beyninin içində ruhuna izlətdirilən dünyadan kənara çıxa bilməz və xarici aləmdə olan maddənin əsli ilə təmasda ola bilməz.
Bu belə açıqlana bilər: Bizə xarici aləmdən təsvir kimi çatan məlumatlar, yalnız müəyyən miqdar işıqdır. Əgər bir almanın görünüşünü görür, qoxusunu hiss edir, dadını ala bilir və ona əlimizlə toxuna biliriksə, bunların hamısı bizə müəyyən işıq seli ilə gəlir. Digər bir sözlə, xarici aləmdəki almadan, bizə bu işıq selindən başqa heç nə gəlmir. Almanın əslinə isə, qətiyyən çata bilmərik. Məsələn, almadan gözümüzə çatan fotonlar, gözümüzdə elektrik siqnalına çevrilər və beynimizə ötürülən elektrik siqnalı orada bir alma görünüşü kimi şərh olunar. Həmçinin digər bir sözlə, beynimizdə xarici aləmdəkindən müstəqil tamam ayrı bir təsvir meydana gələr və biz yalnız beynimizdəki bu alma ilə təmasda olarıq. Xarici aləmdəki alma ilə beynimizdəkinin heç bir əlaqəsi yoxdur.
Bu, gördüyümüz, daddığımız, toxunduğumuz, iylədiyimiz və eşitdiyimiz hər şey üçün hakimdir. Beynimizdə yaranan təsvirlərdən heç biri xarici aləmdəki təsvirin əsli deyildir. XARİCİ ALƏMDƏ MADDƏNİN ƏSLİ VARDIR, lakin bu maddənin əsli tamamilə ŞƏFFAF VƏ QARANLIQDIR. Xarici aləmdəki bu şəffaf və qaranlıq maddəyə hər hansı yolla çatmağımız isə, qeyri-mümkündür. Bu, elm adamlarının müəyyənləşdirdiyi və fikir birliyi ilə, qəbul edib ortaya qoyduqları elmi bir həqiqətdir (atomda99,9999%-lik boşluq olduğunun və kvant fizikası ilə atomaltı zərrəciklərin, zərrəcik xüsusiyyəti ilə yanaşı dalğa xüsusiyyəti də göstərdiklərinin sübut edilməsiylə xarici aləmdəki maddənin həqiqi mahiyyəti və xarici aləmdə işıq və rəng olmadığı ortaya çıxarılmışdır. Mövzuyla əlaqədar ətraflıaçıqlama üçün baxın: “Darvini çıxılmaz vəziyyətdə qoyan məsələ: Ruh”, Harun Yəhya)
Burada bu vurğulanmalıdır: Maddənin əslinə heç vaxt çata bilmədiyimiz həqiqəti, elmi cəhətdən sübut edilən mübahisəsiz və qəti nəticədir, belə ki, bu heç kəsin xüsusi inancı deyildir. Elm, bütün həyatımızın beynimizin içində mükəmməl incəlik və dəqiqliklə yaradılmaqda olduğunu, xarici aləmdəki dünyaya isə, heç vaxt çata bilməyəcəyimizi, xarici aləmdə olan maddənin isə tamamilə şəffaf olduğunu sübut etmişdir.
İnsanların böyük əksəriyyəti, bu həqiqətin elmi izahını bilsələr də, xarici aləmdəki dünya ilə təmasda olduqları hissindən qətiyyən xilas ola bilməzlər. Təsvirin kəsilməz dəqiqliyi və keyfiyyəti, onların bu mövzu barədə düşünmələrinə mane olar. Bunun səbəbi isə, beynimizdə yaradılan və təkcə elektrik siqnallarından ibarət olan təsvirin heyrətamiz dərəcədə həqiqi, fövqəladə dərəcədə canlı, rəngli, hərəkətli və mükəmməl olmasıdır. Əlbəttə ki, bu, bütün aləmlərin Yaradıcısı olan, bir atomun içində və nəhəng kosmosda heyranlıq oyandıracaq aləmlər yaradan, hər şeyi mükəmməl nizam və fövqəladə gözəllikdə yaratmağa qadir olan, bütün gözəlliklərin Sahibi və bütün nöqsan və çatışmazlıqlardan uzaq olan Uca Allah üçün çox asandır. Rəbbimiz, hər insanın zehnində, təkcə ona məxsus və incəliklərində mükəmməlliklərlə təchiz edilmiş bir aləmi yaratmağa qadirdir.
Bu məlumat bu mənanı verər: Xarici aləmdə ucsuz-bucaqsız zənn etdiyimiz planetlər, Süd Yolu qalaktikası, ulduzlar, Günəş, Yer üzündəki bütün insanlar, milyonlarla canlı növü, onların həyatları, yerin altındakılar, hüceyrələr, zülallar, atomlar və atomun içindəki digər bütün aləmlər, bunların hər biri Allahın icazəsi ilə beynimizdə mərcimək ölçüsündəki bir yerdə yaradılır. Təsvirin yaradıldığı bu kiçik zərrə də əslində bizim üçün yalnız bir təsvirdir. Beynin içində bu təsvirləri görən, bu hissləri qəbul edən isə, ruhumuzdur. "Həyatımız" və ya "xarici aləm" dediyimiz şey isə, əslində Allahın ruhumuza yaşatdırdıqları, hiss etdirdikləridir.
Ruhun nə beyni, nə də qulağı var, lakin bunlara ehtiyac olmadan beynə gələn siqnalları xoşagələn bir musiqi, bir küçə səs-küyü və ya bir dostunuzun səsi olaraq eşidərsiniz. Eləcə də, ruhun gözü də yoxdur, lakin ruhumuz elektrik cərəyanı halında beynə gələn siqnalları gözə ehtiyac olmadan zövq verən bir mənzərə və ya tanış bir sima kimi görər. Dolayısilə dünya və kainat metafizikdir. İnsanlar bu həqiqəti düşünmək istəməsələr də, anlamazlıqdan gəlsələr də, yalnız və yalnız Allahın ruhlarına izlətdirdiyi dünya ilə təmasdadırlar və (Allah istəmədikcə) heç kim bu dünyadan kənara çıxa bilməz, eləcə də, əsli xarici aləmdə olan maddə ilə təmasda ola bilməz.
Beynimizdəki bütün dünya, heç nə istisna olmadan Allahın təcəllisidir
Hər şeyin beynimizdə yalnız bir təsvir olaraq yaradıldığı həqiqəti, təcəlli anlayışını da daha yaxşı anlamağımızı təmin edər. Hər şey bizim üçün bir təsvirdən ibarət olduğuna, maddənin xarici aləmdəki əsli şəffaf və qaranlıq olduğuna görə, zehnimizdə yaradılan bütün rəngli, hərəkətli və işıqlı təsvirlər mahiyyət etibarilə bir-birindən fərqsizdir. Digər bir sözlə, bizim təmasda olduğumuz dünyaya aid hər şey zehnimizdə yaranan xəyallardır. Biz, beynimizdəki bir ekranın içində hər biri bir xəyal olan bu təsvirləri izləyərik. Bu Allahın yaratdığı qanundur. Allahın qanununa görə, MADDƏ XARİCİ ALƏMDƏ VARDIR, LAKİN BİZİM bundan kənara çıxıb maddənin əslinə çatmağımız, beynimizdəki bu təsvirlərdən kənara çıxmağımız qeyri-mümkündür.
Dolayısilə "HƏR ŞEY", belə ki, beynimizin içində gördüyümüz və təmasda olduğumuz HƏR ŞEY Allahın təcəllisidir. Bütün analar və atalar Allahın təcəlliləridir. Bütün uşaqlar Allahın təcəlliləridir. Bütün kəpənəklər, quşlar, ağaclar, güllər, meyvələr Allahın təcəllisidir. Planetlər, günəşlər, ulduzlar, nəhəng kainat Allahın təcəllisidir. Allah, hz. Musa (ə.s)-a koldan səsləndiyi vaxt da, Allah kolda təcəlli etmişdir. Heç nə istisna deyildir. Çünki hər şey, xarici aləmdə olan maddənin beynimizdə yaradılan təsvirinin bir hissəsidir. Bu təsvirdə gözəl insanlar, ailəmiz, gözəl evlər, binalar, quşlar, bir-birindən ehtişamlı dağlar olduğu kimi, tərk edilmiş evlər, yarıqaranlıq küçə araları, müharibələr, qırğınlar, döyüşlər, çirkinliklər, xəstəliklər də var. Gözəl şeylər necə bu təsvirin parçası isə, pis şeylər də eyni təsvirin parçasıdır. Çünki hamısı bu dünya həyatını meydana gətirmək üçün, beynimizdə bir xəyal olaraq yaradılar və dolayısilə hamısı Allahın yaratdığı təsvirlər, yəni təcəllilərdir.
Bəzi xristianlar, maddənin yalnız beynimizdəki bir təsvir olduğu həqiqətini bilmədiklərindən və ya tam qavramadıqlarından, "Allahın dünyadakı təcəlliləri" ifadəsini də yanlış şərh edirlər. Həmin bu xristianlar, yalnız hz. İsa (ə.s) Allahın təcəllisidir deyərək, haşa ona ilahlıq isnad edir; digər varlıqları isə haşa Allahdan müstəqil hesab edirlər.
Əlbəttə ki, hz. İsa (ə.s) Allahın ruhunu daşıyır və Allah onda ən Rəhmani şəkildə təcəlli edir. Lakin dünyada olan heç nə Allahdan müstəqil deyildir; hamısı Allahın əsəri və Allahın təcəllisidir. Gözəl, çirkin, yaxşı, pis, bir sözlə, hər şey Allahın yaratmasıyla, Allahın icazəsiylədir. Lakin bu mövzuda qeyd olunan xristianlar Allahın təcəllisi olmağı, Allahın Şəxsi şəklində yanlış şərh edərək mühüm səhvə yol verirlər. Təkcə hz. İsa (ə.s)-ın Allahın təcəllisi olduğunu, yer üzündəki başqa varlıqların, xüsusilə pisliklərin və çirkinliklərin əsla təcəlli olaraq qəbul edilə bilməyəcəyini iddia edirlər.
Allahın təcəllisi demək, Allahın Şəxsi demək deyildir. İnsanlar, heç vaxt Allahın Uca Şəxsini görə bilməzlər, lakin Onun təcəlliləriylə həmişə təmasda olarlar. Gördüyümüz hər şey xarici aləmdə olan maddəyə məxsus bir təsvirdir və bu təsvir tək bir ekran içində bütündür. Bizim üçün bütün dünya beynimizdəki bu təsvirlərdən ibarətdir, çünki biz xarici aləmdəki maddi dünyanın əsliylə heç vaxt təmasda ola bilmərik. Beynimizdəki bu surət təsvirlər isə, Rəbbimizdən müstəqil deyildir (Allahı tənzih edirik), müstəqil ola bilməsi də qeyri-mümkündür. Dolayısilə həm hz. İsa (ə.s), həm də digər bütün varlıqlar eyni təsvirin parçasıdırlar və hamısı Allahın təcəllisidir.
Yuxarıda elmi cəhətdən izah etdiyimiz maddənin əsli mövzusu, xristianların hz. İsa (ə.s)-a istiqamətli bu yanlış inanclarını tam mənasıyla ortadan qaldırır. Bunun üçün səmimi xristian qardaşlarımız bu mövzu üzərində geniş şəkildə düşünməlidirlər. İzah etdiyimiz bu həqiqət, daha əvvəl də ifadə etdiyimiz kimi, bir şərh və ya bir inanc forması deyildir. Bu, sübut edilmiş, elmi bir həqiqətdir və yaşadığımız 21-ci əsrdə bunu inkar edəcək tək bir elm adamı yoxdur. Bunu inkar etmək, yer kürəsinin düz olduğu kimi anti-elmi bir iddianı müdafiə etməklə eyni şeydir. Dolayısilə maddi dünyanın varlığını qarşıya qoyaraq, hz. İsa (ə.s)-a ilahlıq isnad etməyə çalışanlar, hələ təməldən çürüdülmüş materializmin təsiri altında aldanırlar.
Əlbəttə ki, hz. İsa (ə.s), güclü Allah qorxusu və sevgisi, üstün əxlaqı, nümunəvi rəftarı, Rəbbimizin özünə bəxş etdiyi möcüzələriylə Allahın xüsusi təcəllisidir. Allahın çox sevimli bir qulu, Rəhman adının çox güclü şəkildə təcəlli etdiyi mübarək bir peyğəmbəridir. Bəzi xristianlar Allahın mübarək qulu və peyğəmbəri olan hz. İsa (ə.s)-ı, Rəbbimizin digər bütün təcəlliləri kimi bir təcəlli olaraq qəbul etdikləri vaxt, ona xəyanət edəcəklərini və ya bəslədikləri sevgiyə zərər gələcəyini düşünə bilərlər. Halbuki Allahın mübarək Peyğəmbərini haşa ilahlaşdırmaq qətiyyən sevgi ifadəsi ola bilməz. Tam əksinə bu, Allah sevgisini anlaya bilməməkdən qaynaqlanan ciddi yanılmadır. Belə bir anlayışdan Allaha sığınılmalıdır. Sevgi, hər şeyin Yaradıcısı və tək Sahibi olan Allaha yönəldilər. Rəbbimizin ən mübarək təcəlliləri də məhz buna görə çox sevilərlər. Bizim hz. İsa (ə.s)-a olan sevgimiz, Allaha olan sevgimizdən qaynaqlanan sevgidir. Allahı nə qədər çox sevsək, hz. İsa (ə.s)-a olan sevgimiz də bir o qədər güclənib böyüyəcək.
Hz. İsa (ə.s)-ın Allahın yaratdığı bütün təcəllilər kimi bir təcəlli olması, əlbəttə ki, onun dəyərini azaltmaz. O, Allahın gözəl əxlaqlı və saleh quludur, Rəbbimizin seçdiyi gözəllər gözəli peyğəmbəridir. Onu bu üstün xüsusiyyətiylə, Allah rizası üçün sevmək, daha çox qiymətli və gözəldir. Allahın razı qalacağı, əsl göstərilməli və doğru olan sevgi forması da budur.
Allah hər yerdədir
And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsələr verməkdə olduğunu bilərik. Biz ona şahdamarından daha yaxınıq. (Qaf surəsi, 16)
Bəzi müsəlmanlar və xristianlar, ayədə işləmən "Biz ona şahdamarından daha yaxınıq" ifadəsinin fiziki deyil, bir cür mənəvi yaxınlıq olduğunu iddia edərək Allahın hər yerdə olduğu həqiqətinə etiraz etməyə çalışarlar. Həmin bu xristianlar öz yanlış inanclarından ötrü İslamda "uzaq bir Allah inancının" hakim olduğunu, Allahın (haşa) əlçatmaz olduğunu iddia edirlər. Beləliklə də, "Allahın oğlu" anlayışına da öz aləmlərində zəmin tapmağa çalışır və öz aləmlərində İslamdakı "uzaq" Allah inancı (Allahı tənzih edirik) əvəzinə, xristianlıqda Allahın hz. İsa (ə.s) vəsiləsi ilə qullarına çatdığını iddia edirlər. Bu çox ciddi yanılmadır, eləcə də, Allahın Şəxsi və Allahın təcəllisi olma arasındakı fərqi tam olaraq qavraya bilməməkdən qaynaqlanır.
Ayədə işlənən "Biz ona şahdamarından daha yaxınıq" ifadəsi ilə, həm mənəvi, həm də fiziki yaxınlıq nəzərdə tutulur. Daha əvvəl açıqladığımız kimi, hər şey beynimizdəki təsvirin bir hissəsi olduğuna və bütün həyatımız beynimizdə yaranan bu təsvirlər toplusu olduğuna görə, bizim bədənimiz, hüceyrələrimiz, sahib olduğumuz və təmasda olduğumuz hər şey yenə bir təsvirdir və xarici aləmdə olan maddəyə məxsus bütün bu surət təsvirlər kimi, onlar da Allahın bir təcəllisidir. Dolayısilə Allah bizə, ən yaxınlığımızda olduğunu zənn etdiyimiz insandan belə daha yaxındır. Bu, tam mənasıyla fiziki yaxınlıqdır; çünki Allah insanı içdən, çöldən, hər cəhətdən tam əhatə etmişdir.
Əlbəttə ki, Allahın Şəxsi başqadır. Lakin Allahın təcəlliləri hər yerdədir. Bir insan bir otağa daxil olsa, burada Allah yoxdur desə, dindən çıxmış olar. "Hər şey Allahın təcəllisidir, lakin bu kiçik qutudan başqa" desə yenə dindən çıxmış olar. Bu ifadə ilə öz aləmində, sonsuz Allahın böyüklüyünü məhdudlaşdırır və Ondan müstəqil başqa varlıqlar olduğunu iddia edir (Allahı tənzih edirik). Allahdan müstəqil hesab etdiyi şey kiçik bir qutu belə olsa, Allah qorusun özü də bilmədən yenə Allahın sonsuz böyüklüyünü inkar etmiş olar. Halbuki sonsuz və mütləq olan yalnız Allahdır. Dolayısilə bir insan bir otağa daxil olduğu vaxt, Allahın təcəlliləri həmin otaq da daxil olmaqla, gördüyü və görmədiyi hər yerdədir. Bir insan hara dönsə, Allahın təcəllisi oradadır.
Allahın hər yeri əhatə etdiyi, hara dönsək Allahın orada olduğu həqiqəti bir çox Quran ayəsi ilə bildirilmişdir. Bu ayələrdə işlənən ifadələr möhkəmdir. Məsələn, Allah, Bəqərə surəsinin 255-ci ayəsində: "...Onun kürsüsü, bütün göyləri və yeri əhatə edir..." deyə bildirir. Hud surəsinin 92-ci ayəsində isə: "...Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir" deyilərək Allahın, insanları və etdiklərini də əhatə etdiyi bildirilir.
Allah bu həqiqəti İncildə də çox açıq şəkildə bildirmişdir:
Hər şeydən əvvəl var olan Odur (Allahdır) və hər şey varlığını Onda davam etdirir. (Pavlus'tan Koloseslilere Mektup, 1:17)
Allahın görmədiyi heç bir varlıq yoxdur. Özünə hesab verəcəyimiz Allahın gözləri qarşısında hər şey çılpaq və açıqdır. (İbranilere Mektup, 4:13)
Yuxarıda bəhs etdiyimiz, xarici aləmdə olan maddənin əsli ilə əsla təmasda ola bilməyəcəyimiz, bizim təkcə beynimizdəki surət təsvirlərlə, xəyalla təmasda olduğumuz həqiqəti tam şəkildə aydın olduqda, Allahın hər yerdə və tək mütləq varlıq olduğu da tam olaraq aydın ola biləcək. Allah təkcə göylərdə deyildir. Allah, hər yeri əhatə edəndir. Bu məlumat bizə Quran vasitəsilə verilir. Dua etdiyimiz vaxt, Allah bizi hər yerdə hər an eşidər. Allah bizə hər yerdə təcəlliləriylə Özünü göstərər. Allah bizi sevəndir və bizə ən yaxın olandır. Heç kim bizə Allahdan daha yaxın deyildir. Allah ilə aramızda heç bir məsafə yoxdur. Maddənin xarici aləmdəki əsli ilə əsla təmasda olmayacaqlarını anlayan insanlar, Allahın hər an hər yerdə olduğunu, hər an özlərini gördüyünü və eşitdiyini, hər şeyə şahid olduğunu və özlərinə şah damarlarından daha yaxın olduğunu, hər dua edənin duasını eşitdiyini, dolayısilə mənəvi və fiziki cəhətdən insana ən yaxın olanın yalnız və yalnız Uca Rəbbimiz Allah olduğunu tam açıq şəkildə anlayacaqlar.
Biz, zaman və məkandan asılı şəkildə yaşayan varlıqlar olduğumuz üçün, Allahın göyləri, yeri və bütün varlıqları əhatə etdiyi həqiqətini lazımınca qavramaya bilərik. Halbuki Allahın əhatə etməsi, bir insanı hüceyrələrinə, atomlarına qədər əhatə etməsi mənasını verər. Heç bir atom, Allahdan müstəqil deyildir. Hər biri Onun təcəllisidir və Allah onların hamısını bilər. Allahın olmadığı heç bir yer yoxdur.
Maddi bir dünyaya maddi bir İlahın lazım olduğu yanılması
Yuxarıda bəhs etdiyimiz maddənin əsli mövzusunu bilməyən və ya lazımınca anlaya bilməyən bəzi xristianlar, hz. İsa (ə.s)-a ilahlıq isnad etmələrinin səbəbini bəzən belə bir məntiqlə açıqlayarlar: "Biz maddi bir varlıq, dünya isə maddi bir məkan olduğu üçün, bizim və bütün dünyanın xilas olması üçün, yenə maddi bir varlığa ehtiyac var". Belə bir iddia, Allahın hər yerdə və hər an bizə ən yaxın olduğunu, istədiyi vaxt, istədiyi şəkildə, hər quluna çata biləcəyini lazımınca anlamamaqdan və maddənin həqiqi mahiyyətini bilməməkdən qaynaqlanan olduqca səthi bir çıxarışdır. Əvvəlcə bizim təmasda olduğumuz heç nə maddə deyildir. Buna biz də daxilik. Bizim əsla əslinə çata bilməyəcəyimiz xarici aləmdəki maddə də əslində bildiyimiz mənada maddi varlığa sahib deyildir, belə ki, o şəffaf və qaranlıqdır. Biz, yalnız beynimizdə gördüyümüz, xarici aləmdəki varlıqlarıyla əsla təmasda olmadığımız surət təsvirlərdən, yəni xəyallardan ibarət olan bir aləmdə yaşayırıq. Beş duyğu orqanımızla xarici aləmdəki dünyaya çatdığımızı zənn edirik. Halbuki hər şey elektrik siqnallarından ibarətdir. Beynə gedən bütün elektrik siqnalları kəsilsə, maddi dünya adlandırdığımız dünya da tamamilə yox olar. Xülasə olaraq, bizim gördüyümüz dünyada, heç nə maddi varlıq deyildir. Xarici aləmdə olan hər şey, yalnız beynimizdə qəbul etdiyimiz surət təsvirlərdən ibarətdir. Dolayısilə xəyallardan ibarət olan belə bir dünyada, [haşa] maddi bir ilahın olmalı olduğu fikri olduqca məntiqsizdir. Beynimizdəki bu dünyada, maddi heç nə yoxdur.
Həmin bu xristianların iddia etdikləri şəkildə Allahın bizə çatması, sevgisini və yaxınlığını göstərməsi üçün yalnız tək bir insan üzərində təcəlli etməli olduğu iddiası; həqiqi olmayan, xəyali bir inancdır. Allahın buna ehtiyacı yoxdur, Uca Rəbbimiz hər cür çatışmazlıqdan uzaqdır (daha əvvəl də ifadə etdiyimiz kimi, buradakı təcəlli, qətiyyən Allahın Şəxsi mənasında deyildir) Allah hər yerdədir. Hər an bizimlə birlikdədir. O, hər şeydə təcəlli edər.
Əsl Allahı qullarından uzaq hesab edən anlayış, təslis inancındakı ağla və məntiqə zidd açıqlamalardır. Həmin bu xristianlar, hər şeydə və hər yerdə təcəlli edən, hər yeri əhatə edən və qullarına hər an ən yaxın olan Allah inancını bir kənara qoyub, uzaq bir Allah inancına sahib çıxırlar. Bu batil inanca görə, Allah özlərindən elə uzaqdır ki, ancaq bir insan vəsiləsi ilə qullarına çata bilir (Allahı tənzih edirik). Bu, Allahın təcəlli olaraq göndərdiyi insandan başqa bütün varlıqların Allahdan müstəqil varlıqları olduğunu iddia etməkdir, yəni şirkdir. Allaha şərik qoşmaq, Allahdan başqa varlıqlara müstəqil güc isnad etmək, Allah Qatında böyük günahdır və Allahı tanıya bilməmək, qiymətləndirə bilməməkdir.
Allah, qullarına olan yaxınlığını İncildə də çox açıq şəkildə bildirmişdir:
Siz onlara bənzəməyin! Çünki Allahınız nələrə ehtiyac duyduğunuzu siz hələ Ondan istəmədən əvvəl bilər. (Matta, 6:8)
Allahın görmədiyi heç bir varlıq yoxdur. Özünə hesab verəcəyimiz Allahın gözləri qarşısında hər şey çılpaq və açıqdır. (İbranilere Mektup, 4:13)
[Allah qatında] aşkara çıxmayacaq gizli bir şey yoxdur, bilinməyəcək və aşkara çıxmayacaq gizli bir şey yoxdur. (Luka, 8:17)
...Yerdə və göydə, görünən və görünməyən hər şey (taxtlar, hakimiyyətlər, rəhbərliklər, hökmranlıqlar) Onda yaradıldı. Hər şey Onun tərəfindən və Onun üçün yaradıldı. Hər şeydən əvvəl var olan Odur və hər şey varlığını Onda davam etdirir. (Pavlus'tan Koloselilere Mektup, 1:16-17)
Lakin siz dua etdikdədaxili otağınıza çəkilib, qapını örtün və qeybdə olan Allaha dua edin. Gizlilik içində ediləni görən Allah sizi mükafatlandıracaq. (Matta, 6:6)
Beş sərçə iki qəpiyə satılmırmı? Amma bunların biri belə Allah Qatında unudulmamışdır. Necə ki, başınızdakı saçlar belə tək-tək sayılmışdır... (Luka, 12/6-7)
Uca Allah Quranda isə belə bildirmişdir:
"...Aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm” (Bəqərə surəsi, 33)
İncil və Quran ayələrində açıqca bildirildiyi kimi, Allaha çatmaq üçün bir insanın içindən səmimi dua etməsi kifayətdir. Harada olmağından asılı olmayaraq, Allah insan mütləq eşidər, görər və istədiyi təqdirdə onun duasına cavab verər.
Dolayısilə İslamda uzaq Allah inancı olduğunu iddia edərək təslis inancına zəmin hazırlamağa çalışan bəzi xristianlar xeyli yanılırlar. Onlar, Uca Allahın bir və tək İlah olaraq hər şeyin Yaradıcısı olduğu, hər yeri və hər şeyi əhatə etdiyi və maddə barəsindəki həqiqəti qavradıqları vaxt, əsil bu vaxt Allahın özlərinə nə qədər yaxın olduğunu anlaya biləcəklər.
Qapıldıqları təslis yanılmasından ötrü, Allahı yanlış tanıyır və Onun böyüklüyünü anlamırlar. Çünki əgər anlasalar, Allahdan başqa, Allahın təcəllisi olmayan varlıqlar olduğunu iddia etməz və Ona şirk qoşmaqdan şiddətlə çəkinərdilər.
Hər şeyi yaradan, hər şeyə və hər yerə Hakim olan bir Rəbbimiz var. Xristianlar bu həqiqətləri ağılla qiymətləndirməli, Allahın Uca Qüdrətinə yaraşan bir din anlayışını mənimsəməlidirlər. Allah göydə, yerdə, insanın həyatını davam etdirdiyi, gördüyü, görmədiyi hər yerdədir. Beynimizdə yaradılan və "həyatımız" dediyimiz bütün təsvirlər Allaha məxsusdur. Vəziyyət belə olduğu halda, bir insan necə Allaha çatmaq üçün bir vəsilə olmalı olduğunu iddia edə bilər? Bir insan içindən keçirdiyi an, Allah onun duasını eşidər. Allahın bizə bu qədər yaxın olması, bütün xristian qardaşlarımızı sevindirməlidir. Səmimi xristianlar, maddənin əsil mahiyyətini anlamalı, Allahın şənini lazımınca təqdir etməli, eləcə də, Allahın belə məntiqsiz və lüzumsuz açıqlamalara icazə verməyəcəyini bilməlidirlər.