(ə.s)-ı Allaha şərik qoşaraq (Allahı tənzih edirik) bu böyük şirk təhlükəsinə düçar olurlar. Bu şirk təhlükəsi, görməzlikdən gəlinəcək bir məsələ deyildir. Uca Allah Quranda bu böyük təhlükədən ötrü az qala; "göylər parça-parça olacaq, yer yarılacaq və dağlar dağılıb uçacaqdı" deyə buyurur (Məryəm surəsi, 90). Şirk, Allah Qatında böyük günahdır. Allah Quranda bu günahı işləyənlərə qarşı təhdidini belə bildirir:
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, yerdə qalanların isə, istədiyini bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)
Allah, İncildə də xristianlara şirki qadağan etmişdir:
Ölümsüz Allahın ucalığı əvəzinə ölümlü insanı, quşları, dörd ayaqlıları, sürünənlərə bənzəyən bütləri üstün görüb onlara yönəldilər[Allahı tənzih edirik]... Onlar Allahla əlaqəli həqiqətin yerinə yalanı qoydular. Yaradan əvəzinə, yaradılana tapınıb qulluq etdilər[Allahı tənzih edirik]. Halbuki Allah əbədiyyən təriflənməyə layiqdir! (Pavlus'tan Romalılara Mektup, 1:23-25)
İsa ona bu cavabı verdi: ““Allahın olan Rəbbə tapın və təkcəOna qulluq et” deyə yazılmışdır”. (Luka, 4:8)
Təslis adı altında əslində tək İlaha tapındıqlarını; (Allahı tənzih edərik) tək bir varlığın bədən, ruh və şüur kimi üç fərqli istiqamətdə təzahür etdiyini iddia edən xristianlar özlərini bu şirk təhlükəsindən uzaq hesab etməməlidirlər. Hər şeyin Yaradıcısı olan və hər an bizimlə birlikdə olan vahid Allahı qəbul etmək əvəzinə belə bir qarışıqlıq içində yaşamaq haqq dindən uzaqlaşmaqdır. Vahid Allaha qəlbən bağlanmaq əvəzinə, üçlük kimi sözlərlə bütpərəstlərin batil dinini xatırladan fərqli din tətbiq olunması böyük sapmadır. Bu cür sözlərin arxasına sığınaraq, tək Allaha iman gətirdiyini söyləyənlər də çox diqqətli olmalıdırlar. Təslisə inanan bir xristian tək Allaha inanmaq istəyə bilər, özünü bu cür də görə bilər və bu gözəl şeydir. Lakin təslis inancı, əsla tək Allah inancı deyildir. Bir xristian qəbul etsə də, etməsə də təslislə açıqca başqa saxta varlıqların da ilahlığına hökm edir və beləliklə şirk qoşur.
Rəbbimiz bir Quran ayəsində xristianlardan təslis yanılmasına qapılanları bu hikmətli sözlərlə xəbərdar edir:
Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Onun Məryəmə göndərdiyi “Ol!” kəlməsi və Onun tərəfindən göndərilən bir ruhdur. Allaha və Onun elçisinə iman gətirin və: “Tanrı üçdür!” deməyin. (Buna) son qoyun! Bu sizin üçün xeyirli olar. Həqiqətən, Allah tək İlahdır! O, övladı olmaqdan Ucadır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 171)
2) Zəhmətlərin boşa çıxma təhlükəsi
Təslis yanılması ilə səmimi xristian qardaşlarımızın üzləşəcəyi ən böyük təhlükələrdən biri də, Allah üçün çəkdiklərini söylədikləri bütün zəhmətlərin boşa çıxma ehtimalıdır. Xatırlatmaları və xəbərdarlıqları nəzərə almadan, sırf bu yanılmadan ötrü şirk içində yaşayan, bu mövzuda vicdanına müraciət etməyən, lakin özünü doğru yolda zənn edən xristianlar üçün bu çox böyük təhlükədir. Belə bir təhlükə kiçik hesab edilməməlidir. Allah Quranda: "çalışıb, boşuna yorulanlar"dan xəbər vermişdir (Ğaşiyə surəsi, 3). Yenə bir Quran ayəsində: "O kəslər ki, onların dünya həyatındakı səyləri boşa çıxdığı halda, yaxşı işlər gördüklərini güman edirlər" deyə bildirilir (Kəhf surəsi, 104). Tövratda isə səmimi iman gətirənlərin duaları belə bildirilir:
"Tanrımız Rəbb bizdən razı qalsın. Zəhmətimizi boşa çıxartma. Bəli, zəhmətimizi boşa çıxartma". (Mezmurlar 90:17).
Dolayısilə Rəbbimizin əvvəlcədən xəbərdar verdiyi kimi axirətdə, özünü doğru yolda zənn edən, çalışıb zəhmətləri boşa çıxan insanlar olacaq. Səmimi bir dindarın belə bir təhlükəni özündən uzaq görməməsi və vicdanına müraciət etməsi şərtdir. Allah hazırda bu xatırlatma və xəbərdarlıqlarla, illərlə təslis inancının doğru olduğu təlqinini almış xristian qardaşlarımızı vicdanlarıyla hesablaşmağa dəvət edir.
3) Gizli dinsizlik, münafiqlik və ateizm təhlükəsi
Təslis inancının gətirdiyi ən böyük təhlükələrdən biri isə, bu yanlış inancın gizli dinsizliyə gətirib çıxartması və ya insanları ateizmə sürükləməsidir. Əlbəttə ki, İncili yaxşı bilən hər hansı bir insanın, təslis inancının məntiqsizliyini qavraması çətin məsələ deyil. Əslində xristianların demək olar ki, hamısı bu həqiqəti bilirlər. Lakin müxtəlif açıqlamalarla özlərini buna inandırır və ya "inanmasan dindən çıxarsın" təhdidindən ötrü bir çoxu susqun qalır.
Bəziləri isə daxilən inanmadıqları bu inancdan ötrü dinsizliyə sürüklənir. Məhz bu çox böyük təhlükədir. Bunlar, xristianlıq dinində, təslis inancının əsassızlığını bildiyi halda, dindar kimi görünmək məcburiyyətində qalan gizli dinsizlərdir. Bu batil inancdan ötrü imanını itirən gizli dinsizlər, xristianlıqdakı münafiqlik təhlükəsini meydana gətirirlər. Münafiqlər isə, eynilə müsəlmanlıq və yəhudilikdə olduğu kimi, xristianlıqda da fitnə və ayrılıqlara səbəb olmaq; onları zəiflətmək, ibadətlərdən uzaqlaşdıra bilmək üçün yaradılan təhlükəli bir cəmiyyət və batil inancların mənbəyidirlər.
Bununla yanaşı, əsrlərdir ki, sayları getdikcə artan bir çox xristian, ağıl və məntiqlə ziddiyyət təşkil edən təslis inancından ötrü, tamamilə inkar edib ateist olmuşdur. Həmin bu ateistlər inancsızlıqlarının səbəbi olaraq, xristianlıqdakı ziddiyyət və zorakı məntiqləri göstərirlər. Şübhəsiz ki, təslis tərəfdarı xristianlar da bu vəziyyətdən xəbərdardırlar.
Xristian təbliğini dinləyənlərin təslis mövzusuna qənaət gətirə bilməmələrinin, onları gizli dinsizliyə, münafiqliyə və ya ateizmə sürükləməsi ehtimalı, əlbəttə, bir təhlükədir. Əlbəttə ki, bir insan, həqiqi mənada səmimdirsə, bu zaman o, Allaha qəlbən yönələrək ən doğrusunu görmək və anlamağa çalışmaq, eləcə də, vicdanının özünə göstərdiyini yerinə yetirməklə məsuldur. Lakin yenə də bu təhlükə qətiyyən görməzlikdən gəlinməməlidir.
Təslis inancının gətirdiyi dinsizlik təhlükəsinin nə qədər böyük fikri və feli qarşıdurmalara gətirib çıxartdığını xristianlıq tarixindən də anlamaq mümkündür. Bu qarşıdurmalar hazırkı dövrdə hələ də davam edir. Haqq olan bir inancın belə böyük qarışıqlıqların və fitnələrin mənbəyi ola bilməsi qeyri-mümkündür. Bəzi xristianlar bu böyük təhlükənin ölçüsünü indiyə qədər yaxşı görə bilməmiş ola bilərlər. İncilin hökmü deyərək, atalarından gəlmiş bir inanca bilmədən dəstək verməyə çalışa bilərlər. Lakin bu, qəti şəkildə Allahın əmrinə zidd bir inancdır. İncilə ağıl və vicdan gözüylə baxdıqları və batil bir inancın yaratdığı fitnələri gördükləri vaxt, bunu çox yaxşı anlayacaqlar. Dolayısilə səmimi xristianları, Allaha sığınaraq, eləcə də, bütün təlqinlərdən və xristian aləmində kök salmış yanlış inanclardan xilas olaraq, ağıllı şəkildə düşünməyə və bu mövzuda müdaxiləsiz şəkildə sırf vicdanlarıyla qərar verməyə dəvət edirik.
Şirk qoşmadan təkcə Allaha qulluq etməklə əlaqədar İncil keçidləri
İsa ona bu cavabı verdi: ““Allahın olan Rəbbə tapın və təkcəOna qulluq et” deyə yazılmışdır”.(Luka, 4: 8)
İsa onlara bu cavabı verdi: ““Allahın olan Rəbbə tapın və təkcəOna qulluq et” deyə yazılmışdır”.(Matta, 4: 10)
Əziz qardaşlarım, bütpərəstlikdən qaçın. (Pavlus'tan Korintlilere 1. Mektup, 10: 14)
Hər kəs bizi nə qədər yaxşı qarşıladığınızdan danışır. Yaşayan həqiqi Allaha qulluq etmək... üçün bütlərdən Allaha necə qayıtdığınızdandanışırlar. (Pavlus'tan Selaniklilere 1. Mektup, 1: 9-10)
O [hz. İsa (ə.s)] belə dedi: "Heç bir nökər iki ağaya qulluq edə bilməz… Siz həm Allaha, həm də pula qulluq edə bilməzsiniz [Allahı tənzih edirik]". (Luka, 16: 13)
...İçinizdəki “işıq” qaranlıqdırsa, nə qorxuncdur o qaranlıq! Heç kəs iki ağaya qulluq edə bilməz. Ya birindən nifrət edib o birisini sevər, ya da birinə bağlanıb o birisini xor görər. Siz həm Allaha, həm də pula qulluq edə bilməzsiniz. (Matta, 6: 23-24)
...Hələ də bütpərəst vərdişlərinin təsiri altında qalan bəziləri, yedikləri ətin bütə təqdim edildiyini düşünürlər. Vicdanları zəif olduğu üçün ləkələnir. Yemək bizi Allaha yaxınlaşdırmaz. Yeməsək bir şey itirmərik, yesək də bir qazancımız olmaz. (Pavlus'tan Korintlilere 1. Mektup, 8: 7-8)
Bütpərəstlər Allah üçün deyil, cinlər üçün qurban kəsirlər. Cinlərlə ortaq olmağınızı istəmərəm. Həm Rəbbin, həm də cinlərin kasasından içə bilməzsiniz; həm Rəbbin, həm də cinlərin süfrəsinə ortaq ola bilməzsiniz. (Pavlus'tan Korintlilere 1. Mektup, 10:20-21)
Bütlər üçün kəsilən qurban ətininyeyilməsinə gəldikdə isə, bilirik ki, "dünyada büt heç nədir" və "birdən artıq Allah yoxdur".(Pavlus'tan Korintlilere 1. Mektup, 8: 4)
Balalarım, özünüzü bütlərdən qoruyun. (Yuhanna'nın 1. Mektubu, 5: 21)