilahlar dedi ki) şəklində olmalı idi. Lakin bütün Tövrat ayələrində bu ifadə "Vayomer Elohim" (Allah dedi ki) şəklində işlənir.
2) Eyni vəziyyət, İbrani İncilində, Allahın digər bir adı üçün də hakimdir. Bəzi xristianlar "Adonai" sözünü yanlış tələffüz edərlər. Bu əslində “mənim əfəndilərim” mənasını verər. Lakin bu ibrani dilindəki düzgün tələffüzü deyil. İbrani dilində bu söz, "Adonoy" şəklində oxunar və bu ifadə qətiyyən çoxluq mənası ifadə etməz.
3) Xristianlar Tövratın Yaradılış hissəsində işlənən bu sözləri, üçün birliyi iddiasına dəlil gətirməyə çalışarlar:
Tanrı: "İnsanı öz surətimizdə, özümüzə bənzər yaradaq. O, dənizdəki balıqlara, göydəki quşlara, evcil heyvanlara, sürünənlərə və bütün yer üzünə hakim olsun" dedi. Tanrı insanı öz surətində yaratdı. Beləliklə də, insan Tanrı surətində yaradılmış oldu. İnsanları erkək və dişi olaraq yaratdı. (Yaradılış, 1: 26-27)
Tövrat hissələrindən, Yaradılış 1:26-cı sözdə qeyd olunan, Allahın Öz Şəxsi üçün buyurduğu; "insanı öz surətimizdə, özümüzə bənzər yaradaq" cümləsinin çoxluq ifadə etməsini və sonrakı ayədə Allahın Öz Şəxsindən bu dəfə tək olaraq bəhs etməsini, xristianlar, üçlük üçün mühüm dəlil kimi göstərməyə çalışarlar. Halbuki bu görünməmiş dərəcədə zorakı izahdır. Təslis təlqinlərinin təsiri altında qalmamış hər hansı bir insan hətta bir uşaq belə, buradakı çoxluq ifadələrin Allahın qüdrətini və böyüklüyünü vurğulamaq üçün işlədilən xüsusi izahat və xitab forması olduğunu dərhal anlayacaq. Rəbbimizin Öz Şəxsi üçün işlətdiyi "Biz" ifadəsi, təslis və ya üçlük məntiqini şiddətlə lənətləyən Quranda da bir çox ayədə işlənir:

Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz. (Vaqiə surəsi, 60)

4) Xristianlar, Tövratda qeyd olunan aşağıdakı ayəni də öz istəklərinə uyğun şərh edərlər:
"Yaxınlaşın mənə, dinləyin söyləyəcəklərimi: Başlanğıcdan bəri açıqca danışdım, o zamandan indiyədək oradayam". Hakim RƏBB indi məni və Ruhunu göndərir. (Yeşeya, 48:16)
Həmin bu Tövrat ayəsi, xristianlar tərəfindən mötərizə daxili zorakı şərhlərlə təslisə dəlil kimi göstərilməyə çalışılır. Bununla da xristianlar, üçlükdəki üç varlıqdan həmin bu ayədə bəhs olunduğunu iddia edirlər. Halbuki burada, Allahın oğlu ifadəsi qətiyyən işlənmədiyi kimi, Müqəddəs Ruh kimi şərh olunan hissə isə, Allahın insana üfürmüş olduğu Öz ruhudur. Allah insanı Öz ruhundan yaratmış olduğunu Quranda da bildirir:

Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)

Allahın ruhundan üfürməsi, hər insanın Allahın ruhunu daşıdığını və heç nəyin Allahdan ayrı olmadığını göstərər. Bunun xristianlar tərəfindən necə Müqəddəs Ruh kimi şərh olunmuş olduğu və burada Allahın oğlu çıxarışının necə edilmiş olduğu aydın ola bilməmişdir.
5) Zəburda (Tövratın Məzmurlar hissəsi) aşağıda qeyd olunan ayə, bəzi xristianlar tərəfindən yanlış şərh olunur:
RƏBBin bildirişini elan edəcəyəm. O, Mənə: "Sən mənim oğlumsan, bu gün Mən sənin Atan oldum. Məndən istə, miras olaraq sənə millətləri, mülk olaraq yer üzünün dörd bucağını verim” dedi... (Məzmurlar 2:7-8)
Tövratın başqa ayələrində də bildirildiyi kimi, burada "oğul" kimi ifadə edilən anlayış İsraildir. Allahın dindar İsrail xalqına qarşı himayədarlığı bir təşbehlə bildirilir. Bir Atanın oğullarına qarşı davranışları və himayədarlığı nümunə verilir və buradakı açıqlama Allahın sevimli qulları mənasını verir.
6) Yenə Tövratda Daniel 7:13-14 hissələrində işlənən "bəşər oğlu" ifadəsi, İncildəki kimi yanlış xarakterizə edilməyə çalışılmış və hz. İsa (ə.s) üçün iddia edilmiş olan Tanrı xüsusiyyətinə işarə etdiyi iddia edilmişdir. Halbuki bu tamamilə yanlış bir şərhdir:
“Bir gecə bəşər oğluna bənzər birinin göyün buludlarıyla gəldiyini gördüm. Əzəldən bəri var Olanın yanına doğru irəlilədi, Onun önünə gətirildi. Ona hakimiyyət, ucalıq və krallıq verildi. Bütün xalqlar, millətlər və hər dildən olan insan ona tapındı. Hakimiyyəti heç bitməyəcək sonsuz hakimiyyət, krallığı heç dağılmayacaq bir krallıqdır". (Daniel, 7:13-14)
Burada nəzərdə tutulan ölümlü bir insandır və Tövrat alimlərinin fikir birliyi ilə, qəbul etdikləri şəkildə bəhs edilən hakim Kral, Axırzamanda gələcək olan Kral Məsih, yəni Mehdidir. Kral Məsih, bütün millətlərə hakim olacaq, bütün xalqlar və millətlər ondan razı qalacaq.
Bu ifadə edilməlidir ki, yəhudilər, nə hz. Musa (ə.s) dövründə, nə də ondan sonrakə dövrdə heç vaxt həmin bu Tövrat ayələrini təslis məntiqində qiymətləndirməyiblər. Tövrat ilk endirildiyi tarixlərdə belə, bu məhfumlar heç vaxt təslis mənasında başa düşülməmişdir. Yəhudilər, Tövratda işlənən bu istiqamətdəki ifadələrin həqiqi və dərin mənasını çox yaxşı bilərlər və bunu təslis mənasında işlətməkdən Allaha sığınarlar. Buradakı ifadəni batini olaraq şərh edər və Allahın quluna olan sevgisini, himayədarlığını, yaxınlığını vurğuladığını anlaya bilərlər. Necə ki, yəhudilər, bəzi xristianların zahiri təfsirlə Tövrat ayələrinə verməyə çalışdıqları yanlış mənalara da qarşı çıxırlar.
Həmin bu ayələri təslis məntiqində qiymətləndirməyə çalışan bəzi xristianlar, Tövrata da tabe olduqlarından bu iddialarına Tövratdan da hökm çıxartmağa çalışırlar. Halbuki bütün Tövrat və Zəbur ayələrində ifadə edilən tək iman etiqadı tövhid inancıdır. Necə ki, İncil də, Tövratı təsdiqləyici olaraq bu tövhid inancını ucaldır. Xristian qardaşlarımız İncildəki bu həqiqəti mütləq görməlidirlər.

 

Allahın Şəxsinin insanda zühur etdiyi fikrini xristianlar da istəməməlidirlər

Saleh xristianlar bu mövzuda səmimi davranmalı və bir insana ilahlıq isnad etməyin Allahın qanunu ilə, hz. İsa (ə.s)-ın gətirdiyi xristianlıq diniylə, İncil və Tövratın hökmləri ilə ziddiyyət təşkil etdiyini; eyni zamanda ağla və məntiqə zidd olduğunu da anlamalıdırlar. Həqiqi və haqq İncilə əsrlər sonra əlavə olunan belə inancın ciddi təhlükə ola biləcəyinə ehtimal verməli və bunun üzərində dərin düşünməlidirlər. Allahın üstün xüsusiyyətlərini bir insana aid etməyə çalışmağın və acizliklərlə yaradılmış bir insanı ilah hesab etməyin və göstərməyin necə bir mənası və faydası ola bilər? Şübhəsiz ki, Uca Allahın buna ehtiyacı yoxdur (Allahı tənzih edirik). Belə bir yaraşdırma, (çox vaxt xatırlatdığımız kimi) ALLAHIN QÜDRƏTİNİ VƏ BÖYÜKLÜYÜNÜ LAZIMINCA QİYMƏTLƏNDİRƏ BİLMƏMƏK MƏNASINI VERƏR.

Bütün bunlardan savayı, Uca Allahın yer üzündə insan olaraq Şəxsi ilə zühur etməsi kimi bir fikri, onsuz da xristianlar da istəməməlidir. Bunu, Uca Allahın şəninə yaraşdırmamalıdırlar. Allahın böyüklüyü, ucalığı, ululuğu, qüdrəti və sonsuz gücü xristianlar üçün bir nemətdir. Sonsuz güc sahibi bir Allaha inanmaqmı daha gözəldir; yoxsa yatan, yemək yeyən, ehtiyac sahibi bir insanı ilah qəbul etməkmi? Əlbəttə ki, bunun cavabını bütün xristianlar dərhal görəcəklər.
Allahın Öz üstün Şəxsini insanlara tanıtmaq üçün, ölümlü və ehtiyac sahibi bir varlıqda zühur etməyə ehtiyacı yoxdur (Allahı tənzih edirik). Xristian qardaşlarımız İncilə və Tövrata ağılla baxmalı və bütün bunları Allahın şəninə uyğun şəkildə qiymətləndirməlidirlər.

Əlbəttə ki, hz. İsa (ə.s)-ın insani xüsusiyyətlərə sahib olması, onun bir peyğəmbər olaraq dəyərini azaldacaq bir şey deyil. Hz. İsa (ə.s), Uca Rəbbimizin qiymətli və çox mübarək bir peyğəmbəridir. Allah Qatında digər bütün peyğəmbərlər kimi ən yüksək və ən müqəddəs mövqedədir. Allahın sevimli dostu, uca elçisidir. Dolayısilə onun bir insan olaraq yaradılması, əlbəttə ki, onun dəyərinə, əhəmiyyətinə və peyğəmbər kimi ucalığına zərər gətirməyəcək.

Mühüm məsələ, Allaha (bir və tək olan Yaradıcımıza) iman gətirməkdir. Allah insanlardan Özünə şirk qoşmadan iman və qulluq etmələrini istəyər. İnsanların qulluq edə bilmələri üçün Allahın yer üzündə bir insan olaraq zühur etməsinə ehtiyac yoxdur. Xristian qardaşlarımız, əgər həqiqətən səmimi bir dünyagörüşü ilə, bu mövzuya yaxınlaşmaq istəyirlərsə, özlərinə bu sualı yönəltməlidirlər:
Allahın, hz. İsa (ə.s)-da Şəxs olaraq təcəlli etməməsi, uca Allahın xüsusiyyətlərindən nəyi itirər? (Allahı tənzih edirik)
Allahın insanda Şəxs olaraq təcəlli etməməsi, Allahın xüsusiyyətlərini, üstünlüyünü və gözəlliyini azaldan şey deyil. Əksinə bu, Allahın gözəlliyinə gözəllik qatar, Onun üstün xüsusiyyətlərinin daha yaxşı və lazımınca başa düşülməsini təmin edər. Ölümlü, yatan, yemək yeyən, acizliklər və ehtiyaclar içində olan bir insana Allahın Şəxsi olaraq təcəlli yaraşdırması etdikdən sonra, Allahın üstün xüsusiyyətlərini lazımınca qiymətləndirə bilmək necə mümkün ola bilər? Əlbəttə ki, belə şey qeyri-mümkündür.


İncil, təslis inancını rədd edir
İncildə Allahın təkliyindən və şirk qoşmamaqdan xəbər verən ayələr

Onların mübahisələrini dinləyən və İsanın onlara gözəl cavab verdiyini görən bir din alimi yaxınlaşıb ondan: "Buyruqların ən əhəmiyyətlisi hansıdır?" deyə soruşdu. İsa ona belə cavab verdi: "[Allahın buyruqlarının] ən əhəmiyyətlisi budur: Dinlə, ey İsrail! Allahımız olan Rəbb tək Rəbbdir... Din alimi İsaya: ““Yaxşı söylədin, müəllimim. Allah təkdir və Ondan başqası yoxdur” deməklə doğrunu söylədin” dedi. (Markos, 12/28-32)
...Allah təkdir.(Pavlus'tan Galatyalılara Mektup, 3: 20)
...Rəbb təkdir. Müxtəlif fəaliyyətlər vardır, lakin hər kəsdə hamısını təsirli edən eyni Allahdır. (Pavlus'tan Korintlilere 1. Mektup, 12: 5-6)
Təkcə bir Allah var... (Pavlus'tan Timoteos'a 1. Mektup, 2: 5)
İsa ona belə cavab verdi: ““Allahın olan Rəbbə tapın və təkcə Ona qulluq et” deyə yazılmışdır”. (Matta, 4: 10)
Xilaskarımız tək Allaha ucalıq olsun... (Yahuda'nın Mektubu, 1: 24)
Sən Allahın bir olduğuna inanırsan, yaxşı edirsən. Cinlər belə buna inanır və [Allah qorxusuyla] titrəyirlər! (Yakup'un Mektubu, 2: 19)
Sonsuz əsrlərin Hökmranı, ölümsüz, gözə görünməz tək Allaha əsrlər əsri qürur və ucalıq olsun. (Pavlus'tan Timoteos'a 1. Mektup, 1: 17)
Ey bir-birinizi ucaldan və tək olan Allahdan gələn ucalığı axtarmayanlar, siz mənə necə iman gətirə bilərsiniz? (Yuhanna, 5:44)
İsa yola çıxarkən, biri qaçaraq yanına gəldi. Qarşısında diz çöküb ondan: "Yaxşı (yaxşı insan mənasında) müəllimim, əbədi həyata qovuşmaq üçün nə etməliyəm?" deyə soruşdu. İsa isə ona: "...Yaxşı olan tək biri var, O da Allahdır" dedi. (Markos, 10/17-18)
...Bilirik ki büt, dünyada əslində olmayan bir şeydir və birdən çox ilah yoxdur... Bizim üçün tək Allah var: Hər şeyin Özündən meydana gəldiyi Allah. Biz də Onun üçün yaşayırıq... (Pavlus'tan Korintlililere 1. Mektup, 8: 4-6)
...Təkcə birAllahınız var... (Matta, 23: 9)
İsa: "Mənə niyə yaxşılıq barəsində sual verirsən?Yaxşı olan tək biri var. Həyata qovuşmaq istəyirsənsə, Onun [Allahın] buyruqlarını yerinə yetir" dedi.(Matta, 19: 17)
Yerdə ya göydə ilah kimi adlandırılanlar varsa da... [Allahı tənzih edirik] bizim üçün təkbir Allah var. O hər şeyin qaynağıdır biz Onun üçün yaşayırıq. (Pavlus'tan Korintlilere 1. Mektup, 8:5)
...Rəbb birdir, iman birdir... Hər şeydən üstün, hər şeylə və hər şeydə olan hər kəsin Allahı... birdir. herkesin Allah'ı... birdir. (Pavlustan Efeslilere Mektup, 4: 4-6)
Hər evin bir qurucusuvar, hər şeyin qurucusu isə Allahdır. (İbranilere Mektup, 3:4)